Ramiz Məmmədov: “Yeni transferlərlə daha da güclənmək istəyirik”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Komandanı tam komplektləşdirmək üçün lazım olan oyunçular barədə fikir mübadiləsi aparırıq. Danışıqlarımız davam edir. Yeni transferlərlə daha da güclənmək istəyirik”.
İdman.biz xəbər verirki, bu sözləri futbolinfo.az saytına açıqlamasında “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov deyib.
Mütəxəssis I Liqanın 2-ci turunda “Cəbrayıl” üzərində 3:1 hesablı qələbə barədə də fikirlərini bölüşüb: “Komanda üzvlərinə bu əzmkar qələbəyə görə minnətdarlığımı bildirirəm. Çox yaxşı rəqibə qarşı oynadıq. Həqiqətən çətin oyun keçdi. Səfərdə layiqli qələbə qazandıq. Növbəti oyunumuz “Difai”yə qarşıdır. Yüksək yerlər uğrunda mübarizə aparırıq. Buna görə də xal və xallar qazanmağa çalışacağıq. Komandamız yeni olsa da, təcrübəli futbolçular çoxdur. Düşünürəm, istədiyimiz oyunu göstərərək daha yaxşı nəticələr əldə edəcəyik”.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















