Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2-ci dərəcəli Vətən müharibəsi əlili, Respublika Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş Adıgözəlov Vüsal Bəşir oğlununun müalicəsini öz üzərinə götürüb.
"Unikal" xəbər verir ki, başçı daim qazini diqqətdə saxlayır, onun səhhəti, qayğıları ilə maraqlanır.
İcra başçısının bu gün qazimizlə birlikdə Bakı şəhərində xəstəxanada olması, onun səhhəti ilə bağlı həkimlərin fikrini öyrənməsi, müalicəsini Qazax Rayon İcra Hakimiyyəti olaraq öz üzərinə götürməsi həmin qayğının bariz nümunəsidir.
Qazi Vüsal Adıgözəlov hər zaman şəhid ailələrinə, qazilərə göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirir. Daim onun qayğıları ilə maraqlanan rayon rəhbərliyinə razılığını ifadə edir.
Məlumat üçün qeyd edək ki, Adıgözəlov Vüsal Bəşir oğlu 20 dekabr 1989-cu ildə Qazax rayonunun Bağanıs Ayrım kəndində anadan olub. Qazax rayon İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbi bitirib. Orta təhsillidir. 2014-cü ilin avqust ayından N saylı hərbi hissədə xidmətə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olaraq başlamışdır. 10 oktyabr 2020-ci il tarixdə Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmiş və 17 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə ayağından 1, qarından 7, beldən 3, sağ qol bazudan 3 qəlpə yarası almışdır. 17.10.2020-ci il tarixdə Füzuli rayonunda ilkin tibbi yardım göstərilmiş və iki dəfə əməliyyat olunmuşdur, vəziyyəti pisləşdiyi üçün Bakı Şəhər Hərbi Hospitala aparılmış 1 gün orda müalicə olunmuşdur. Səhhəti ilə əlaqədar 19.10.2020-ci il tarixdən Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmiş və iki dəfə əməliyyat olunmuşdur. 24.12.2020-ci il tarixdən Qazaxa gəlmişdir. Hərbi hissədən tərxis olub. 14.07.2021-ci il tarixdə II qrup əlillik dərəcəsi təyin edilmişdir. 2023-cü ildə bağırsağından, 2024-cü ildə sol ayağından, 2025-ci ildə sol ayağının dizdən aşağı hissəsindən əməliyyat olunmuşdur. Qazimizə 16.12.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Xəzər LADA” markalı avtomobil verilib. 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsində 3 otaqlı mənzillə təmin olunub. Ailəlidir, 3 övladı var. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















