Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Dağıntıların altındakı hədiyyə

Dağıntıların altındakı hədiyyə

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Təranə Musayeva

Həmin il qar əvvəlki illərlə müqayisədə gec yağmışdı. Günlər bir-birinin ardınca günəşli keçirdi. Günəş qışa meydan oxuyurmuş kimi parlayırdı. Sübh çağı havanı isitməsə də, görünüşü insanın içini isitməyə kifayət edirdi. Yazda, yayda və payızda parlayan günəş şüaları qışdakı qədər rəngarəng olmurdu. Xüsusilə dekabr, yanvar və fevral aylarında günəşin şüaları min bir rəngə boyanırdı.

1999-cu il idi. Kiçik bir Anadolu kəndində yaşayan 10 yaşlı Əli həmin səhər güclü bir sarsıntı ilə yuxudan oyandı. Yer titrədi, evlərin divarları çatladı, insanlar qorxu içində küçələrə çıxdılar. Bir neçə dəqiqə davam edən zəlzələ kənddəki bir çox evin dağılmasına səbəb oldu.

Əlinin evi tamamilə dağılmasa da, artıq orada yaşamaq mümkün deyildi. Yaxın qonşularının evləri isə xarabalığa çevrilmişdi. Əli anası ilə birlikdə məktəbin həyətində qurulan çadırlara sığındı. Hamı həyəcan və qorxu içində idi. Həmin gecəni soyuqda keçirdilər.

Lakin ertəsi səhər ümidsiz qəlblərdə yenidən ümid yarandı. Uzaqlardan gələn ağ yük maşınları kənd yoluna daxil oldu. Bu maşınların üzərində böyük, qırmızı aypara vardı. Maşınlardan düşən insanlar dərhal işə başladılar. Yeni çadırlar quruldu, isti şorba paylandı, uşaqlara yorğan-döşək və oyuncaqlar verildi.

Əli bu insanların kim olduğunu anasından soruşdu. Anası gözləri dolmuş halda, titrək səslə cavab verdi:

- Onlar Kızılaydan gəliblər, oğlum. İnsanların çətin günlərində onların yanında olurlar.

Kızılay əməkdaşlarının göstərdiyi yardımsevərlik, mərhəmət və cəsarət Əlinin qəlbinə həkk olundu. Artıq onun yalnız bir arzusu vardı: tezliklə böyüyüb Kızılayın sıralarına qoşulmaq.

Beləcə, illər bir-birini qovdu. Əligilin köhnə evinin xarabalıqları yerində gözəl bir ev ucalmışdı. Anası ev işlərindən boş qalan vaxtlarında evin qarşısındakı bağda işləyir, ən böyük həvəsi olan güllərdən - qızılgül, nərgiz, bənövşə və yasəməndən əkirdi. Torpaqla iç-içə olmaq ananın çox xoşuna gəlirdi. Deyə bilərik ki, torpaq ananın ən böyük sevgisi idi, bütün meylini torpağa salmışdı. Çünki Əli böyüyüb böyük şəhərlərə, universitetdə oxumağa gedəndə onunla getməyəcəyini həmişə deyirdi.

Əli uşaqlıqdan dərslərinə böyük maraq göstərirdi. Kənd məktəbində müəllimlərinin sevimlisi idi və arzusu həkim olmaq idi. Buna görə də illərlə böyük əzmlə çalışdı və nəhayət, Ankaranın nüfuzlu universitetlərindən birinin Tibb fakültəsinə qəbul oldu.

İlk vaxtlar onun üçün həm həyəcanlı, həm də çətin keçdi. Kiçik bir kənddən çıxıb böyük şəhərə gəlmək, yeni həyat, yeni insanlar, fərqli mühit... Amma Əli heç vaxt məqsədini unutmadı. Yataqxanada hamı yatarkən o, kiçik masa lampasının işığında dərs oxuyurdu. Bəzən yemək üçün pul ayırmır, amma kitab almaq üçün pul yığırdı.

Dərsləri ilə yanaşı, Kızılayın könüllüsü də oldu. Hər qanvermə kampaniyasında iştirak edir, ehtiyacı olan insanlara kömək etməyə çalışırdı. Universitet onun üçün yalnız diplom almaq yeri deyildi, eyni zamanda vicdan və məsuliyyət məktəbi idi.

Bir neçə ildən sonra Əli məzun olacaqdı. O, artıq kəndin qürur mənbəyinə çevrilmişdi - həm biliyi, həm də gözəl qəlbi ilə...

2023-cü ilin fevral ayı idi.

Əli Ankaradakı universitetin sonuncu kursunda oxuyurdu. Həmişəki kimi gec yatmış, səhərə yaxın yuxuya getmişdi. Əvvəlcə qulağına gələn səsləri yuxusunda eşitdiyini düşündü. Nə qədər çalışsa da, göz qapaqlarını aça bilmirdi. Çöldən gələn təlaşlı səslərin getdikcə artdığını anlasa da, bir cür oyana bilmirdi. Ara-sıra Kahramanmaraş, Hatay, Qaziantep sözlərini eşidirdi. Nəhayət, oyandı, yerindən qalxdı və telefonuna baxdı.

Yuxuya getdikdən az sonra telefonuna zəlzələ ilə bağlı bildiriş gəlmişdi. Tələsik çölə çıxdı. İnsanların təəccüb və təşviş içində olduqlarını, telefonla kiməsə zəng etdiklərini gördü.

Otağına qayıdıb bir an belə düşünmədən illərdir könüllüsü olduğu Kızılayın təcili yardım qruplarına müraciət etdi.

- Mən hazıram, dərhal yola çıxa bilərəm, - dedi.

Ertəsi səhər Əli çiynində yorğan-döşək, yanında isə ilk yardım çantası ilə yola düşdü.

Kahramanmaraşa çatanda gördüyü mənzərə onun ürəyini yandırdı. Dağılıb yerlə-yeksan olmuş binalar, təşviş içində olan insanlar və hər tərəfdə toz, tüstü və sükut...

Günlərlə dağıntılar arasında yaralıları daşıdı, çadırlar qurdu, uşaqlara şorba payladı. İlk yardım sahəsindəki bilikləri ilə bir çox insanın həyatının xilas edilməsinə kömək etdi. Gecələr buz kimi havada növbə çəkir, gün ərzində isə demək olar ki, heç dincəlmədən çalışırdı.

Orada, dağıntıların altında qalmış bir uşağın əlindən tutarkən həkimlik andı onun üçün daha böyük məna qazandı. Əli anladı ki, həkim olmaq yalnız bir peşə deyil, həm də insanlığa olan borcdur.

Zəlzələ bölgəsində Əli bəzən yuxusuz, bəzən də ac qalırdı, amma insanları ümidsiz qoymurdu. Bir dağıntıdan digərinə qaçan Əli yolunun üstündəki binalardan birinin qarşısında dayandı. Niyə dayandığını özü də anlamırdı. Yorğun idimi? Hiss etmirdi. Ac idimi? Bilmirdi. Yuxusuz idimi? Anlamırdı. Özünə aid bütün hissləri sanki donmuşdu. Əli bu binanın qarşısında ayaqlarının niyə yerə mıxlanıb qaldığını kəsdirə bilmirdi.
Gözlərini gəzdirib ətrafa baxdı. Yuxarıda, dağın başında “Şairlər təpəsi” vardı. Keçən il universitetdəki dostları ilə birlikdə buraya gəlmişdilər. Hətta sözləri Abdurrahim Karakoça, musiqisi Musa Eroğluna aid olan “Mihriban” türküsünü birlikdə oxumuşdular.

O zaman “Şairlər təpəsi”ndən əks-səda verən “Mihriban” türküsü gözəl Kahramanmaraşın zeytun, şalba çiçəyi, zəfəran, çövən, kəklikotu, lavanda və gicitkən qoxusuna bürünmüş küçələrində eşidilmişdi.

Həmin an oradaca qərar vermişdilər ki, hər il bu “Şairlər təpəsi”nə gəlsinlər, həmin türkünü oxusunlar və uzaqlarda görünən, Kahramanmaraşın cənubunda, şimal-şərqində, cənub-şərqində və şimal-qərbində yerləşərək şəhərin siluetini formalaşdıran Ahır, Engizek, Binboğa və Nur dağlarına tamaşa etsinlər.

Atalar demişkən: “Sən saydığını say, gör fələk nə sayar”.

“Şairlər təpəsi”ndən baxaraq heyran qaldığı o sirli şəhərdən indi yalnız xatirələr və acı gerçəklik boylanırdı.
Ayaqlarının mıxlanıb qaldığı yerin yaxınlığında uçulmuş bir bina vardı. Heç bir hərəkət, heç bir səs yox idi. Bina əzilib-büzülmüş kağız parçasına bənzəyirdi.

Əslində, şəhərin bu hissəsində o qədər də dağıntı olmamışdı. Zəlzələ daha çox şəhərin aşağı hissəsini vurmuşdu. Əlinin Kızılay könüllülərindən ayrılıb şəhərin bu tərəfinə gəlməkdə məqsədi keçən il universitet yoldaşları ilə Maraşa gəldikləri zaman ziyarət etdikləri “Necip Fazıl Kısakürek Mədəniyyət Mərkəzi”ni görmək idi.

Mədəniyyət Mərkəzi hələ də yerində dururdu. Amma sağında və solunda bir neçə bina yerlə-yeksan olmuşdu.

Nəhayət, qarışıq düşüncələrindən sıyrılıb yoluna davam etməyə başladı. Bir qədər getmişdi ki, yolunun üstündəki uçulmuş binanın dağıntıları altından bir səs eşitdi:

- Ana!

Bu, ağlayan bir uşağın səsi idi. Sakit səslənsə də, səsdə fəryad, üsyan və hönkürtü vardı. Səs ağrı ilə dolu idi. Səsi qorxu bürümüşdü. Səsin rəngi Maraşın rəngi kimi buz kimi soyuq idi. Səsin üstünü toz basmışdı. Səsin ritmi, ahəngi pozulmuşdu. Amma bu, bir uşağın səsi idi - ürəyi dağlayan, ümidsiz bir uşağın səsi.

Həmin an Əli səsə doğru atıldı. Gözlərinin qarşısında zəlzələdən qorxmuş on yaşlı Əli canlandı. Üstündən uzun illər keçməsinə baxmayaraq, səs eyni idi. Bu, Əlinin öz səsi idi. Həmin an Əli bir şeyi anladı: bütün ümidsiz insanların səsi eyni olurmuş.

Əli səsə tərəf qaçırdı, qaçırdı, amma bir cür ona çata bilmirdi. Dağıntının hansı yerindən içəri girməli olduğunu bilmirdi. Dayanıb diqqətlə qulaq asdı. Səs yaxınlardan gəlirdi, hətta nəfəsini də duya bilirdi. Əslində, artıq nə səs vardı, nə də nəfəs. Amma Əli eşidirdi.

Dəli kimi qışqıraraq səsini açıq bir dəlikdən içəri çatdırmağa çalışdı:

- Kimsə varmı? Kimsə varmı? Bir daha de, “Ana” de, nə olar, “Ana” de. Bir daha... Oğlum, qızım, “Ana” de, “Ana” de... Nə olar... “Ana” de...

Əli binanın dörd bir tərəfini dolaşarkən Kızılay könüllülərindən bir neçə nəfər gəldi. Başdan-ayağa toz içində olsalar da, gözlərindəki ümid işığı hələ sönməmişdi. Onlar Əlidən nə baş verdiyini soruşduqları anda dağıntıların altından yenidən bir səs eşidildi:

- Ana, haradasan? Qorxuram! A-naaa!

Əli artıq uşağın yerini təxmin edirdi. Dostlarının olduğu tərəfə dönüb səsləndi:

- Burada bir uşaq var. Mən içəri girirəm. Hazır olun. Onu çıxaracağam.

Dəbilqəsini taxdı, dizliklərini bağladı və binanın içərilərinə doğru irəliləməyə başladı. Dağıntılar dar və təhlükəli idi. Amma bir canı xilas etmək ümidi ona güc verirdi. Həm də söhbət bir uşaqdan gedirdisə...

Fənərin işığında, toz içində bir küncə qıvrılıb qalmış 5–6 yaşlarında bir uşaq gözlərini yumaraq hərəkətsiz dayanmışdı.

- Qorxma, oğlum. Adın nədir?

- Yusif, - deyə uşaq toz basmış kirpiklərini qaldırıb gözlərini açdı. - Anamı tapa bilmirəm...

Əli yumşaq səslə Yusifi sakitləşdirdi və onu olduğu yerdən çıxarmağa çalışdı. Yusif isə olduğu yerdə əlini ətrafında gəzdirirdi. Aydın idi ki, nəsə axtarır.

Əli soruşdu:

- Yusif, getməliyik. Nəsə axtarırsan?

- Atamın hədiyyəsini axtarıram. Axşam yatanda əlimdə idi, indi tapa bilmirəm.

Əli nə axtardığını bilmədən əlini bacardığı qədər yerdə gəzdirdi. Əlinə heç nə keçməyəndə:

- Gedək, Yusif. Nə axtarırsansa, mən sənə alaram, - deyib Yusifin əllərindən tutdu.

Elə bu anda Əlinin əlinin üstünə düşən bir damla göz yaşı onu yandırıb keçdi.

Dünya tarixinin ən böyük zəlzələlərindən birini yaşayan Maraşda həmin gün Əli o binanın dağıntıları altından Yusifi çəkə-çəkə çıxarmağa çalışırdı. Kiçik bir diqqətsizlik, düzgün atılmayan bir addım, hətta bir səs belə yuxarı mərtəbələrdə qalan nə varsa, onların üstünə tökülməsinə səbəb ola bilərdi.

Yusif taqətsiz idi, ümidsiz idi, ağlayırdı.

- Anam haradadır? Atamın hədiyyəsini kim götürdü? Tapa bilmədim. Atam öldükdən sonra onu heç vaxt yanımdan ayırmamışam. Atam hədiyyəsini itirdiyimi eşidib kədərlənəcək...

Yusifin səsi insanın ürəyini dağlayırdı. Əli Yusifin atasının hədiyyəsini götürmədən çıxmağa razılaşdığı üçün peşman olmuşdu. Amma onu haradan tapacaqdı ki?

İlk növbədə Yusifi binanın dağıntılarından çıxarmağa çalışdı. Yusifin əlləri və üzü qan içində idi. Göz yaşları dayanmadan axırdı. Səsi artıq kəsik-kəsik gəlir, getdikcə eşidilməz olurdu.

Əli Yusifdən atasının hədiyyəsinin nə olduğunu soruşduqda, uşaq güclə eşidilən səslə cavab verdi.

Könüllülər, fədakar insanlar Yusifi Əlinin çıxardığı yerdən götürdülər. Çölə çıxan kimi Yusif pıçıltı ilə:

- Ata... - deyib huşunu itirdi.

Dostları Yusifdən sonra Əlini də çıxarmağa çalışarkən Əli:

- Yusifin atasının hədiyyəsini, əmanətini gətirməliyəm, — deyib dostlarının etirazlarına qulaq asmadan yenidən dağıntıların içinə qayıtdı.

Bir qədər sonra isə əlində Yusifin atasının ona hədiyyə etdiyi əmanətlə çölə çıxmağa çalışdı. Kızılaydan olan dostları onu gözləyirdilər. Əli sağ qolunu çölə uzadaraq kömək istədi.

Elə həmin anda Kahramanmaraşda baş verən zəlzələdən sonra yaranan təkanlardan biri baş verdi. Əlinin hələ çıxmadığı bina titrəməyə başladı və bir qədər də çökərək yerlə-yeksan oldu.

Əlinin çölə çıxmış sağ əlində Mustafa Kamal Atatürkün heykəlciyi vardı...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Noyabr 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri