Damarlar üçün faydalı olan MƏHSULLAR
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Damarların möhkəm və elastik qalması üçün zərərli vərdişlərdən imtina, fiziki aktivlik və balanslı qidalanma vacibdir".
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq Polina Savina bildirib.
Həkim qeyd edib ki, damar divarlarının elastikliyi üçün C vitamini ilə zəngin məhsulları mütəmadi qəbul etmək lazımdır. Kardioloqun sözlərinə görə, bu qrupa sitrus meyvələri, itburnu, qara qarağat, çaytikanı, kivi, bolqar bibəri, qarabaşaq yarması və göyərti (cəfəri, ispanaq, şüyüd və ya keşniş) daxildir.
Savina, həmçinin menyuya E vitamini tərkibli məhsulların əlavə edilməsini tövsiyə edib. Bu vitamin "pis" xolesterinin (LDL) oksidləşməsinin və damar divarlarında çökməsinin qarşısını alan güclü antioksidantdır. Həkimin fikrincə, ən yaxşı seçimlər zeytun, kətan və günəbaxan yağı (xüsusilə soyuq yeməklərdə), həmçinin qoz-fındıq, tumlar və avokadodur.
Onun sözlərinə görə, Omeqa-3 mənbələri də az əhəmiyyət kəsb etmir. Çoxdoymamış yağ turşuları "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir, damar divarının elastikliyini artırır və qan dövranını yaxşılaşdırır.
Savinanın daha bir tövsiyəsi rasiona flavonoidlərlə zəngin yaşıl çay, tünd şokolad, giləmeyvələr və pomidorun daxil edilməsidir.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 15 Fevral 2026 05:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















