Daha 665 işsiz şəxs peşə hazırlığına cəlb edilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən iyul ayının birinci yarısında daha 665 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 328 nəfəri üçün agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Muxtar Respublikasında, 337 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.
Təşkil olunan kurslar, əsasən, aşpaz, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, bərbər-vizajist-manikürçü, qənnadçı, şirniyyatçı, ofisiant, dərzi, xalça məmulatları üzrə bərpaçı-rəssam peşələri üzrədir.
Qeyd edək ki, kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə kurslarını uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 İyul 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















