Tehrandan Qətər görüşü ilə bağlı təkzib: Yalandır, heç bir danışıq aparmırıq
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İran ABŞ ilə heç bir danışıq aparmır. Qətərdə görüş keçirilməsi barədə bəyanatlar yalandır".
Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-nin İranla danışıqların davam etdirilməsi barədə bəyanatları iqtisadi təzyiqi azaltmağa və neftin qiymətini aşağı salmağa yönəlib.
Rezai qeyd edib ki, Tehran yeddi şərt irəli sürüb və ABŞ-nin ilkin cavabını qeyri-kafi hesab edib. İran tərəfi Vaşinqtondan həmin şərtlərə aydın və dəqiq cavab verməsini istəyib.
"Biz amerikalılardan şərtlərimizə aydın və dəqiq cavab vermələrini xahiş etdik, lakin onlar hələ də bunu etməyiblər. Ola bilsin ki, bu cavabı gələcəkdə verəcəklər", - deyə Rezai bildirib.
///oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Noyabr 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















