Icma.az
close
up
RU
Valdas Dambrauskas: Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır

Valdas Dambrauskas: Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Sabah" Misli Premyer Liqasının VII turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə edib.

Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Komandanız bu gün 1 xal qazandı, yoxsa 2 xal itirdi?

- Çox yaxşı sualdır. Bu mərhələdə bunlardan danışmaq tezdir. Bəzən itiridiyin xalları geir qaytara bilərsən. Cəmi 6 oyun keçirmişik, qarşıda 27 oyunumuz var. İki güclü komanda bir-biri ilə qarşılaşdı. Oyun bir az çirkin oldu, gözəl oyun görmək istəyərdik. Bəzən bir rəqib üstünlük əldə edirdi, bəzən digəri. Mənim üçün gözlənilən hadisədir. Fasilədən sonra oyunçular bəzən oyun ritmini itirirdilər. Bəzi futbolçular bu oyuna qədər bizimlə cəmi bir məşq keçirmişdi. Çalışmalıyıq ki, oyun ritmimizi geri qaytaraq "Slaviya" ilə çətin oyuna hazırlaşaq.

- "Slaviya" ilə matçdan öncə nəyə görə bu oyunun təxirə salınmasını istəmədiniz?

- Əlbəttə ki, bu, ola bilməz. Bu oyunu təxirə salsaq, gərək "Borussiya", "Barselona" ilə matçdan əvvəl də oyunumuzu təxirə salaq. Bu, mümkün deyil, lazım deyil. Heyətimiz kifayət qədər genişdir və mübarizə apara bilərik. Hər oyundan qabaq böyük hazırlıq olur. Çalışmalıyıq ki, daha da artıraq.

- Belə ağır oyundan sonra ÇL matçına hazırlaşmaq çətin olmayacaq?

- Mən bəzən bu cür sualları anlamıram. Çətin olsa da, olmasa da, bu, mənim vəzifəmdir, onu yerinə yetirməli, futbolçuları bu oyunlara hazırlamalıyam. Həyatda hər kəs çətinliklə qarşılaşır. Siz də mətbuat konfransına gəlirsiz, öz yazınızı yazırsız. Amma hər kəs öz işini görməlidir. Nəticə yaxşı olanda düşünürlər ki, iş asandır. 

- Premyer Liqada 12 komanda arasında milli fasilədə yoxlama görüşü keçirməyən komanda "Sabah" oldu. Umarali Raxmonaliyev, Aleksey İsayev və Coy-Lens Mikels start heyətində deyildi. Bunun səbəbi nə idi?

- Mən hər zaman istəyirəm ki, fasilə zamanı bizimlə qalan oyunçulara daha çox şans verim. Çünki milliyə gedənlər yorğun ola bilərlər. Özüm nəzarət etdiyim şeylərə daha çox güvənməyə çalışıram. Sol cinah müdafiəçimiz Timateuş Puxaç xaric start heyətində olan hər kəs fasilədə bizimlə məşq etmişdi. Xaybullayev isə 3 məşqdə iştirak etmişdi. Onlara bu gün fürsət verdik. 

- Ötən mövsüm də "Neftçi" ilə buradakı matç 0:0 hesabı ilə başa çatmışdı, avrokuboklarla daha erkən vidalaşmışdınız. Bu mövsüm isə avrokuboklarda da oynayırsız. İşiniz daha da ağırlaşıb?

- Əlbəttə ki, bu, bizim üçün böyük xəyal idi. Çətin və ya asan olduğunu desəm, nəyisə dəyişməyəcək. Keçən mövsüm avrokubokları erkən bitirmişdik. Ötən mövsüm çempionatın ilk turlarında 5 xal itirmişdik. Bu mövsüm isə 6 turdan sonra cəmi 2 xal itirmişik. Şikayət edə bilmərik.

- 1 xal qazandığınıza görə, demək olar ki, oyunun qəhrəmanı Stas Pokatilovdur?

- Oyunların qəhrəmanları barədə siz özünüz qərar verirsiz.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Oktyabr 2026 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri