Icma.az
close
up
RU
“TRT Haber” Rəsulzadənin ömür yoluna həsr olunmuş reportaj yayımlayıb

“TRT Haber” Rəsulzadənin ömür yoluna həsr olunmuş reportaj yayımlayıb

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

“TRT Haber” telekanalı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş reportaj hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, dövlət xadiminin vəfatının 70-ci ildönümünə həsr olunmuş reportajda Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” kəlamı sitat gətirilir.

Xəbər kanalının tamaşaçılarına ömrünün son illərini Ankarada keçirmiş Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından birinin keçdiyi çətin ömür yolu haqqında müfəssəl məlumat verilir.

Qeyd olunur ki, Rəsulzadə erməni quldur dəstələrinin təzyiqlərinə və terror aktlarına məruz qalan Anadolu sakinləri üçün yardım toplama kampaniyasının təşkilatçılarından biri olub. O, 1917-ci ildə “Qardaş köməyi” nəşrinə başçılıq edib və nüsxələrin satışından əldə edilən bütün gəliri Osmanlı imperiyasının sakinlərinə yardım üçün bağışlayıb.

1922-ci ildə Sovet İttifaqını tərk edən Məmməd Əmin Rəsulzadə müxtəlif vaxtlarda Fransa, Finlandiya, Polşa və Almaniyada yaşayıb, 1947-ci ildə Türkiyəyə gəlib və Nazirlər Kabinetinin qərarı ilə burada qardaş ölkənin vətəndaşlığını alıb.

M.Ə.Rəsulzadə 1949-cu ildə Türkiyədə Azərbaycan Kültür Cəmiyyətini yaradıb, çoxsaylı konfranslar təşkil edib, kitablar nəşr etdirib, Azərbaycan xalqının vəziyyətini qardaş ölkə ictimaiyyətinə çatdırıb.

O, 1955-ci il martın 6-da Ankarada vəfat edib və Cebeçi Əsri qəbiristanlığında dəfn olunub. Rəsulzadənin adı paytaxtın Məmməd Emin Rəsulzadə adına Anadolu Liseyinin fəaliyyət göstərdiyi Çankaya rayonunda əbədiləşdirilib. Türkiyədə bir sıra küçələrə də onun adı verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Mart 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see226

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see149

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see148

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri