Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Dambrauskas narazıdır: “Düzgün oynamadıq”

Dambrauskas narazıdır: “Düzgün oynamadıq”

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz” – “Sabah” oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Qələbə münasibətilə “Sabah” ailəsini təbrik edirəm. Nəticə yaxşıdır, qollar vurduq, qalib gəldik. Lakin bəzi məqamlardan razı qalmadım. Oyunun əvvəlində səhvlər etdik. “Kəpəz” oyuna yaxşı hazırlaşmışdı. Topu qəbul edir, uzun ötürmələrlə oynamağa çalışırdılar. Hücumçuları da bu ötürmələrə açılırdılar. Bu da bizim müdafiəçilərimizdən diqqət istəyir. Bir balaca yuxulamış olsaydıq, rəqib bizi cəzalandıracaqdı. Oyundan məmnun deyiləm. Möhtəşəm meydança var idi, amma kifayət qədər səhvlər etdik. Düşünürəm ki, daha yaxşı oynamalı idik. Amma hər bir halda, üç xal qazanmısansa, çox yaxşıdır. Qarşıda milli komandanın oyunlarına görə yaranan fasilədə uşaqlara istirahət verib, daha sonra bərpa olacağıq.

– “Qarabağ”la təxirə salınmış oyunda qələbə qazansanız, lider ola bilərsiniz. Nədən narazısınız ki?
– Düşünürəm ki, böyük komandalara qarşı dominant futbol oynaya bilirik. Amma bu gün bunu bacarmadıq. Rəqib müdafiəmizi yarmağa çalışırdı. Mövqe səhvlərinə yol verdik. Kifayət qədər ritmdə deyildik. Dominant “Sabah”ı hiss etmədim. Hətta yarımmüdafiədə düzgün oynamadıq. Dəyişikliklər etdik, bir balaca oyunu artırdı. Amma rəqibin ilk təzyiqini yardıqdan sonra irəlidə yaxşı epizodlar yaratsaq da, sonluq gəlmirdi. “Qarabağ”, “Neftçi”, “Araz-Naxçıvan”, “Turan Tovuz” kimi komandalarla oyunlarda bir-iki şansın olur və bundan yararlanmalısan. Düzdür, turnir cədvəlində irəliləmişik. Amma bugünkü “Sabah” istədiyim komanda deyil. Performansımız istədiyim kimi deyildi.

– Parris ikinci hissədə oyuna daxil olsa da, sonra əvəzləndi. Bu, nə ilə bağlı idi?
– Oyunundan narazı qaldım. Meydançaya daxil olduqdan sonra istədiklərimizi həyata keçirmədi. Tapşırıqları yerinə yetirmədiyi üçün əvəzlədim. Düzgün qərarlar vermirdi. Onun əvəzinə meydana daxil olan Xəyal Əliyev 7-8 dəqiqə oynamasına baxmayaraq, təsirli ola bildi. Bir oyunçu istədiklərimi verə bilmirsə, həll yolu tapmalıyam.

– Bu oyun bir kənara. “Sabah” istədiyiniz səviyyədədirmi?
– Həmişə demişəm, mənimçün önəmli bir oyun bitdikdən sonrakı məşq və növbəti matçdır. Turnir cədvəlinə baxmırıq. 10-12 oyun əvvəl nələrinsə olduğunu demək düzgün deyil. Bu günə baxırıq. Fərdi və individual səhvlərimiz üzərində çalışmalıyıq. Mənimçün önəmli olan şeylərdən biri də davamlılıqdır. Eyni zamanda köklənmək də vacibdir. Komandamda döyüşkən ruh olmasını istəyirəm. Düzdür, bu gün xoşbəxtlikdən hesab 3:1 idi. 85-ci dəqiqədə rəqib fərqi azaltsaydı, gərginlik yarana bilər, fərqli nəticələr ola bilərdi. İstədiyim odur ki, 3:1-dən sonra da qollar vurmağa çalışım.

– Komandanız çempionluğa namizəd göstərilir. Axşamkı “Qarabağ” – “Neftçi” oyununda hansı nəticəyə ümid edirsiniz?
– Nəticənin bizim üçün fərqi yoxdur. Bir-iki aydan sonra nələrin olacağını demək çətindir. Təkanı yaxalamaq önəmlidir. İstərdim ki, belə oyunlar gərgin mübarizə şəraitində keçsin. Güclü komandaların olması çempionatın inkişafı üçün yaxşı olacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 09 Noyabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri