Icma.az
close
up
RU
Daha bir qalmaqal: Onlar Ədalət Partiyasını tərk etdilər

Daha bir qalmaqal: Onlar Ədalət Partiyasını tərk etdilər

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ədalət Partiyası bu gün keçirilən iclasında bir neçə nəfərin partiya sıralarını tərk etməsinə münasibət bildirib.

Globainfo.az xəbər verir ki, bununla bağlı Təşkilat Komitəsi açıqlama yayıb.

“Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bütün iddialı üzvlərinin qurultayda iştirak etməsi və öz iddialarını qurultay nümayəndələrinin müzakirəsinə təqdim etməsi barədə dəfələrlə çağırışlar edib. Lakin bir neçə nəfər bunu qəbul etməyərək, partiya sədrini əvvəlcədən öz aralarında müəyyənləşdirərək, Qurultayın formal xarakter daşıması iddialarından geri çəkilmək istəməyib.

Ədalət Partiyasının çoxsaylı üzvləri, funksionerləri həmin şəxslərin Nizamnamənin, partiyadaxili demokratik mühitin pozulmasına yönələn bu hərəkətlərini heç vaxt qəbul etməyib və çox böyük təpki ilə qarşılaşıb.

Təşkilat Komitəsi təəssüflə bildirir ki, yaranmış fikir ayrılığını demokratik seçki yolu ilə həll etmək əvəzinə, Meydan Babayev və onunla həmfikir olan bir neçə nəfər Nizamnaməyə zidd addımlar atmağa cəhd göstərib. Bu alınmadıqda isə partiya sıralarını tərk etmək haqqında qərar qəbul ediblər”.

Bildirilib ki, Ədalət Partiyası hər zaman bütün üzvlərinə diqqətlə yanaşaraq barışdırıcı mühit formalaşdırıb:

“Hər kəsin öz iddiasını təmin etməsi üçün şərait yaradıb. Mayın 17-də keçiriləcək Qurultay da məhz belə bir fürsət məkanıdır. Yaranmış fürsəti dəyərə çevirmək əvəzinə, onların partiya sıralarını tərk etmək seçimləri təəssüf doğrurur.

Təşkilat Komitəsi bildirir ki, partiyadakı statusundan asılı olmayaraq, hər bir üzvün partiya sıralarını tərk etməsi arzuolunmazdır. Bununla belə Ədalət Partiyası həmin şəxslərə partiyadakı müsbət xidmətlərinə görə təşəkkür edir. Növbəti IX Qurultaya hazırlıqlar davam edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 May 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri