Icma.az
close
up
RU
Daha bir ölkə Fələstin Dövlətini tanımaq qərarına gəldi

Daha bir ölkə Fələstin Dövlətini tanımaq qərarına gəldi

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Belçika federal hökuməti Fələstinin tanınması və İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı razılığa gəlib.
Turkustan.az xəbər verir ki, Belçika federal hökuməti fövqəladə Nazirlər Kabinetinin iclasından sonra İsrailə qarşı sanksiyalar və Fələstin Dövlətinin tanınması ilə bağlı qərara gəldiyini açıqlayıb.
Baş nazirin müavini və xarici işlər naziri Maksim Prevotun sözçüsü Laurens Soenen AA müxbiri ilə paylaşdığı razılaşmanın mətnində Fələstində başda Qəzzada yaşanan humanitar faciə və İsrailin beynəlxalq hüquqa zidd hərəkətlərinə diqqət çəkilib.
Bəyanatda humanitar yardımın prioritet olaraq qalacağı bildirilərək, Xarici İşlər və Müdafiə nazirlərinin Qəzzada humanitar vəziyyətin yaxşılaşdırılması üçün səylərini davam etdirdikləri və Cerulean Skies 2-yə bənzər hava yardımı əməliyyatlarının təkrarlanmasının nəzərdən keçirildiyi qeyd edilib. Həmçinin Belçikanın fələstinlilərə bütün kanallar vasitəsilə humanitar yardım çatdırmağa davam edəcəyi və İnkişaf Əməkdaşlıq Nazirinin bu il vəd etdiyi 7 milyon avroya əlavə olaraq 12,5 milyon avro ayırdığı qeyd edilib.
Açıqlamada vurğulanıb ki, Ümumdünya Səhiyyə Təşkilatının müraciəti əsasında bölgədə müalicəsi mümkün olmayan ağır xəstələrin tibbi təxliyəsi daha da gücləndiriləcək.
Zorakılıq edən yəhudi köçkünlərə və Həmas üzvlərinə qarşı milli səviyyədə aydın sanksiyalar hazırlanacağı, maliyyə məhdudiyyətləri, aktivlərin dondurulması və ölkəyə giriş qadağaları kimi tədbirlərin görüləcəyi qeyd edilib.
Bildirilib ki, Avropa İttifaqı (Aİ), Kanada və Böyük Britaniya siyahıları əsasında hazırlanan bu tədbirlər çərçivəsində Belçika sözügedən şəxsləri öz ölkəsində dərhal “persona non qrata” elan edib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri