Icma.az
close
up
RU
Daha aydın, daha inamlı və daha strateji

Daha aydın, daha inamlı və daha strateji

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qazaxların öz sözüylə desəm, bavurluk məmləkət Qazaxıstanın Türküstan şəhərində ilk dəfə 28 il öncə olmuşam. İlk başqanı olduğum Dünya Gənc Türk Yazarlar Birliyi də orada – Xoca Əhməd Yəsəvi adına Uluslararası Qazax-Türk Universitetində keçirilən Vlll Türk Dünyası Gənclik Günləri və Qurultayında qurulub. Axırıncı deməyim, axarıncı dəfə isə 2022-ci ilin oktyabr ahında Türküstanda olmuşam. – Türk dünyasının 2040-cı il hədəflərini, baxışını ifadə edəcək önəmli addımları müəyyənləşdirmək üçün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin alimləri, araşdırmaçı yazarları, ictimai xadimlər, QHT və KİV təmsilçiləri Yəsəvi adına Universitetdə bir araya gəlmişdi. Tədbir Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü öncəsində tərtib edilmişdi və gənəşik xarakteri daşıyırdı.
İndi budur, Türküstan Türk Dövlətləri başçılarının qeyri-rəsmi Zirvə görüşünün ev sahibidir.
Dövlət başçıları Zirvə görüşünün Türküstan Bəyannaməsini qəbul etdi.

Bəli, tarix bəzən səssiz danışır; bəzən isə bir şəhərin daşında, bir meydanın nəfəsində, bir dövlət başçısının vurğusunda bütöv bir çağın gələcək konturlarını görmək olur. Türküstan – bu dəfə qədim bir mədəniyyət paytaxtı kimi çıxış etməklə yanaşı, yeni geosiyasi düşüncənin, ortaq iradənin və Türk dünyasının yüksələn strateji özünüdərkinin rəmzi kimi danışdı.

Bu gün TDT tarixi, etnik və dil yaxınlığının diplomatik platformu olmaqla birgə, addım-addım qlobal siyasi münasibətlər sistemində öz çəkisini artıran, Avrasiya məkanında yeni güc memarlığının önəmli komponentinə çevrilən strateji birlik modelidir.

Məhz buna görə İlham Əliyevin Türküstandakı qeyri-rəsmi Zirvə görüşündə verdiyi ismarıclar cari siyasi gündəmdən başqa, gələcək onilliklərin də siyasi-fəlsəfi açıqlaması, çağırışı kimi oxunmalıdır.

Türk dünyası artıq nostalji olmaqdan çıxıb; o, iqtisadi marşrutdur, enerji təhlükəsizliyidir, daşımalar arteriyasıdır, mədəniyyət diplomatiyasıdır. Və ən önəmlisi – ortaq gələcək layihəsidir. – Qeyri-rəsmi Türküstan Zirvəsi bax, bu siyasi iradəni nümayiş etdirdi.

Prezident İlham Əliyevin çıxışında hiss olunan əsas xətt də məhz budur: TDT “emosional yaxınlıq məkanı” olmaq mərhələsini arxada qoyaraq praktik geosiyasi aktora çevrilməkdədir.
Bu dönüş, əlbəttə və qətiyyən təsadüfi deyil. – Hələ-hələ dörd yanımız od tutub yanarkən…
XXI yüzilin böyük siyasi gerçəklikləri yeni güc mərkəzləri formalaşdırır. Dünyanın klassik qütbləri sarsılır, bölgəsəl birliklər ön plana çıxır. Avropa Birliyi, ASEAN (Güney-Doğu Asiya Dövlətləri Assosiasiyası), Körfəz İşbirliyi Şurası (Məclis ət-Təavun li-Duvəl əl-Xəlic əl-Ərəbiyyə; Gulf Cooperation Council (GCC)), Afrika Birliyi kimi platformların fonunda TDT də artıq “gözləmə hövzəsindən” çıxaraq strateji təsir sahəsinə keçir.

Türküstanda keçirilən qeyri-rəsmi Zirvə görüşünün ən önəmli simvolik hadisələrindən biri isə Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma törəni oldu.
Necə bilirsiz, bu, sadəcə memarlıq layihəsidirmi? – Əlbəttə, yox.
Əslində, bu mərkəzin təməlində ortaq tarix yaddaşı, ortaq mədəni kodlar, ortaq gələcək ideologiyası dayanır. Türk dünyası uzun illər siyasi sərhədlərlə parçalanmış olsa da, onun mədəni genetikası heç zaman parçalanmadı. Ötükən ruhu, Orxon-Yenisey yazılarının işığı, Dədə Qorqud hikməti, Manas yaddaşı, Yəsəvi nəfəsi, Nizami təfəkkürü,   Yunus Əmrə dəyanəti, Əlişir Nəvai estetikası… – bütün bunlar vahid sivilizasiya coğrafiyasının sütunlarıdır.

Türküstanda verilən ismarıc da budur:
Türk Dünyası artıq özünü mirasla yanaşı, gələcəyin layihəsi ilə təsdiqləmək istəyir və buna qadirdir.
Bax, bu məqamda Azərbaycanın rolu özəlliklə diqqət çəkir.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Türk dünyasındakı siyasi nüfuzu yeni mərhələyə keçib. Bakının artıq yalnız enerji və logistik mərkəz olmadığını hər kəs bilir; Bakı – eyni zamanda Türk inteqrasiyasının siyasi-intellektual lokomotivlərindən birinə çevrilib.

Zəngəzur dəhlizi ideyası da əslində təkcə bölgəsəl daşımalar layihəsi sayılmır; bu layihə Türk coğrafiyasının parçalanmış damarlarını birləşdirməyə yönəlmiş strateji xəritədir. Türküstandakı Zirvə görüşündə bu düşüncənin alt qatları açıq hiss olunurdu.

Bu gün Bakı, Ankara, Astana, Daşkənd, Bişkek, Quzey Lefkoşa arasında qurulan münasibətlər diplomatik protokol münasibətlərindən daha üstündür. Bunlar yeni Avrasiya tarazlığının formalaşmasında önəmli rol oynayan siyasi koordinasiya modelidir.

Qlobal güclərin diqqəti də təsadüfən Türk dünyasına yönəlmir.
Çünki TDT:
– Xəzərdən Aralıq dənizinə uzanan enerji xəttidir;
– Çindən Avropaya uzanan Orta Dəhlizin əsas dayağıdır;
– Gənc və dinamik demoqrafik potensialdır;
– zəngin təbii resurs bazasıdır;
– böyük bazardır;
– həm də alternativ siyasi-etnik harmoniyanın mümkün modelidir.

Türküstandakı görüşün başqa bir önəmli tərəfi isə mədəniyyətlə geopolitikanın paralel aparılması oldu.

Bu, çox önəmli nüansdır.
Çünki yalnız iqtisadi və siyasi inteqrasiya uzunömürlü birlik yaratmır. Sivilizasiya yaddaşı ilə möhkəmlənməyən ittifaqlar tez dağılır. Türk dünyası isə indi öz siyasi birlik modelini mədəni özünüdərk üzərində qurmağa çalışır.

Türküstanın küçələrində dolaşan liderlər sadəcə tarixi məkanları ziyarət etmirdi; onlar, əslində, ortaq yaddaşın siyasi enerjiyə çevrilməsi prosesinə tanıqlıq edirdi.

Bu gün TDT-nin beynəlxalq çəkisinin artması təkcə türk dövlətlərinin uğuru sayılmamalıdır. Bu, uzun müddət dünya siyasətində periferiyaya sıxışdırılmış böyük bir mədəni-siyasi coğrafiyanın yenidən öz sözünü deməyə başlamasıdır.

Türk dünyası artıq “kimik?” sualından “nə edə bilərik?” mərhələsinə keçir.
– Bax, ən önəmlisi budur!
Bu elə yeni çağın başlanğıcı deməkdir.

Türküstandan yüksələn səs, eyni zamanda, çoxqütblü dünyanın yeni siyasi ritmidir.
Beləliklə, nə görürük? – Görürük ki, bu ritmdə Azərbaycanın səsi getdikcə daha aydın, daha inamlı və daha strateji eşidilir.

“Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.” – Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Türküstan Zirvə görüşündə çıxışındandır: //president.az/az/articles/view/72386. – Bu çıxışı oxumaq, dinləmək, izləmək, öyrənmək gərək!

Türk dünyasının bayrağı daim uca olsun!

Əkbər QOŞALI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 May 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri