Daimi yorğunluğun səbəbi tapıldı Qadınlarda daha çox rast gəlinir
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mütəxəssislər gündəlik həyatda tez-tez rast gəlinən yorğunluq və ürək döyüntüsü kimi halların səbəbini müəyyənləşdirib.
Ölkə.az xəbər verir ki, türkiyəli mütəxəssis Sevda Yılmazın sözlərinə görə, bunlara səbəb dəmir çatışmazlığıdır.
O bildirib ki, bu problem sadə bir qan analizi ilə diaqnoz edilə bilər və müvafiq müalicə ilə sürətlə yaxşılaşmaq mümkündür:
“Dəmir toxumalara oksigen daşınmasını təmin edir. Onun çatışmazlığı zamanı bədən kifayət qədər oksigenlə təmin oluna bilmir və bu, xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə aşağı salır. Zəiflik, ürək döyüntüsü, nəfəs darlığı, diqqəti cəmləməkdə çətinlik və asanlıqla yorulmaq ən çox rast gəlinən simptomlardır. Xəstələr adətən bu şikayətləri yaş, stress və ya çətin iş qrafiki ilə əlaqələndirirlər. Lakin əsas səbəb çox vaxt müalicə edilə bilən dəmir çatışmazlığıdır”.
Mütəxəssis vurğulayıb ki, dəmir çatışmazlığı xüsusilə qadınlarda geniş yayılıb: “Bəzi xəstələrdə mədə və bağırsaqlardan gizli qan itkisi dəmir çatışmazlığına səbəb ola bilər. Bu xəstələrdə əlavə müayinələr müalicənin vacib hissəsidir”.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 05 May 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















