Icma.az
close
up
RU
Daha bir tibb müəssisəsinin rəhbərindən ŞİKAYƏT

Daha bir tibb müəssisəsinin rəhbərindən ŞİKAYƏT

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Röyanə Quluzadə 8 aylıq uşağımı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi”

Tribunainfo.az  xəbər verir ki, Sabunçu rayonu, Yefim Saratov küçəsi 12 ünvanında yaşayan Qurbanova Ləman Azər qızı tərəfindən hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, “Reflex” Reabilitasiya Mərkəzinin baş həkimi Röyanə Quluzadədən şikayətçidir:

“Mən, Qurbanova Ləman Azər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bu yaxınlarda 8 aylıq övladım Quliyev Fatehin səhhətində yaranmış problemlə bağlı “Reflex” Reabilitasiya Mərkəzinə üz tutduq. Həkimin adını, soyadını internet vasitəsilə tapmışdım. Biz həmin həkimin qurbanı olduq. Həm 100 manat pulumuz getdi, həm də uşağı normal müayinə etmədi. Həkimdən doğru-dürüst cavab belə, ala bilmədik.

Deməli, Röyanə Quluzadə “Reflex” Reabilitasiya Mərkəzində baş həkimdir, USM aparatında xəstələri müayinə edir. Nevroloq və pediatr kimi də bu xəstəxanada fəaliyyət göstərir. Bir sözlə, o, sözün bütün mənalarında bu xəstəxananı idarə edir. Məhz bu səbəbdən də, ondan şikayət çox olur.

Bayram günü olduğuna görə, xəstəxanaların çoxu işləmirdi. Uşağın anidən xəstələnməsi həkimi tanımağımıza vəsilə oldu.

Qeyd edim ki, uşağımı USM aparatına saldıq. Adını həkim qoyan bu şəxs uşağı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi. 8 aylıq uşağın həyatını heçə sayaraq, məşhur olmaq həvəsindədir. Dilsiz-ağızsız bir körpədir deyə, hər zülmü verməlidirlər? Verdiyim pul da haramı olsun. Bütün bunları da qoyduq bir qırağa, uşağı götürüb evə gəldik.

Axşam saatlarında uşağın vəziyyəti yenidən dəyişdi. Həkimə zəng vurub kömək istədim. O qədər kobud cavab verdi ki, sanki müayinə vaxtı video çəkməsinə susmalıydım. Mən iradımı bildirdim. Həmin vaxt körpə uşaq müayinə olunmalı idi.

Səhiyyə Nazirliyindən xahiş edirəm ki, belə həkimlər haqqında tədbir görülsün. Həm canımızı, həm də pulumuzu alırlar”.

Məsələ ilə bağlı Röyanə Quluzadə ilə əlaqə saxlaya bilmədik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Aprel 2025 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri