Icma.az
close
up
RU
Menu

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

Moskva ilə körpülər yandırılır? ŞƏRH

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

DSX Komandanı II Fəxri xiyabanda

Dahi nağılçıya həsr olunmuş ilk muzey Andersenin vətənindən REPORTAJ

Dahi nağılçıya həsr olunmuş ilk muzey Andersenin vətənindən REPORTAJ

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Odens - köhnə balaca evləri, gözəl yaşıl parkları, maraqlı muzeyləri və möhtəşəm sarayları olan füsunkar küçələrlə əhatələnən şəhərdir. Skandinaviya tanrısı Odinin şərəfinə adlandırılan şəhər min il əvvəl qurulub. Amma şəhəri dünyada daha çox tanıdan böyük nağıl ustası Hans Xristian Andersenin doğulduğu yer olmasıdır.

Odens - Kopenhagendən 2 saatlıq məsafədədir. Dəmiryol stansiyasından çıxıb kiçik rəngli avtobusa yaxınlaşıb muzeyin ünvanını soruşuram. Bu şəhərdə "hop on-hop off" avtobusları turistləri pulsuz gəzdirir. Sürücü muzeyin yerləşdiyi əraziyə yaxın yerdə saxlayır: "Buradan düz gedin, muzey qarşınızda olacaq!"

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Kasıb ailənin yeganə övladı

Andersen Muzeyi ilə yazıçının doğulduğu ev bir-birinə yaxın məsafədə yerləşir. Bir biletlə hər ikisini gəzmək mümkündür (muzeyə giriş bileti 28 AZN-dir). Hər gün muzeyi yüzlərlə insan ziyarət edir. Muzeydə ən müasir avadanlıq, o cümlədən kitabxana fonduna qoşulmuş multimedia ekranları, Andersenin nağıllarını dinləmək üçün çoxsaylı məntəqələr var.

Andersenin doğulduğu ev çox kiçikdir, bir neçə balaca otaqdan ibarətdir. Bu balaca ev dünyaya dahi bir yazıçı bəxş edib. Kasıb ailənin yeganə övladı Hans bu balaca otaqlarda böyüyüb. Çəkməçi atası dünyadan köçəndən sonra evlərdə paltar yuyan anasına kömək etmək üçün erkən yaşlarında işləməyə başlayıb. Ancaq yaşadığı həyatın sərtliyi onun nağıllar uydurmasına mane ola bilməyib. O, uydurduğu nağılları danışmağı və adamları inandırmağı xoşlayırmış. Həyatla döyüşərkən ağlına da gəlməzdi ki, bir gün bu nağıllar kitab səhifələrinə köçəcək, teatrların səhnəsinə çıxacaq, sərhədlər aşacaq. Bütün dünya "Çirkin ördək balası", "Çaxmaq daşı", "Qalay əsgər", "Düyməcik", "Su pərisi", "Qar kraliçası", "Kralın təzə libası", "Noxud üstündə yatmış şahzadə qız"dan bəhs edəcək...

Dahi nağılçıya həsr olunmuş ilk muzey

Andersen Muzeyi 1908-ci ildə açılıb. Bu, dünyada böyük nağılçıya həsr olunmuş ilk muzeylərdən biridir. Muzeyin eksponatları yazıçının uşaqlıq illərindən, kasıb bir çəkməçinin oğlu olduğu dövrdən başlayaraq bütün həyat yolunu əhatə edir.

Sonradan muzey əşyaları müasir muzey binasına köçürülüb. Yapon memarı Kenqo Kuma və muzey dizaynı üzrə konsaltinq şirkəti "Event Communications" Andersen Muzeyi üçün yeni "Nağıl evi" konseptinin layihələndirilməsi üzrə beynəlxalq müsabiqədə qalib gəlir.

Qeyri-adi muzey sərgisi bir neçə tematik hissəyə bölünür. "Əsr" - Andersenin dövründən bəhs edir. "İnsan" - yazıçının özü haqqında, zahiri görkəmindən tutmuş xarakter xüsusiyyətlərinə, vərdişlərinə qədər eksponatlardan ibarətdir. "Həyat" və "İş" sərgilərindən əlavə, yazıçının vizual yaradıcılığına həsr olunmuş ayrıca "İncəsənət" sərgisi də maraq doğurur: burada nağılçının rəsmləri və kəsilmiş kağız siluetləri yer alıb. Ekspozisiyada yazıçının kağızdan fiqurlarını kəsmək üçün istifadə etdiyi nəhəng qayçı nümayiş etdirilir. Onların ölçüsünü və fiqurların təfərrüatını nəzərə alsaq, Andersenin nəinki nəhəng yaradıcılığa, həm də heç də az səbrə malik olmadığı aydın olur.

Muzeydə ən maraqlı salonlardan biri "Çevrilmələr" sərgisidir. Bu sərginin əsas ideyası ondan ibarətdir ki, Andersenin mətnlərini sadəcə oxumaq yox, hiss etmək və yaşamaq lazımdır. Təşkilatçılar bu zalda ən müasir proyeksiya texnologiyası və audiosistemin köməyi ilə nağılın mahiyyətini və ab-havasını sözsüz çatdırmağa çalışıblar. Bu qalereyada 1838-ci ildən başlayaraq nağılçının əsərləri üçün yaradılmış illüstrasiyalar nümayiş etdirilir. Xüsusilə Salvador Dalinin "Çirkin ördək balası" böyük maraq doğurur.

Nağılçının tənha həyatı

Nağılçının ölümünə qədər olan yaradıcılıq yolunun bütün mərhələləri - oxuduğu məktəb, Kopenhagendəki çətin illər, yazıçı kimi debütü eksponatlarda ətraflı əks olunub. "Pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, Andersen daha çox nağıllarına görə tanınır. Onun nağılları 100-dən çox dilə tərcümə edilib. Andersen ümumilikdə 170 nağıl, 5 roman, bir neçə pyes, şeir və oçerk müəllifidir. Əsərlərinə cizgi filmləri, filmlər çəkilib", - deyə muzeydə yazıçının yaradıcılığı haqqında səs yazısı səsləndirilir.

Muzeyə ekskursiya ziyarətçilərə məşhur yazıçının necə insan olduğunu anlamaq və onun xarakterini təsəvvür etmək imkanı verir. Yazıçının öz əli ilə çəkilmiş orijinal rəsmləri də sərginin qiymətli eksponatlarıdır.

Muzeydə ayrıca otaqda yerləşən "Nyhavn" zalı yazıçının Kopenhagendə, Nyhavn küçəsi 18 nömrəli evdə - son mənzilindəki kabinetini əks etdirir. Otağın daxili hissəsi 1874-cü ilin fotoşəkilləri üzərində diqqətlə bərpa edilib və buradakı bütün mebellər, eləcə də bəzi şəxsi əşyalar yalnız yazıçıya məxsus orijinal eksponatlardır.

Bundan əlavə, muzeydə 1929-cu ildə tamamlanan dəyirmi "Xatirə zalı" var. Onun divarları 1930-cu ildə Nils Larsen Stevens tərəfindən rənglənib. Ziyarətçilərə Andersenin həyatından hekayələri təsvir edən, onun tərcümeyi-halından götürülmüş "Həyatımın nağılı" adlı səkkiz böyük freska təqdim olunur.

Eləcə də yazıçının həyatının daha çox şəxsi tərəfləri - həyatındakı qadınlar, çoxsaylı səyahətləri eksponatlar arasında yer alıb: "Andersenin həyatında bir neçə gözəl qadın olub. Amma o, bütün həyatını tənha keçirib. Nağılçı həyatdan tənha və bədbəxt bir insan olaraq köçüb. Andersen 1875-ci il avqustun 4-də qaraciyər xərçəngindən vəfat edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Avqust 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see297

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see223

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see200

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see148

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see140

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see140

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see137

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see135

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see134

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see133

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see131

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see130

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see128

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see128

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see121

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see120

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see118

“Kaş bizim də Üzeyirimiz olaydı” Türkiyəli musiqiçi

26 Sentyabr 2025 19:36see117

Yanvardan maaş artımlarını ödəməyən metropoliten: Əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanırıq

26 Sentyabr 2025 16:10see117

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri