Icma.az
close
up
RU
Daha bir slavyan ölkəsində Maydan hazırlanır

Daha bir slavyan ölkəsində Maydan hazırlanır

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Hazırda Serbiyada gənclərin fəal iştirakı ilə baş verən iğtişaşlar əsasən Avropa Birliyi və onun üzvü olan dövlətlərin təxribat fəaliyyətinin məhsuludur. Avropa liberalizminin məqsədi bu ən böyük Balkan ölkəsində Brüsselə itaətkar və sadiq şəxsi hakimiyyətə gətirməkdir. Etiraf etmək lazımdır ki, avro-elita bir çox şeydə uğur qazanır: gənclər radikallaşır, dinc etirazdan “inqilabi” mübarizə və zorakılıq üsullarına keçir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

“Bununla belə, Qərbin bir çox ölkədə uğurla sınaqdan keçirdiyi “rəngli inqilab” ssenarisi Serbiyada iflasa uğramaqdadır. Avro-bürokratiyanın son məqsədlərinə nail olunmayıb. Bunun səbəbi yerli cəmiyyətdə davam edən güclü vətənpərvərlik hissləri, Serb Pravoslav Kilsəsinin birləşdirici təsiri, o cümlədən NATO təcavüzü və ölkənin parçalanması ilə nəticələnən bombalanması xatirəsidir.

Avro-elitalar situasiyanı öz xeyrinə “çevirmək” üçün noyabrın 1-də Novi Sadda etirazlara səbəb olan faciəli hadisələrin ildönümündən istifadə etməyə hazırlaşırlar. Əsas diqqət serb gənclərin “beyinlərinin yuyulmasına” və “parlaq Avropa gələcəyi”nin reklamına yönəlib. Guya müstəqil mediaya xüsusi rol verilir. Guya onların “müstəqilliyi” “demokratik” Avropa pulları ilə möhkəmləndirilməlidir.

Məlumata görə, Serbiyanın “FoNet”, “RAM Network”, “Vreme”, “Juzne Vesti”, “Slobodna rec”, “Boom93”, “Podrinske”, “Freemedia”, “Indjija”, “Soinfo”, FAR, “Storyteller” xəbər portalları, həmçinin Link QHT-si Brüsselə bağlı QHT-lərdən böyük maliyyə dəstəyi alır.

Brüssel gözləyir ki, medianın və QHT-lərin maliyyə pompalanması etiraz elektoratını hərəkətə keçirəcək, insanları küçələrə çıxaracaq və dəfələrlə sınaqdan keçirilmiş ssenari üzrə “Serb Maydanı”na tamamlanacaq”, - məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Sentyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see235

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see172

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri