Icma.az
close
up
RU
Daha bir başçı həbs edilə bilər Rəcəb Babaşov haqda şok məlumatlar

Daha bir başçı həbs edilə bilər Rəcəb Babaşov haqda şok məlumatlar

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

İyunun 20-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Qax rayonunda keçirdiyi genişmiqyaslı əməliyyat ölkədə ciddi rezonans doğrurub. Əməliyyat zamanı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, onun müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı bildirilib.

İcra başçısı və onunla birlikdə saxlanılanlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.

Xatırladaq ki, son illər icra başçılarının ətrafında bu cür genişmiqyaslı əməliyyatlar keçirilmirdi. 2020-ci ildən sonra bu prosesə ara verilmişdi. Buna yenidən start verilməsi növbəti həbslərin olacağını deməyə əsas verir. Necə ki, əvvəlki həbslər də zəncirvari olmuşdu. Ard-arda icra başçıları saxlanılaraq, hakim və prokuror qarşısına çıxarıldı.

İndi düşüncələrə hakim kəsilən sual belədir: Musa Şəkiliyevdən sonra növbədə kim var? Hansı başçının başı dərdə girəcək?

Bu sualların cavabı dəqiq bilinməsə də, gözlər önünə bir neçə icra başçısı gəlir.

İlk sırada isə Qazaxın icra başçısı Rəcəb Babaşovdur. Onu bu cür “şərəf löhvəsində” ilk sıraya çıxaran nə rəqibləridir, nə də bir başqası. Özü və oğludur. Necə?

Ata-oğul Babaşovlar haqda mediada dəfələrlə yazılıb. Deyilənə görə, bu ailə son 9 ildə (Rəcəb Babaşov 2016-cil ildə Qazaxa icra başçısı təyin edilib-red.) həddən artıq varlanıb. Bunu başçının oğlunun sürdüyü maşınlardan, yaşadığı həyatdan görmək mümkündür.

Ötən ilin noyabr ayında Rəcəb Babaşov oğlu Elşən Babaşzadə ilə medianın diqqətinə gəlmişdi. Həmin vaxt yayılan vizual və yazılı məlumatda Elşən Babaşzadənin bahalı maşınlarından, o maşınlara aldığı “göz deşən” nömrələrdən bəhs edilirdi. Elşən Babaşzadə 275 min dollar (450 min manat) dəyərində olan avtomobilinə dövlət nömrə nişanı almaqla gündəm olub. Vergi Xidmətində kiçik məmur olan bir şəxsin belə bahalı əmlakı necə əldə etdiyi suallar yaradır. Yəqin aidiyyatı dövlət qurumlarında şübhələr yaradır…

Bildirilirdi ki, E.Babaşzadə “Mersedes Benz G-63 AMG” markalı maşına 10 LL 077 nömrə nişanını 77 LL 077 ilə əvəzləyib. 77 LL 077 Elşən Babaşzadənin öz adına qeydiyyata alınıb. Təkcə bu fakt Rəcəb Babaşovla bağlı araşdırma aparmaq üçün kifayət edir. İcra başçısı olaraq o, nə edir, hansı qaranlıq işlərə yol verir ki, oğlu 450 min manatlıq maşın sürür? Üstəlik ona qiyməti bir neçə 10 min manatla ölçülən nömrə alır?

Ötən yazıda da qeyd etmişdik, əslində Qazaxın icra başçısı barədə dərhal hüquqi addımlar atılmalıdır. Onun fəaliyyəti ciddi yoxlanmalıdır.

Bütün bunlar indiki vəziyyətdə R.Babaşovu hüquq mühafizə orqanlarının, DTX-nın hədəfinə gətirə bilər. Sadə bir araşdırma ilə Babaş Rəcəbovun fəaliyyətində yol verdiyi qanunsuzluqlar üzə çıxar. Qaxdan sonra növbə Qazaxa çata bilər…

R.Babaşov haqda başqa məlumatlar da var. Deyilənə görə, rayonda xeyli torpaq sahələrini ələ keçirib. Ən yararlı sahələrdə böyük təsərrüfat qurub. Üstəlik keçirilən tenderlərdə özünə yaxın şəxslərinə hər dəfə “qalib” gəldiyi deyilir.

Bir başqa məlumat isə budur ki, R.Babaşov tabeliyindəki işçilərlə həddən artıq kobud davranır. Hətta bildirilir ki, onları küçə söyüşləri ilə təhqir edir. Sadə insanlarla, vətəndaşlarla da davranışının yol verilməz olduğu deyilən başçının rəftarının rayonda ciddi narazılıq yaratdığı haqda xəbərlər dolaşır./Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 İyun 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri