Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 663 şəxs peşə hazırlığına cəlb olunub
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən həftə daha 663 şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə kurslara cəlb edilib.
Onlardan 319 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay və Qarabağ Peşə Hazırlığı mərkəzlərində, 344 nəfər üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda müdavimlərə müvafiq peşələr üzrə nəzəri və praktiki biliklər tədris olunur. Peşə hazırlığının sonunda kursu uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilir.
Qeyd edək ki, hazırda Agentlik tərəfindən 175 prioritet istiqamət üzrə peşə hazırlığı kursları təşkil olunur.

Dövlət Məşğulluq Agentliyi daha 663 nəfəri peşə hazırlığına cəlb edib
04 Avqust 2025 16:43
Dövlət Məşğulluq Agentliyi “otval” aldı
20 Dekabr 2024 12:03
Dövlət Məşğulluq Agentliyi daha 122 şəxsi peşə kurslarına cəlb edib
11 Aprel 2025 17:38
Dövlət Məşğulluq Agentliyi daha 300 dən çox şəxsi peşə kurslarına cəlb edib
23 May 2025 17:03
Dövlət Məşğulluq Agentliyi beynəlxalq müsabiqədə mükafatlandırılıb AZƏRTAC
20 Dekabr 2024 12:30

