Icma.az
close
up
RU
Daha bir Azərbaycan klubu baş məşqçisini yola salır? “ona görə ki, planlarımızı reallaşdıra bilmədik”

Daha bir Azərbaycan klubu baş məşqçisini yola salır? “ona görə ki, planlarımızı reallaşdıra bilmədik”

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1-ci liqa komandaları da qış fasiləsinə yollandı. “İmişli” mövsümün birinci yarısını uğurlu keçirən komandalar sırasında olsa da, istirahətin xoş ab-havada keçəcəyini demək doğru olmaz. Yola çempion olmaq məqsədilə çıxan kollektiv 11 turdan sonra lider “Qəbələ”dən geridədi. Həmçinin nəticələr komandanın baş məşqçisi Fərid Namazovla yolları ayıracağı haqda iddiaların yayılmasına səbəbə olub.

Mövcud durumun şərhi və Fərid bəylə bağlı xəbərlərin həqiqətəuyğun olub-olmadığını öyrənmək üçün “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlovla əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:

“Düzü, mövsümün birinci yarısında qeydə alınan nəticələrlə bağlı danışmaq çətindi. Ona görə ki, planlarımızı reallaşdıra bilmədik. Xal fərqinin bu qədər çox olacağını düşünmürdük. Ötən mövsüm bu ərəfədə “Şamaxı”dan 4-5 xal geridəydik. İndi vəziyyət fərqlidi. “Qəbələ” nə uduzur, nə də qol buraxır. Bəli, belə məqamlar işimizi xeyli çətinləşdirib. Lakin məqsədimizdən vaz keçməmişik. Hədəfimiz ən qısa vaxtda premyer-liqaya yüksəlməkdi. Uzun fasilədən sonra böyük futbolu baş sponsorumuzun da sayəsində İmişliyə qaytardıq. “Qəbələ”dən sonra ən yaxşı stadion bizimdi. Həm “Qəbələ”, həm də “Karvan” ilə ev oyunlarımız olacaq. Əslində “Karvan”a çatmaq olar. Amma “Qəbələ”ylə bağlı məsələ çətindi. Yenə də çəkinmir. Premyer-liqada komanda sayı artırılsa, istər birbaşa, istərsə də pley-off oyunları vasitəsilə elita klublarının sırasına yüksəlmək mümkün ola bilər. Belə vəziyyətə tam hazırıq. Planımız əvvəldən buna uyğun qurulub. Çəkinmirik. Baş sponsorumuz uşaq futboluna da xüsusi diqqət ayırır. Bu gün çempionatlarda 5 komandamız çıxış edir. Növbəti mövsüm onların sayını 6-ya çatdırmaq istəyirik. Ruhid Usubov bu məsələylə bağlı əlaqələndirici təyin edilib”.


Aqşin bəyin Fərid Namazovla bağlı fikirləri:

“Heç kimə sirr deyil ki, “Qəbələ” çox yaxşı komplektləşmiş komandadı. Heyətində premyer-liqa təcrübəsi olan futbolçular var. Düzdü, bizdə də belə oyunçular mövcuddu. Lakin onlar zədələrdən əziyyət çəkdikləri üçün komandaya tam gücüylə kömək edə bilmirlər. Bu üzdən indiyə qədər xeyli xal itirmişik. Klub rəhbərliyinin ümumi vəziyyətdən xəbəri var. Düzü, indi Fərid bəylə bağlı iddiaları nə təsdiq, nə də inkar edə bilərəm. Şəxsi fikrim ona daha çox zaman verilməsidi”.


KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri