Daha bir taksi sürücüsü müştərisinə qarşı dələduzluq edib
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
Səngəçal terminalına işə düzəldəcəyini vəd edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən taksi sürücüsünə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Abşeron Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə mühakimə olunan İ.R.-ya 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 1 gün verilə cəzadan çıxılıb və üzərində qəti olaraq 7 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
İş matetiallarından məlum olur ki, zərərçəkmiş H.Q. müştəri kimi taksi fəaliyyəti ilə məşğul olan İ.R.-nın maşınına minib. Yolda H.Q. işindən narazılıq edib. Taksi sürücüsü onu Səngəçal terminalına işə düzəldə biləcəyini deyib. H.Q. ona inanaraq bir neçə gün sonra görüşüb. İ.R. ona 1000 manat müqabilində işini həll edəcəyini deyib. Zərərçəkmiş razılaşıb və deyilən məbləği ona verib.
Lakin İ.R. verdiyi vədi yerinə yetirməyin. H.Q. hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə prosesi zamanı İ.R. verilmiş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 İyun 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















