Icma.az
close
up
RU
Azərbaycan ona görə silahlanır ki... AÇIQLAMA

Azərbaycan ona görə silahlanır ki... AÇIQLAMA

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

"Prezident İlham Əliyevin müsahibəsində sülh danışıqları ilə bağlı söylədiklərindən ekspert kimi belə başa düşdüm ki, danışıqlar masasında olan sənəd artıq o qədər də aktual deyil".

Bunu keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Sabiq nazir bildirib ki, indiyədək aparılan müzakirələr diskussiya üçün siyasi çərçivə yaradıb. Amma bəzi prinsipial məqamlarda tərəflərin mövqeyi qətiyyən yaxınlaşmağa meyilli deyil:

"Dövlət başçısının çıxışında belə bir fikir səsləndi ki, əgər Ermənistan sülh sazişini imzalamaq istəmirsə, bizə də lazım deyil. Bu yanaşma onu göstərir ki, artıq Azərbaycanda və Ermənistanda hansısa digər böyük sülh sənədi barəsində fikirlər mövcuddur. Məsələn, Paşinyan deyir ki, Ermənistana elə bir strateji sənəd lazımdır ki, yüz il ərzində iki ölkənin münasibətlərini nizamlaya bilsin. Azərbaycan tərəfinin gündəmə gətirdiyi aktual mövzular da prinsipial xarakter daşıyır. Ermənistan ilk növbədə dövlət olaraq özünü hansı formada təsəvvür edir? Paşinyan da zaman-zaman buna diqqət çəkir və ictimaiyyətə sual ünvanlayır ki, "biz hansı Ermənistanda yaşayırıq?". Baş nazir gah bildirir ki, Ermənistan SSRİ-nin sərhədlərini bərpa etmək və "real Ermənistan" yaratmaq lazımdır, gah da tamam fərqli iddialar səsləndirir. Problem odur ki, erməni cəmiyyətində bunlarla bağlı konsensus yoxdur”.

Müsahibimiz hesab edir ki, hazırda İrəvan hökuməti ilə danışıqlar çox çətindir. T.Zülfüqarov bildirib ki, çünki dövlət olaraq Ermənistanın özünü hansı şəkildə təsəvvür etdiyi bilinmir. 2026-cı ildə Ermənistanda seçkilər keçiriləcək:

“2025-ci ilin əvvəlindən gələn il keçiriləcək seçkilərə hazırlıq anonsları verilir. Bəllidir ki, seçkilərə hazırlaşan siyasətçilər adətən populist, maksimalist mövqe sərgiləyirlər. Seçki ərəfəsində Ermənistanda fikir fərqlilikləri, ziddiyyətli mövqelər, açıqlamalar daha da çoxalacaq. Bütün bunlar göstərir ki, Ermənistan hələ real sülhə və danışıqlara hazır deyillər".

Sabiq nazir vurğulayıb ki, əsas məsələlərdən biri sərhədlərin hansı formada müəyyənləşəcəyi ilə bağlıdır:

"Azərbaycanın mövqeyi dəyişməz olaraq alır. Əgər Ermənistan sovet dövrünün xəritələrini əsas götürmək istəyirsə, Almatı bəyannaməsini dəstəkləyirsə, o halda sovet dönəminin administrativ sərhədlərindən söhbət gedə bilər. İrəvan hökuməti onlara sərf edən 1975-ci ilin xəritəsi üzərində dayanır. Azərbaycan rəhbərliyi isə Zəngəzurun 1920-ci ildə ermənilərə verilməsini gündəmə gətirir, bunun unudulmadığını deyir. Bu məsələdə bizim mövqeyimiz Qərbi azərbaycanlılar məsələsinin də həllindən asılıdır. Əsas məsələ Ermənistanın dövlət kimi, beynəlxalq qanunlara uyğun olaraq Qərbi azərbaycanlılara hansı təminatları, hüquqları verəcəyidir".

Həmsöhbətimiz Ermənistanın son günlərdə aşırı silahlanmasına da münasibət bildirib:

"Ermənistan nə üçün silahlanır? Bizə qarşı. Yəni Azərbaycanın beynəlxalq qanunlara uyğun tələbləri erməni tərəfini qane etmədiyi üçün İrəvan hökuməti Bakıya təzyiq göstərilməsinə, hərbi hədə-qorxu gəlinməsinə nail olmaqla istəklərini reallaşdırmaq niyyəti güdür. Təbii ki, bu, qəbuledilməzdir”.

Tofiq Zülfüqarov: Ermənistanın bizə qarşı yeni təhlükələr, təhdidlər yaratmasına imkan verməyəcəyik

Onun sözlərinə görə, əgər Bakı və İrəvanın əsas gündəmi sülhdürsə, sazişin imzalanması ilə bağlı danışıqlar gedirsə, sərhədlər müəyyən olunursa, onda silahlanmanın məqsədi nədir?

“Ermənistan bizi də ittiham edir ki, siz də silahlanırsınız. Azərbaycan ona görə silahlanır ki, 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə məruz qalıb. Həmin dövrdə beynəlxalq ictimaiyyət, qurumlar Ermənistana heç bir təzyiq göstərmədilər. İndi İrəvan açıq şəkildə bəyan etməlidir ki, işğalçılıq və "Miatsum" siyasətindən imtina edir, yoxsa yox. Konstitusiyanı dəyişdirmək məsələsi də bundan ibarətdir. Bu gün Paşinyan bir söz deyir, sabah onun müavini fərqli fikir söyləyir. Azərbaycan heç vaxt imkan verməyəcəyək ki, Ermənistan, yaxud onların havadarları tərəfindən bizə qarşı yeni təhlükələr, təhdidlər yaradılsın. Silahlanma təhlükə deməkdir", - deyə Tofiq Zülfüqarov vurğulayıb.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2025 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri