“Niyə qadınlarda Altsheymer xəstəliyi kişilərə nisbətən daha çox rast gəlinir?“ Elmi təqdiqat
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
"Bu, sadəcə yaşla deyil, orqanizmdə yağ mübadiləsinin fərqli işləməsi ilə bağlı ola bilər..."
Londonun "King’s College" və "Queen Mary" Universitetinin alimləri qan lipid profillərinin (lipidomun) qadınlarda Altsheymer xəstəliyinin niyə kişilərə nisbətən daha tez-tez diaqnoz qoyulduğunu izah edə biləcəyini müəyyən ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "vfokuse.mail" nəşri yazıb.
Araşdırmanın əsas tapıntıları
Altsheymer xəstəliyi demensiyanın əsas səbəbidir və qadınlarda təxminən iki dəfə çox rast gəlinir. Beynəlxalq miqyaslı tədqiqatda 841 iştirakçının - koqnitiv cəhətdən sağlam şəxslər, yüngül koqnitiv pozuntusu olanlar və Altsheymer xəstələrinin qan nümunəsi analiz olunub.
Yüksək dəqiqlikli maye xromatoqrafiyası və kütlə spektrometriyası ilə təxminən 700 növ lipid ölçülüb. Nəticələr göstərib ki, Altsheumer xəstəliyi olan qadınlarda sağlam qadınlarla müqayisədə doymamış lipidlərin, xüsusən də omeqa yağ turşuları daşıyan lipidlərin səviyyəsi azalır, doymuş ("sağlam olmayan") yağların payı isə artır. Bu fərqlər kişilərdə müşahidə olunmayıb.
Omeqa yağ turşularının rolu
Omeqa yağ turşuları orqanizmdə sintez olunmayan, qida vasitəsilə qəbul edilən doymamış lipidlərdir (yağlı balıq, qoz-fındıq və toxumlar kimi). Onlar hüceyrə membranlarının, xüsusən də beyin neyronlarının strukturu və funksiyası üçün həyati əhəmiyyət daşıyır.
Tədqiqat müəlliflərindən biri, doktor Kristina Leqido-Kuiqli qadınlara rasionda omeqa yağ turşularının kifayət qədər olmasına diqqət yetirməyi tövsiyə etsə də, səbəb-nəticə əlaqəsini təsdiqləmək üçün klinik sınaqların vacibliyini vurğulayıb. Yəni lipid tərkibinin dəyişdirilməsi xəstəliyin inkişafına real təsir göstərə bilərmi - bunu yalnız nəzarətli araşdırmalar göstərəcək.
Bioloji fərqlər, məhdudiyyətlər və perspektivlər
Araşdırma ilk dəfə olaraq Altsheymer zamanı qan lipid mübadiləsinin cinsə görə fərqlənə biləcəyini ortaya qoyur və qadınlarda "sağlam" lipidlərin itkisinin xəstəliyin daha geniş yayılmasına qismən izah verə biləcəyini göstərir. Əvvəllər bu fərq əsasən qadınların daha uzunömürlü olması ilə əlaqələndirilib, lakin yeni nəticələr yaş faktorunun təkbaşına kifayət etmədiyini göstərir.
Bununla yanaşı, tədqiqat yalnız Avropa mənşəli iştirakçıları əhatə edib və nəticələr korrelyasiyadır, birbaşa sübut deyil. Alimlər daha geniş etnik qrupları əhatə edən araşdırmaların və omeqa yağ turşularına yönəlik klinik müdaxilələrin aparılmasının vacibliyini qeyd edirlər.
Buna baxmayaraq, xüsusən 50 yaşdan yuxarı qadınlar üçün omeqa mənbələri ilə zəngin qidalanma beyin sağlamlığı baxımından ümumi fayda verə bilər və gələcəkdə cinsə həssas profilaktika və müalicə yanaşmaları üçün yeni imkanlar açır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 02 Yanvar 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















