Icma.az
close
up
RU
Dambrauskas: “Nəticə yaxşı olsaydı…”

Dambrauskas: “Nəticə yaxşı olsaydı…”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Levski” oyunundan (0:2) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– “Levski”ni pley-offa yüksəlməsi münasibətilə təbrik edirəm. Hazırda çox şey deyə bilmirəm. Çünki iki oyunda qol vura bilmirsənsə, rəqib mərhələ adlamağa layiqdir. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən, onların dəstəyini hiss etdik, gözəl atmosfer yaratmışdılar. Taktiki baxımdan nələrsə demək, təhlil etmək çətindir. Çox məyusuq. Bunu unutmalıyıq. Sabahdan çempionat haqda düşünməliyik. Hələ də inkişaf etdirməli olduğumuz çox şey var.

– Bolqarıstandakı oyundan fərqli olaraq burda qorxaq “Sabah” gördük. Səbəb nə idi?
– Nə üçün belə dediyinizi başa düşmürəm. Qorxaq deməyiniz oyunçularımıza hörmətsizlikdir. Sofiyada intizamlı oynadıq. Heç-heçəyə yaxşı nəticə demirəm, amma son saniyə bizi bərabərlikdən ayırdı. İnkişaf etdirməli şeylərimiz var. Bugünkü matçın birinci hissəsinə baxsanız, xətlərarası əlaqənin necə olduğunu görərsiniz. Bu gün risk etməli idik. İlk hissədə bir səhvimiz oldu və rəqib qol vurdu. Bundan sonra daha çox risklər aldıq. Üçüncü zonaya gələrkən daha dəqiq ötürmələrimiz olmurdu. Bu da boşluqlar tapmağımıza çətinlik yaradırdı. Bəzən son ötürmələrdə problemlər yaşayırdıq. Bunları inkişaf etməliyik. Çempionata köklənməliyik. Bir arzumuz var, yenidən avrokuboklara vəsiqə qazanmaq.

– Arenada bu gün 6000-dən çox azarkeş var idi. Lakin oyunun sonlarında artıq arenanı tərk edirdilər. “Sabah”ın belə oyunu fanatlara hörmətsizlik deyildi?
– Azarkeşlərə nəzarət etmək əlimizdə deyil. Futbolda hər şey nəticədən asılıdır. Nəticə yaxşı olsaydı, bizi alqışlayacaqdılar. Fanatları səbirli olmağa çağırıram. Çox məyusuq. Hesabı bərabərləşdirib, oyuna intriqa qata bilərdik. Azarkeş mədəniyyətini bir gündə yaratmaq mümkün deyil. Nəticələrimiz yaxşılaşdıqda, onlar da xoşbəxt olacaq.

– Şafranko və Sekidika çıxdıqdan sonra hücumun effekti azaldı. Dəyişiklik etməkdə yanıldığınızı düşünmürsünüz?
– Yanlış xatırlamıramsa, 70-ci dəqiqədən sonra bunu etdik. Hər dəyişikliyin arxasında xoş niyyət var. İstəyirik ki, meydana daxil olan oyunçu aktivliyi artırsın. Amma əvəzetmə elədir ki, qol vursalar, deyəcəkdilər ki, oyunun gedişatını dəyişdiz. Amma bu gün alınmadı. Hər dəyişikliyin arxasında yaxşı niyyət var. Kahim Parrisi meydana saldıq, Anatoli Nuriyev, Xəyal Əliyevlə kreativliyi, sürəti artırmaq istədik. Hətta mərkəz müdafiəçimizi də oyuna daxil etdik ki, standart vəziyyətlərdə nələrsə edə bilək.

– Müdafiədə boşluqlar çoxdur. Bunları Avropa yarışlarında gördük. “Sabah” vaxtında lazımı sayda keyfiyyətli futbolçular transfer etmədiyi üçün bu gün “Levski” qarşısında aciz göründü?
– Bu qədər böyük problemi harda gördüyünüzü bilmirəm. İlk hissədə rəqibin qapımıza bir zərbəsi oldu. İkinci hissədə rəqib çox arxaya çəkildi və boşluqlar vermədi. Oyuna nəzarət edən biz idik. Rəqib əks-hücumlardan fərqlənmək istəyirdi. Sadəcə bir fürsətləri oldu və qol vurdular. Bizim də şanslarımız var idi, amma yararlana bilmədik. Unutmayaq ki, rəqibimiz Bolqarıstan 2-cisi olub. Transfer dəyərləri bizdən artıqdır. Amma biz Sofiyada da əlimizdən gələni etdik. Sadəcə bu 10 saniyə bizi yaxşı nəticədən ayırdı. Bunun da ikinci oyuna təsiri oldu. Uşaqlar əllərindən gələni etdilər. Həll yolu o deyil ki, indi heyəti dəyişək. Çalışıram ki, daha çox və ağıllı işləyək, komandanı inkişaf etdirək.

– Çempionatda məqsədiniz nə olacaq?
– Məqsədimiz maksimum çalışmaq, əlimizdən gələni edəcəyik ki, hər oyunda qələbə qazanaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 14 Avqust 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri