Icma.az
close
up
RU
Xüsusi təyinatlı ölmək üçün yox, öldürmək üçün yetişir

Xüsusi təyinatlı ölmək üçün yox, öldürmək üçün yetişir

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

1980-ci ildə Gürcüstan Respublikasının Tiflis şəhərində doğulur...

Gəncə şəhərində böyüyüb, boya-başa çatır..

İdmanın müxtəlif növləri ilə məşğul, yarışlarda birincilik qazanır...

Uşaqlıqdan hərbçi, xüsusi təyinatlı olmaq arzusu ilə yaşayır...

Ailəsi hərbçi həyatı çətin olması səbəbilə bu arzuya qarşı çıxsa da, qərarından dönmür...

1994-cü ildə C. Naxçıvanski adına hərbi liseyə daxil olur...

Təhsildə fərqləndiyinə görə təhsilini davam etdirmək üçün Türkiyə respublikasına göndərilir...

1995 / 1999-cu illərdə İstanbul şəhərində Kuleli Hərbi liseyində təhsil alır...

1999 / 2004-illərdə Ankara şəhərində Quru Qoşunları hərbi məktəbində təhsil alır...

2004-cü ildə Türkiyədə Su altı dalğıc kursunu; Komando kursunu; Motoatıcı üzrə məktəbi uğurla başa vurur...

2005-ci ildə vətənə qayıdır...

Müdafiə Nazirliyinin təlim-tədris mərkəzinin kursunu keçərkən Xüsusi Təyinatlıların seçiminə qatılır...

2005 / 2006-cı illərdə Naxçıvanda ƏÜO-nun "N" saylı hərbi hissəsində xidmət edir...

2006- cı ildə cəbhə bölgəsində hərbi hisdələrdən birində xidmət keçir...

2006-cı ilin may ayında Xüsusi Təyinatlılar kursuna daxil olur, kursu uğurla başa vuraraq XTQ sıralararında qrup momandirinin müavini kimi xidmətə başlayır...

2008-ci ildə İsveçrədə "Xizək" kursu, "Şiddətli soyuqlarda müharibə" kursu, "Qar tarlalarına qarşı fəaliyyətlərin icra olunması" kursunu keçir...

2011-ci ildə Sloveniyada "Şiddətli soyuqlardan mühafizə" kursunu, "Xizək" kursunu, "Şiddətli soyuqlarda həyatda qala bilmə" kursunu, Pakistan Respublikasında "Antiterror" kursunu, "Mühüm şəxsin qoruması" kursunu, Türkiyə Reslublikasında "Mühüm şəxsin qoruması" kursunu bitirir...

2011-ci ildən başlayaraq ölkə daxilində bir sıra kurs və təlimlərə ("Xizəkçilik", "Dağçılıq", "Anfibiya", "Antiterror" və s.) qatılır...

Xidmətdə fərqləndiyinə görə anti-terror kursunda qrup komandirinin müavini kimi xidmətinə davam edir...

XTQ sıralarında qrup komandiri; tabor komandirinin müavini; tabor komandiri vəzifələrinə qədər yüksəlir...

Xidmətindəki uğurlara görə dəfələrlə yuxarı Komandanlıq və Ali Baş Komandan tərəfindən fəxri fərman və medallarla təltif edilir...

Vətən Müharibəsində "Əfsanəvi tabor"un komandiri olan, taboru ilə birgə Alxanlı istiqamətindən cəbhə xəttini keçərək Qaraxanbəyli kəndinin işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşən, düşmənin ağır artilleriya atəşləri nəticəsində yaralanan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, qazi, Vətən Müharibəsi iştirakçısı Nizami Əliyev!

Qəhrəmanımız yaralandığı anı belə xatırlayır: "Mən ayın 30-da düşmənin ağırartilleriya hücumu nəticəsində qrad texnikasından atılan mərmi qəlpəsindən yaralandım. Əvvəlcə mən yaralandığımı başa düşmədim. Mərmi düşdü, partlayışı hiss elədim və bir balaca özümə gələndən sonra gördüm ki, həmin mərmi məni bir neçə metr kənara atıb. Çox tərs düşmüşdüm, heç bir yerimi hiss, etmirdim. Hər yeri dumanlı görürdüm və eşitmə hissim də qismən getmişdi. Sadəcə yanımdakı şəxsi heyətin döyüşdüyünü hiss edirdim. Lakin özümün sağ qalıb qalmadığımı tam dərk etmirdim. Sanki, şəhid olmuşdum, ruhum ətrafı görürdü. Belə hiss edirdim. Sonra yanıma qazimiz Xəyyam Quliyev və sanitarım Nəcməddin Mehrəliyev gəldi. İlk tibbi yardımı o göstərdi. Mən onlara nəsə deyirdim, amma başa düşmürdüm ki, onlar məni eşidirlər, ya yox. Məndə elə bir hiss yaranmışdı ki, məni heç kim eşitmir. Xəyyam Quliyev rabitəylə qrup komandirlərinə məlumat verdi ki, tabor komandiri yaralanıb. Bunu bilən kimi əmr komandasını Vətən Müharibəsi Qəhrəmanı, şəhid Şıxamir Qaflanov öz üzərinə götürdü. Döyüş davam edirdi. Mənimlə bir yerdə təxminən 8-9 yoldaşımız yaralanmışdı. Mənim boyun hissəmdən yaralandığım üçün şah damarımdan vurulduğumu sandım və artıq şəhid olacağımı düşündüm. Lakin ilk tibbi yardım göstəriləndən sonra anladım ki, qəlpə şah damarıma toxunmayıb, Ancaq onurğa beynimi ağır zədələdiyi üçün bədənimi hiss etmirdim, iflic vəziyyətindəydim. Qəlpə boynumun sağ hissəsindən girib, sol hissəsindən çıxmışdı. Şah damarımın 1 sm yanından onurğa beynimin də bir neçə mm yanından keçmişdi. Buna görə də bədənimin heç bir üzvünü hiss, etmirdim. Təxliyyəmiz üçün şəhidimiz, XTQ-nin təminatını təşkil edən Qəzənfər Mütəllibovu çağırdılar. Çünki çox uzaq məsafədə deyildi. Bizm 3-4 gün ərzində sursat təminatına ehtiyacımız var idi. Bu fəaliyyəti Qəzənfər icra edirdi. Gecə-gündüz bilmədən həm bizə təminat gətirirdi, həm də şəhidləri, yaralıları cəbhə xəttindən təxliyə edirdi. Mənim yaralanmağım haaqında xəbər rabitə vaditəsilə ötürələndən az sonra Qəzənfərin kvadrasiklının səsini eşitdim. O tez özünü yetirib dərhal məni digər yaralılarımızı həmin kvadrasikla yerləşdirdi mərmi atəşi altında bizi təxliyə edə bildi səyyar qospitala çatdırdı. Həm təxliyə zamanı, həm qospitala gətirildiyimdə bir neçə dəfə huşumu itirdim. Daha sonra məni Əhmədbəylidəki qospitala, oradan isə Şirvan şəhər xəstəxanasına gətirdilər. 10-15 gün sonra Elgün həkimin, Səməd həkimin və digər həkimlərin sayəsində hərəkətim bərpa olundu.

Müharibədə itirdiyi igidlərini həm qürur, həm də kədər hissi ilə xatırlayır komandir. Onların cəsarətini, şücaətini, igidliyini dönə-dönə qeyd edir: "Kapitan Kamil Şirinov mənimlə rabitəylə əlaqəyə çıxdı ki, sağ istiqamətimizdə düşmənin canlı qüvvəsini müşahidə edirik. Və 3 dəfə məndən icazə istədi ki, bölgəyə hücum təşkil eləsin və həmin bölgədəki düşməni məhv eləsin. Mən hər dəfə gözləməyi əmr etsəm də, artıq o məndən 3-cü dəfə icazə istəyəndə ki, icazə verin mən gedim həmin yerə qrupumla birgə basqın edim, oradakı düşmən manqalarını məhv edim, mən ona icazə verdim. Komanda verdim ki, ehtiyatla, atəş dəstəyi altında hərəkət etsin həmin bölgəyə və oradakı düşməni məhv edərək mənə məruzə etsin. Həmin istiqamətdə çox ciddi bir döyüş getdi. Kamilin şəxsi heyəti məcbur açıq ərazidə hərəkət edərək (nə qədər çalışsa, da gizli yollarla sürünərək, iməkləyərək hərəkət eləsin, düşmən öz mövqeyində, öz səngərində tərtiblənmişdi) düşməni məhv etməyə çalışıblar. Mənimlə təmasa girdilər. Ciddi şəkildə döyüş gedirdi. Çox gərgin, çox şiddətli döyüşdə yaralılarımız oldu. Onlar dərhal döyüş meydanından çıxarıldı və ilk tibbi yardım göstərilərək təxliyə olundum. Hətta orada onlara mərmi yağışının altında ilk tibbi yardımı şəhid Elyar Əliyev (VMQ) göstərmişdi. Təəssüflər olsun ki, biz bu döyüşdə Kamil Şirinovu itirdik. O, qəhrəmancasına döyüşərək öz qrupu ilə birgə tapşırığı icra etdi və düşmən çox böyük itgi verərək geriyə çəkildi, biz bunu müşahidə edirdik. O qrupda qazi Əvəz Banipaşa, Anar Qurbanlı, Şəhriyar Quliyev (şəhid) düşməni təqib edərək məhv etdilər və məhv etdikdən sonra düşmənin silahlarını və telefonlarını ələ keçirtdilər. (sonradan mən o telefonları araşdırılması üçün yuxarı komandanlığa göndərdim) Döyüş uğurla nəticələndi. Səhəri gün, ayın 30-u düşmən əks hücuma keçib yenidən kəndi ələ kedçirtməyə çalışsa da buna nail ola bilmədi. Yenə də şiddətli döyüş başladı və mən həmin döyüşdə yaralandım. Lakin mənim "Əfsanəvi tabor"um Qaraxanbəylidən tutmuş Hadrut və Şuşa istiqamətlərində bütün döyüşlərdə iştirak etmiş, qəhrəmancasına döyüşmüşdür. Ümumilikdə taborun 19 şəhidi var. Onlardan 5-i Vətən Müharibəsi Qəhrəmanıdır".

Yaralandığı andan danışarkən onu təxliyə edən XTQ mənsubu," Pələng" ləqəbli Qəzənfər Mütəllibovun döyüşdəki şücaətindən, qəhrəmanlığından ağız dolusu danışır qəhrəmanımız: "Mənim yaşamağıma səbəb Qəzənfər oldu. O məni qurtardı. Həyatımı ona borcluyam" deyir.

2014-cü ilin avqust, 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan, dəfələrlə XTQ-nin diversiya əməliyyatlarında uğurla inştirak edən Nizami Əliyev dostu, Azərbaycanın Milli Qəhrəmanı, şəhid mayor Samid Əliyevi xatırlayır: "Bizdə əksəriyyət bir-birini tanıyırdı, çünki təlimlərdə, döyüşlərdə bir olurduq. Amma ən yaxın münasibətim Samidlə idi. Bizdə iki qrup var idi. O, birinin, mən isə digər qrupun komandir müavini idim. Onunla ilk tanışlığımız XTQ kursunun" Sorğulama" mərhələsində olmuşdu. Xidmətə başladıqdan sonra isə daha yaxından dostlaşdıq. İkimiz də subay olduğumuz üçün bir evdə qalırdıq. Bir-birimizin xasiyyətinə yaxşı bələd idik. Hər yerə bir yerdə çıxırdıq. Heç vaxt bir-birimizdən ayrılmazdıq. Hətta bizi qohum, qardaş sanırdılar. Möhtəşəm insan idi Samid. Mehriban idi. İstiqanlı idi. Xidmətdə tələbkar, dəqiq və soyunqanlı idi. Mən ondan çox şey öyrəndim. Aprel döyüşlərində böyük igidlik göstərdi, yaralanmışdı. İmkan verməmişdi onu çıxartsınlar. Sonra biz həmin yerə qayıdıb onu çox axtardıq. Əlində qumbaranı sıxıb tutmuşdu. Qan itirmədən şəhid olmuşdu. Müharibənin ən ağır yanı illərlə xidmət etdiyin dostlarını, silah yoldaşlarını, qardaşlarını itirməkdir. "... Danışdıqca qəbrəmanımızın gözlərindəki kədər daha dərinləşir. Dost acısı ağır olur deyirlər...

Özündən deyil, yalnız taborun döyüşçülərindən danışır komandir... Onların igidliyindən, mərdliyindən, cəsarətindən, bacarığından, uğurlarlndan elə fəxrlə, elə qürurla danışır ki...

2014- cü ilin avqust döyüşlərinin iştirakçısı olan qəhrəmanımız o döyüşləri belə xatırlayır: "Mən bu döyüşlərdə qrup komandiri olaraq iştirak edirdim. Əməliyyata biz başladığımız zaman düşmənin bir neçə gün idi ki, təxribatları davam edirdi. Biz bu təxribatların qarşısını almaq üçün tapşırıq aldıq. Ağdam istiqamətində biz tapşırığımızı icra etdik. Gecə şəraitində düşmənin dərinliyinə sızaraq düşmənin 30-a yaxın xüsusi təyinatlı dəstəsini məhv etdik. Həmin əməliyyatda 13 nəfərdən 3 şəhid, 5 yaralı verdik. Buna baxmayaraq tapşırığı yüksək səviyyədə icra etdik".

2016-cı ilin aprel döyüşlərindən isə böyük kədərlə danışır. Zarafat deyil, ən yaxın dostunu, silah yoldaşlarını, qardaş dediyi insanları itirmişdi bu döyüşdə... : "Aprelin 2-də XTQ komandanı tərəfindən tapşırıq almışam. Mənim əmrimdə 3 xüsusi əməliyyat qrupu olub. Ayın 2-dən 3-nə keçən gecə Tapqaraqoyunlu kəndi istiqamətindən düşmənin ağır artileriya atəşinə baxmayaraq biz cəbhə xəttini keçərək düşmənin gerisinə Talış kəndi istiqamətində hərəkət etdik. Düşmən postuna yaxınlaşarkən onlar tərəfindən atəşə tutulduq. Saat 2-3 radələrində Talış kəndi istiqamətinə çatdıq və artıq gördük ki, düşmənin ağır texnikası kəndə daxil olub, hətta bir tabordan artıq canlı qüvvəsi vardı. Yuxarı komandanlıqdan bizim qüvvələrimizin geriyə çəkildiyi məkumatı verildi. Təəssüflər olsun ki, məlumat gəldi ki, Murad Mirzəyev, Samid İmanov və digər silahdaşlarımızın düşmən təxribatının qarşısını alarkən düşmən postunda qəhrəmancasına şəhid olublar. Həmin postun ələ keçirilməsi tapşırığını aldıq və həmin istiqamətdə mənim əmrimdə olan 3 qrupla hərəkət etdik. Həmin postda tamamilə düşmən qüvvələri yerləşdiyi üçün komanda gəldi ki, sadəcə müşahidə altına alın, əlavə olaraq komanda gəldikdə tapşırıqları icra edərsiz. Təxminən 2-3 gün ərzində düşmən arxasında qaldıq. Atəşkəs olduqdan sonra isə tapşırığımız dəyişdi. Oradakı şəhid yoldaşlarımızın axtarılıb tapılması və təxliyəsi tapşırığını aldıq".

"Xüsusi təyinatlı ölmək üçün deyil, öldürmək üçün yetişir" deyən zabitimizi dinlədikcə qürurdan kövrəlməmək olmur... Düşünürsən ki, əvvəllər qəhrəmanları mavi ekrandan, yalnız filmlərdən izlərdik. Onda heç ağlımıza da gəlməzdi ki, biz zəmanəmizin qəhrəmanları ilə eyni dövrü yaşayacaq, onların söhbətlərinin, müharibə xatirələrinin canlı dinləyicisi olacağıq...

Bütün həyatını Azərbaycan üçün adayan, varlığı ilə vətənə sütun olan oğullar! Sizin haqqınız ödənməz! Həm biz, həm gələcək nəsil sizi ancaq minnətdarlıq, qürur, fəxr hissi ilə xatırlayacaq!

Bizə qalib ölkənin vətəndaşı olmağın qürurunu, sevincini yaşatdığınız üçün sizə təşəkkür edir, bundan sonrakı fəaliyyətinizdə, həyat yolunuzda uğurlar diləyirik vətənin qəhrəman oğlu!

Sevinc Bəhmənli.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see401

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see352

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see325

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see147

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see139

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see137

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see134

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see131

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see129

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see128

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see128

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see126

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see125

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see124

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see123

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see123

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see121

Makron istefa ver! deyən yüzlərlə fransız həbs edildi

10 Sentyabr 2025 17:12see120

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see117

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri