Icma.az
close
up
RU
Ədalət Partiyasını tərk edənlərlə bağlı mühüm REAKSİYA

Ədalət Partiyasını tərk edənlərlə bağlı mühüm REAKSİYA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Ədalət Partiyasının keçmiş sədri İlyas İsmayılovun vəfatından sonra partiya daxilində müəyyən çəkişmələr, gərginliklər yaşanmağa başlayıb. Partiyanın bağlanacağı, hətta onun başqa bir partiya-Azərbaycan Demokrat Partiyası ilə birləşəcəyi yönündə fikirlər səsləndirilməyə başlayıb. Partiya daxilində ikitirəlik meydana gəlib. 
Bu gün isə Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib və bir neçə nəfərin partiya sıralarını tərk etməsinə münasibət bildirilib. 


Modern.az xəbər verir ki, Təşkilat Komitəsinin yaydığı açıqlamada deyilir:

“Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bütün iddialı üzvlərinin qurultayda iştirak etməsi və öz iddialarını qurultay nümayəndələrinin müzakirəsinə təqdim etməsi barədə dəfələrlə çağırışlar etmişdir. Lakin bir neçə nəfər bunu qəbul etməyərək, partiya sədrini əvvəlcədən öz aralarında müəyyənləşdirərək, Qurultayın formal xarakter daşıması iddialarından geri çəkilmək istəmədi.

Ədalət Partiyasının çoxsaylı üzvləri, funksionerləri həmin şəxslərin Nizamnamənin, partiyadaxili demokratik mühitin pozulmasına yönələn bu hərəkətlərini heç vaxt qəbul etməmiş və çox böyük təpki ilə qarşılamışlar. Təşkilat Komitəsi təəssüflə bildirir ki, yaranmış fikir ayrılığını demokratik seçki yolu ilə həll etmək əvəzinə, Meydan Babayev və onunla həmfikir olan bir neçə nəfər Nizamnaməyə zidd addımlar atmağa cəhd göstərmiş, bu alınmadıqda isə partiya sıralarını tərk etmək haqqında qərar qəbul etmişdir.

Ədalət Partiyası hər zaman bütün üzvlərinə diqqətlə yanaşaraq barışdırıcı mühit formalaşdırmış, hər kəsin öz iddiasını təmin etməsi üçün şərait yaratmışdır. Mayın 17-də keçiriləcək Qurultay da məhz belə bir fürsət məkanıdır. Yaranmış fürsəti dəyərə çevirmək əvəzinə onların partiya sıralarını tərk etmək seçimləri təəssüf doğrurur.

Təşkilat Komitəsi bildirir ki, partiyadakı statusundan asılı olmayaraq hər bir üzvümüzün partiya sıralarını tərk etməsi bizim üçün arzuolunmazdır. Bununla belə Ədalət Partiyası həmin şəxslərə partiyadakı müsbət xidmətlərinə görə təşəkkür edir.

Ədalət Partiyası bir daha bəyan edir ki, partiya öz monolitliyini saxlamaqda, növbəti IX Qurultayına hazırlığı davam etdirməkdədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 May 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri