Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Daha oğrunun bağırtısını eşitmirlər...

Daha oğrunun bağırtısını eşitmirlər...

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Heç nədən hay-küy yaratmağa çalışanların cəhdləri iflasa məhkumdur

Yalançının yaddaşı olmadığı kimi, oğru və qəsbkar da saxta tarixə çevirdiyi dünənini silib atmağa meyillidir. Ermənistan 28 il işğal altında saxladığı torpaqlarımıza xaricdə pulla satın aldıqları emissarları, Avropadan və okeanınm o üzündən siyasi buqələmunları ona görə gətirirdi ki, “dqr” dedikləri qeyri-qanuni rejimin status-kvosunu gücləndirsinlər və sonda onu beynəlxalq hüququn subyekti kimi legitimləşdirsinlər. Bundan ötrü hətta özlərinin təcavüzə uğrayan, Azərbaycanın isə işğalçı obrazını yaratmağa hesablanmış məkrli və murdar təbliğat maşınının təkərini durmadan fırladıtrdılar.   

Bəs 6 il əvvələ qədər Qarabağda nələr baş verirdi? O vaxt Ermənistan dəfələrlə Azərbaycan qanuni ərazilərinə dünyanın müxtəlif ölkələrindən, beynəlxalq təşkilatlardan emissarların səfərlərini təşkil edir, onların beyinlərini hayların bu torpaqlarda min illərlə yaşadıqlarına dair miflərlə yuyurdular. Bu cür təxribatları törədən şəxslərin bir qismi bu gün Bakıda həbsxanada dərin fikirlərə dalıblar. Artıq anlayıblar ki, Ermənistan daha 6 il əvvələ qədərki Ermənistan deyil və yeni reallıq onlara ədaləti acı loxma kimi yedizdirir. Ona görə də həm Ermənistanın siyasi hakimiyyəti, həm də daxildəki və xaricdəki daşnak-revanşist kəsim bilməli, qulaqlarında sırğa etməlidirlər ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfərləri bundan sonra mütəmadi xarakter alacaq. Rəsmi Bakı xarici ölkələrin diplomatlarının hansı bölgəyə, hansı şəhərə səfər etməsi və orada nə kimi fəaliyyətlə məşğul olacaqları ilə bağlı qərarı da özü verir. Bu, suveren Azərbaycanın daxili işidir və heç bir qüvvə Azərbaycanın daxili işlərinə müdaxilə etmək iqtidarında deyil. 

Əslində, erməni cəmiyyətinin antisülh ovqatlı radikal ünsürlərinin narahatlığının əsas səbəbi məhz erməni kilsəsinin, onun uydurduğu saxta tarixlə bağlı iddialarının ifşası ilə əlaqədardır. 

İndi isə hayların unutmağa çalışdıqları o dövrdən bir neçə nümunəni diqqətinizə çatdırırıq: 

* Azərbaycanın işğal olunan ərazilərdə qondarma rejimin keçirdiyi prezident seçkiləri və bu “mərasimlərə” Böyük Britaniya Lordlar Palatasının üzvü, daha sonra vitse-prezidenti olan Baronessa Koks beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq Qarabağ bölgəsinə 80-dən çox səfər edib. Bu fəaliyyətlərinə görə onun adı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkəyə girişi qadağan edilən şəxslərin "qara siyahı"sına (persona non grata) salınıb;

* Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa qanunsuz səfərində qondarma “dqr”ın quldur başçıları, revanşist ünsürləri ilə görüşüb, amma səfərinin əsas məqsədinin “regionda turizmin inkişafı” olduğunu deyib;

* “Eurasia Crossroads” jurnalı ABŞ Nümayəndələr Palatasının üç üzvünün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfəri barədə yazdığı məqaləsində qeyd edib ki, 3 amerikalı parlamentari – Frenk Pallone, Devid Valadao və Talsi Qabbard "tanışlıq məqsədilə" Ermənistanda olub və oradan işğal olunmuş Xankəndinə yollanıb: "Həmin andan etibarən onlar Azərbaycanda person non-qrata elan edilib”.

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılanda məlum olub ki, bu şəxslər uzun illər ABŞ-dakı erməni lobbisi və Ermənistan tərəfindən maliyyələşdirilirlər və tam şəkildə hayların pul kisəsindən asılı vəziyyətdədirlər.

* Ermənistanın o zamankı xarici işlər naziri Ara Ayvazyan isə Azərbaycanın Qarabağ bölgəsinə 44 günlük müharibədən sonra, 2021-ci ilin yanvarında qanunsuz səfər etmiş, Xankəndində separatçı rejimin nümayəndələri ilə görüşlər keçirmiş və “sənədlər” imzalamışdı. Baxmayaraq ki, Ermənistan baş naziri 10 noyabr tarixli üçtərəfli Bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb. Bu öhdəliklərin rəsmi İrəvan tərəfindən pozulması aşkar təxribat idı. 

Azərbaycan Respublaikası Baş Prokurorluğunda müxtəlif vaxtlarda ermənilərin işğal dövründə qanunsuz iqtisadi fəaliyyətlə bağlı Qarabağ ərazisinə səfər edən əcnəbilərlə bağlı cinayət işləri durur. Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçməklə işğal altındakı Qarabağ ərazisinə səfər etmiş şəxslər, həmin ərazilərdə qanunsuz olaraq odlu silah əldə edib saxlama, gəzdirmə, qanunsuz arxeoloji tədqiqatlar aparma və sair cinayət faktları üzrə 19 nəfər barəsində axtarış elan olunub. 166 hüquqi şəxslə bağlı 35 dövlətə hüquqi tapşırıqlar göndərilib,

Yəni müharibədə biabırçı məğlubiyyətə uğrayan Ermənistanın hərbi -siyasi rəhbərliyi əsassız xülyalardan əl çəkmir, bölgədə yaranmış yeni reallığı qəbul etmək istəmirdilər. Bakı çox gözəl bilirdi ki, onların bu hərəkətləri gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyil. Həm də cinayətlərini ört-basdır etmək üçün çabalayırdılar. Oğurluqları o həddə çatmışdı ki, məşhur atalar sözümüzdə deyildiyi ki, axırda evləri yansa da, buna heç kim inanmadı...

Azərbaycan bölgədə sülhün, əməkdaşlığın bərqərar olması, qonşulu münasibətlərinin bərpası, eləcə də Cənubi Qafqazda sabitliyin təmin olunması üçün əlindən gələni edir. Bakı Ermənistana mövcud vəziyyətdən real çıxış yolunu göstərən siyasi jestlər edir. İrəvan da yolunu düzgün seçməli və üzərinə götürdüyü öhdəlikləri tam və ardıcıl şəkildə yerinə yetirməlidir.

İmran BƏDİRXANLI  XQ

Ekspert rəyi

Rasim MUSABƏYOV, Milli Məclisin deputatı, politoloq

Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfərləri və orada gördükləri barədə dedikləri heç bir ölkənin, yaxud beynəlxalq təşkilatın etirazına səbəb olmayıb. Və bu barədə kimlərəsə hesabat verməyə borclu da deyilik. Sadəcə olaraq, xəstə hayları qəzəbləndirən Amerika və Fransanın səfirlərinin, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsinin həmin ərazilərə getmələri və orada bizim şəhidlərimizin xatirəsini anması, onların ruhlarına ehtiramlarını bildirmələridir. Bəli, həmin səfərdə diplomatlar Qələbə Parkını da ziyarət ediblər, mədəni-kütləvi tədbirdə rəqs də ediblər. Keçmişin xülyasından əl çəkə bilməyən erməniləri qəzəbləndirən məhz budur. Məgər onların qəzəbi nəyisə dəyişəcək? Hələ də “bəlkə də qaytardılar” nağıllarına inanan haylar üstündən yüz on il keçəndən sonra Türkiyədə baş vermiş məlum hadisələrə görə zarıyır, saxta göz yaşları axıdırlar. Belələrinə diqqət yetirməyə ehtiyac yoxdur. Daha onları nə eşidən, nə də inanan var.    

Bəli, torpaqlarımızı işğalda saxladıqları vaxtlarda oraya qanunsuz səfər edənlərə “Stop!” demişik, hətta haypərəst əcnəbi təxribatçıların bəzilərinə qarşı cinayət işləri qaldırmışıq. Diqqət yetirin: nə baş nazir, nə xarici işlər naziri, nə də Təhlükəsizlik Şurasının katibi rəsmi çəkildə bu səfərlərə qətiyyən reaksiya vermirlər. İndi əgər hansısa müxalif deputatın, daşnakların mediasının, heç kimin tanımadığı bloqerlərin ağızlarını gen açıb, boş-boş sərsəmləmələrinin nə təsiri olacaq ki? 

Bəziləri də deyir ki, vətəndaş həmrəyliyi təşəbbüsləri pozulub. Xeyr, heç nə pozulmayıb. Yenə də görüşlər olacaq, fikir mübadiləsi aparılacaq və təmas nöqtələri axtarılacaq. Bəli, vaxt yetişəndə qarşılıqlı təmaslar gediş-gəlişə çevriləcək. Amma hazırda diplomatların Qarabağa səfərlərini bəhanə edib, “stəkanda fırtına yaratmaq” istəyənlərin arzusu gözündə qalacaq. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri