Icma.az
close
up
RU
Dambrauskas: “İçimdən “yanıram”

Dambrauskas: “İçimdən “yanıram”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İmişli” – “Sabah” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Öncədən də demişdim ki, bu gün oyun çətin olacaq. Eyni rəqibə qarşı ardıcıl 2 dəfə oynamaq çətindir. Rəqib də, biz də əvvəlki oyundan nəticələr çıxarmışdıq, bəzi düzəlişlər etmişdik. Düzdür, bu gün nə qərib, nə də biz öz yaxşı oyunumuzu göstərə bildik. Birinci hissə o qədər də yaxşı çıxış etmədik. İkinci hissə rəqibin təhlükəli epizodlar yaratdılar. Yaxşı müdafiə olunduq. Bilirdik ki, ikinci hissədə rəqib irəli atılacaq. Oyunçularımın və ev tapşırıqlarını hazırlayan köməkçimin də haqqını verməliyəm. İkinci hissədə daha açıq oyun oldu. Əks hücumlardan fərqlənərək, oyunu bitirə bilərdik. Təəssüf ki, qol fürsətlərindən yararlana bilmədik. Oyunu əlavə vaxta apardıq. Məni üzən o idi ki, qol fürsətlərindən istifadə edə bilmədik. Kubok oyunudur, penaltilərə qədər gedə bilərdi. Ona görə sonlara yaxın gərginlik var idi. Futbolçularımın haqqını verməliyəm. Bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirəm. Sabah bərpa olunmalıyıq, daha sonra bizi “Neftçi”yə qarşı vacib matç gözləyəcək.

– Qapınıza təyin edilən penaltinin təkrarına baxmısız? Orada top futbolçunuzun əlinə dəymişdi?
– Siz gördünüz? Mən bu barədə müzakirə aparmaq istəmərəm. Amma içimdən “yanıram”. Şərh vermək istəmirəm. Mənim vəzifəm öz futbolçularıma məşq keçməkdir. Onların rəhbərliyinin vəzifəsi də hakimlərə hakimliyi öyrətməkdir. Mənim üçün bu məsələ bağlıdır. Bizim leyhimizə penalti göstərə bilərdilər. Hakimlər fərqli qərarları verdilər. VAR-da nəyisə tapdılar, gördülər. Biz özümüzdə güc tapıb, hesabda önə çıxdıq. Öz işimizə köklənmişik.

– “Sabah”ın finala çıxmaq, kubokun qalibi olmaq şansını necə dəyərləndirirsiz?
– Bu mövsüm yeni mövsümdür. Yeni baş məşqçisi var klubun. Bir faiz belə, kubokda gələcəkdə nələr olacağını fikirləşmirəm. İndi qarşıdan gələn “Neftçi” oyununu, ondan sonra “Turan Tovuz” matçını düşünürəm. Məni daha çox qarşıdan gələn görüşlər maraqlandırır. Sabahkı məşq bu dəqiqə mənim üçün daha önəmlidir. “Neftçi”yə qarşı ağır oyunumuz olacaq.

– “Sabah” “Neftçi” ilə oynayacaq. Siz kubok matçını onlardan bir gün sonra keçirmisiz. Bu məqam rəqibə üstünlük verə bilər?
– Bunu dəyişə bilərəm? Xeyr. Daha çox öz nəzarətim altında olanları dəyişmək istəyərdim. Bunu dəyişə bilmərəm. Vəzifəm uşaqları oyuna daha yaxşı adaptasiya etməkdir.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 Dekabr 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri