Icma.az
close
up
RU
Münasibətlərin sabahları daha aydın, daha etibarlı olacaq

Münasibətlərin sabahları daha aydın, daha etibarlı olacaq

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Keçmiş SSRİ məkanında yaradılan Müstəqil Dövlətlər Birliyinin fəaliyyəti də aktivdir. Bu əsasən siyasi fəaliyyət kimi gündəmdə olub. Bu birlikdə müstəqil Azərbaycan dövləti də təmsil olunur. Təmsil olunma fəaliyyətin istər siyasi, istərsə də mədəni əlaqələrin daha geniş formatda davam etdirilməsidir.
MDB-yə daxil olan müxtəlif dövlətlərdə müxtəlif mahiyyətli tədbirlər keçirilir ki, bu da qarşılıqlı siyasi əlaqələrin daha məzmunlu istiqamətlər üzrə davam edirilməsində başlıca koordinəedici qurum kimi çıxış edir.
Oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Bu iclasda Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev də iştirak etdi. Dövlət başçımız bu mötəbər tədbirdə çıxışında qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar, nailiyyətlər münasibətilə təbrik edərək qeyd etdi ki, Düşənbə sürətlə inkişaf edir, yeni binalar tikilir, şəhərsalmada böyük uğurlara nail olunub. Tacikistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişaf etdiyini, bu iki dövlət arasında dostluq, qardaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyini də diqqətə çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü də bildirdi: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Bu ilin iyununda Laçında “MDB-nin mədəniyyət paytaxtı ili”nin açılış mərasimi keçirildi, Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və ya¬şayış üçün rahat şəhərlərdən birinə çevrilib”.
Dövlətlər arasında ikitərəfli və çoxtərəfli münasibətlərin yaranmasında, inkişafında və formalaşmasında idmanın böyük əhəmiyyəti olur. Son illərdə belə əlaqələr həm məzmun, həm də forma baxımından yeniləşməkdədir. Bu baxımdan bu günlərdə Azərbaycanda keçirilən III MDB Oyunları diqqəti çəlb edir. Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi ki, “Birliyin həyatında daha bir mühüm hadisə sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində keçirilən III MDB Oyunları oldu. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir”...
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası dövlətlərarası münasibətlər sistemində əhəmiyyətli oldu. Tarix belə münasibətlərin sabahlarının daha aydın, daha etibarlı olacağına əmindir...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Oktyabr 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri