Icma.az
close
up
RU
Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?

Daha çox avtomobil, daha çox tıxac: Bakı bu yükü daşıya biləcəkmi?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Azərbaycanda avtomobillərin sayı sürətlə artır. 2025-ci ilin yekunlarına görə, ölkədə avtomobillərin ümumi sayı 1 milyon 934 min 598-ə çatıb. Son beş ildə isə avtomobil parkı 31,3 faiz böyüyüb. Bəs avtomobillərin sayındakı bu artım hansı həddə qədər davam edə bilər? Şəhərin yol və parklanma infrastrukturu artan nəqliyyat yükünü qarşılamağa hazırdırmı?

Yol infrastrukturu üzrə ekspert Yasin Mustafayevin sözlərinə görə, ölkəyə hər il 100 mindən çox nəqliyyat vasitəsinin daxil olması və onların böyük hissəsinin Bakıda cəmləşməsi paytaxtda nəqliyyat sıxlığının və tıxacların artmasına səbəb olur: “Əslində, avtomobillərin sayının artması təbii prosesdir. Mövcud vəziyyəti inkişaf etmiş ölkələrlə müqayisə etsək, 10 milyonluq əhalimizə təxminən 2 milyon avtomobil düşür ki, bu da hər 5 nəfərə bir nəqliyyat vasitəsi deməkdir. Almaniya kimi ölkələrdə isə hər iki nəfərə bir avtomobil düşür. Yəni qlobal mənzərə ilə müqayisədə Azərbaycanda avtomobilləşmə səviyyəsi o qədər də yüksək deyil. Bizdə əsas problem insanların nəqliyyatdan istifadə vərdişləri ilə bağlıdır. Xüsusilə Bakı kimi böyük şəhərlərdə şəxsi avtomobili olan insanlar ən qısa məsafələrə belə avtomobillə getməyə üstünlük verirlər. Cəmiyyətdə “avtomobilim varsa, mütləq onunla getməliyəm” düşüncəsi formalaşıb. Tıxac və parklanma probleminin əsas səbəblərindən biri də məhz bu yanaşmadır”.

Y.Mustafayev bildirib ki, hazırda şəhərdə avtobus zolaqlarının yaradılması və mikromobillik infrastrukturunun, o cümlədən velosiped yollarının inkişaf etdirilməsi problemin həllinə yönəlmiş addımlardandır. Vətəndaşların da bu alternativlərdən daha fəal istifadə etməsi vacibdir: “Digər ölkələrin təcrübəsi göstərir ki, avtomobillərin sayı yüksək olsa belə, insanların gündəlik hərəkətlərində ictimai nəqliyyata və mikromobillik vasitələrinə üstünlük verməsi şəhərlərdə nəqliyyat yükünü azaltmağa imkan verir. Təbii ki, nəqliyyat vasitələrinin sayı artdıqca tıxac və parklanma yerlərinin çatışmazlığı kimi problemlər də kəskinləşə bilər. Düşünürəm ki, zaman keçdikcə bu çətinliklər insanların nəqliyyatdan istifadə vərdişlərinə də təsir göstərəcək. Tıxac və sıxlıq probleminin həlli avtomobil almağın qarşısını almaqdan deyil, şəxsi avtomobildən istifadəyə alternativlərin yaradılmasından keçir. Çünki avtomobil almaq istəyən vətəndaşa sadəcə “avtomobil alma” demək mümkün deyil”.

Nəqliyyat eksperti Adil Nəbiyev də düşünür ki, son beş ildə avtomobil parkının 31,3 faiz böyüməsi kifayət qədər yüksək göstəricidir və bunu sadəcə təbii avtomobilləşmə kimi qiymətləndirmək düzgün olmaz: “2025-ci ilin yekununda avtomobillərin ümumi sayının 1 milyon 934 min 598-ə çatması onu göstərir ki, ölkədə, xüsusilə də Bakı və Abşeron ərazisində nəqliyyat tələbatı sürətlə artır. Avtomobil sayının artması özlüyündə mənfi hal deyil. Problem avtomobillərin sayının artım tempi ilə şəhərin yol-nəqliyyat sisteminin inkişaf tempi arasında ciddi fərq yarandıqda başlayır. Qarşıdakı illərdə də ölkədə avtomobillərin sayının artması davam edəcək. Bakı və ətraf ərazilərdə yaşayış massivlərinin genişlənməsi, insanların iş, təhsil və digər gündəlik səfərlərinin məsafəsinin uzanması, ailələrin ikinci avtomobil almağa meyillənməsi bu prosesi sürətləndirir. Eləcə də bəzi istiqamətlərdə ictimai nəqliyyatın şəxsi avtomobilə tam alternativ ola bilməməsi böyük rol oynayır. Xüsusilə şəhərətrafı qəsəbələrdən Bakının mərkəzinə gündəlik gələn insanlar üçün sürətli, rahat və proqnozlaşdırıla bilən ictimai nəqliyyat imkanları kifayət etmədikdə şəxsi avtomobil zərurətə çevrilir”.

A.Nəbiyev bildirib ki, Bakı kimi artıq formalaşmış şəhərdə davamlı şəkildə yeni yollar tikmək və mövcud yolları genişləndirmək fiziki olaraq mümkün deyil: “Şəhərin ərazisi məhduddur, yolların hər iki tərəfində yaşayış və kommersiya obyektləri var. Bəzi yolların genişləndirilməsi müəyyən müddətdən sonra əlavə avtomobil axını yaradaraq həmin infrastrukturun yenidən yüklənməsinə gətirib çıxarır. Buna görə də problemi yalnız yeni körpü və tunellərin tikintisi ilə həll etmək olmaz. Əsas məqsəd mövcud yol sahəsindən daha səmərəli istifadə etmək, avtobusların hərəkət intervalını azaltmaq, şəhərətrafı dəmir yolu və metro imkanlarını genişləndirmək, həmçinin müxtəlif nəqliyyat növləri arasında rahat keçid yaratmaq olmalıdır. Bu tendensiya qarşılanmazsa, bizi sadəcə tıxac deyil, orta hərəkət sürətinin düşməsi, vaxt itkisi, yanacaq sərfiyyatının artması və nəticədə böyük iqtisadi itkilər gözləyir”.

Ekspertin sözlərinə görə, digər ciddi böhran parklanma ilə bağlıdır. Avtomobil sayının artması həm yaşayış məhəllələrində, həm də şəhər mərkəzində dayanacaq tələbatını kəskin yüksəldir: “Lakin çıxış yolu şəhərin hər küçəsini avtomobil dayanacağına çevirmək deyil. Çünki daha çox parklanma yeri yaratdıqca, həmin ərazilərə daha çox avtomobil cəlb etmək riski yaranır. Çoxmərtəbəli və yeraltı dayanacaqların yaradılması, qanunsuz parklanmanın qarşısının alınması və ictimai nəqliyyat qovşaqlarının yaxınlığında avtomobili saxlayıb səfəri avtobus və ya metro ilə davam etdirməyə imkan verən dayanacaq sistemlərinin inkişaf etdirilməsi vacibdir”.

Mənbə: "Kaspi" qəzeti

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri