Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Roma nın Raspadori planı

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

Euronews da İDEA təşkilatının fəaliyyətinə həsr olunmuş reportaj yayımlanıb

Euronews da İDEA təşkilatının fəaliyyətinə həsr olunmuş reportaj yayımlanıb

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi və ekoloji təzyiqlər getdikcə dərinləşir. Bu çağırışlar fonunda Azərbaycan ətraf mühitin qorunması və təbii sərvətlərin gələcək nəsillər üçün saxlanılması istiqamətində ardıcıl addımlar atır. Euronews kanalında yayımlanan “Təbiət müzakirə yox, əməl tələb edir” adlı video materialda bu səylərin mərkəzində İDEA – Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin fəaliyyəti dayanır. Video materialda vurğulanır ki, bu gün ekoloji problemlər təkcə bir ölkənin deyil, bütün bəşəriyyətin məsuliyyətidir. “Dünyada biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi və digər ekoloji problemlər çoxdur. Artıq danışmaq yox, hərəkətə keçmək vaxtıdır. Bizim gördüyümüz işlər özümüz üçün deyil, dünya, təbiət və gələcək nəsillər üçündür”, – deyə süjetdə qeyd olunur.

İDEA-nın konkret nəticə verən təşəbbüslərindən biri Qafqaz bizonunun reintroduksiyası layihəsidir. 2018-ci ildə başlanan bu layihə üçün İsmayıllı rayonu seçilib. Avropanın müxtəlif zooparklarında saxlanılan və Qafqaz dağ bizonuna məxsus genetik xüsusiyyətləri qoruyan fərdlər Azərbaycana gətirilib və təbii mühitə buraxılıb.

Video materialda bildirilir ki, bu gün həmin bizonlar artıq vəhşi təbiətdə yaşayır, yay aylarında alp zonasında otlayır, qış mövsümündə isə meşəlik ərazilərə enərək təbii dövrana uyğun həyat sürürlər. Bu, yalnız nadir bir növün bərpası deyil, həm də bütöv bir ekosistemin canlandırılması deməkdir.

Euronews süjetində İDEA-nın fəaliyyətinin yalnız quru ekosistemləri ilə məhdudlaşmadığı, Xəzər dənizinin mühafizəsinin də əsas istiqamətlərdən biri olduğu vurğulanır. Xüsusilə makroplastik çirklənmə Xəzər üçün ciddi təhlükə olaraq qalır.

“Plastik tullantıların böyük hissəsi digər ölkələrdən dəniz axınları vasitəsilə Xəzər sahillərinə gəlib çıxır”, – deyə videoda qeyd olunur. Bu təhlükəyə qarşı İDEA-nın təşəbbüsü ilə sahilyanı ərazilərdə təmizlik aksiyaları keçirilir, ictimai maarifləndirmə və beynəlxalq əməkdaşlıq gücləndirilir.

Video materialın əsas hissələrindən biri Leyla Əliyevanın müsahibəsidir. O, İDEA-nın yaranma fəlsəfəsini və məqsədlərini belə izah edir:
“İDEA Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədilə yaradılıb. Biz ilk gündən başa düşürdük ki, ekologiya yalnız növlərin qorunması və ya iqlim məsələləri deyil. Bu, bizim həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə təsiri ilə bağlıdır.”

Leyla Əliyeva qeyd edir ki, bir çox ölkələrdə təbiət qoruqları azaldığı halda, Azərbaycan əksinə, qorunan ərazilərin həcmini artırır:
“Təəssüf ki, bir çox ölkələr öz təbii ehtiyatlarını itirir. Azərbaycan isə qorunan ərazilərini genişləndirir. Son illərdə iki yeni milli park yaradılıb, digərləri isə böyüdülüb.”

Onun sözlərinə görə, yaxın perspektivdə Qarabağ Milli Parkının yaradılması planlaşdırılır ki, bu da ölkə ərazisinin təxminən 30 faizinin xüsusi mühafizə altında olması deməkdir.

Leyla Əliyeva Xəzər dənizi ilə bağlı vəziyyətin xüsusi narahatlıq doğurduğunu da vurğulayır:
“Bu gün diqqətimizi yeni və təcili çağırışlara yönəltmişik – xüsusilə Xəzər dənizində su səviyyəsinin azalması, çirklənmə və dəniz canlıları üçün artan təhlükələrə. Bu elə bir böhrandır ki, heç bir ölkə onu təkbaşına həll edə bilməz.”

O, Xəzərin ortaq təbii sərvət kimi qorunmasının vacibliyini xüsusi qeyd edir:
“Biz birlikdə işləməli və Xəzər dənizini ümumi milli sərvət kimi dəyərləndirməliyik”.

Müsahibənin ən yaddaqalan mesajlarından biri isə Leyla Əliyevanın fəaliyyətə çağırışdır:
“Düşünürəm ki, artıq elə bir mərhələyə çatmışıq ki, ekologiya daha çox əməl deməkdir. Biz kifayət qədər danışmışıq. Bu, əlbəttə, vacibdir, amma təbiətin artıq sözə yox, hərəkətə ehtiyacı var.”

Leyla Əliyeva insanların fərdi töhfəsinin də böyük rol oynadığını vurğulayır:
“Ən vacibi pozitiv qalmaq, hər bir insanın təkbaşına böyük fərq yarada biləcəyini anlamaqdır. Birlikdə isə möcüzələr yarada bilərik.”

Euronews-un bu video materialı göstərir ki, İDEA-nın fəaliyyəti sadəcə ekoloji layihələr toplusu deyil, uzunmüddətli baxışa, regional və beynəlxalq əməkdaşlığa əsaslanan davamlı strategiyadır. Quru və dəniz ekosistemlərinin qorunması, nadir növlərin bərpası və ictimai məsuliyyətin artırılması bu strategiyanın əsas sütunlarıdır. Bu səylər nəticəsində təbiətin qorunması gələcək nəsillər üçün real və yaşanıla bilən bir mirasa çevrilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see208

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see204

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see143

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see142

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri