Dalğıc gəmisində yanğın Britaniyalı turist öldü
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Tailandın Koh Tao adası yaxınlığında 22 nəfərin olduğu dalğıc gəmisində baş verən yanğın nəticəsində 26 yaşlı britaniyalı turist Alexandra Clarke ölüb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taylandın cənubundakı Koh Tao adası son illərdə şübhəli ölümlərin çox olması səbəbindən "ölüm adası" adlandırılıb.
Həmin adada olan dalğıc qayığında yanğın baş verib. Ötən gün yerli vaxtla saat 11:00-da baş verən yanğında 26 yaşlı britaniyalı turist Alexandra Clarke həyatını itirib.
Yanğın zamanı qayıqda olanlara ilkin tibbi yardım göstərilib.
Tayland polis rəisi Sermphan Sirikhonq hadisə ilə bağlı bu gün verdiyi açıqlamada yanğın zamanı qayıqda 2 ekipaj üzvü, 4 dalğıc işçisi və 16 turist olmaqla 22 nəfərin olduğunu bildirib və itkin düşən ingilis turistin cəsədinin tapıldığını bildirib.
Sermphan bildirib ki, ilkin araşdırmalar yanğının qayıqdakı dalğıc tankları doldurularkən baş verdiyini və partlayışlara səbəb olduğunu və Klarkın həmin vaxt qayıqdakı sanitar qovşaqda olduğunu bildirib.
Göyərtəsi tamamilə yanan qayıq ekspertiza üçün adaya aparılıb, hadisə ilə bağlı araşdırma başlanıb.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 Mart 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















