Icma.az
close
up
RU
Valdas Dambrauskas: Nəticə bizim üçün qəbuledilməzdir

Valdas Dambrauskas: Nəticə bizim üçün qəbuledilməzdir

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

"Sabah" Misli Premyer Liqasının XI turunda öz meydanında "Şamaxı" ilə 2:2 hesablı heç-heçə edib.

Sportalaz xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Nəticə sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edirəm. Hər oyuna qalib gəlmək üçün hazırlaşırıq. Bu gün oyun enişli-yoxuşli idi. Birinci hissənin 20-ci dəqiqəsinə qədər oyuna nəzarət etdik. Ondan sonra fərqli oldu. Biz oyuna tam nəzarəti ələ ala bilmədik. Rəqibə əks-hücumlar üçün imkan yaratdıq. Əlbəttə ki, azarkeşlər üçün 2:2 hesabı çox həyəcanlı, gözəl görünə bilər. Üçüncü qolu vurub qalib gələ bilərdik. Ancaq rəqib də qol vura bilərdi. Amma bu gün beşlikdə qərarlaşmışıqsa, nəticə bizim üçün qəbuledilməzdir.

- İkinci qolu vurduğunuz zaman hakimə etirazınız o qədər çox oldu ki, qolu bayram edə bilmədiz. Hakimlə nə danışırdınız?

- Üç gündən bundan qabaq Çempionlar Liqasında oynayırsan, orada bəlli qaydalar var ki, ona riayət edirlər. İstəyərdik ki, daxili oyunlarda da həmin qaydaların üzərində durulsun. Xüsusi bir şey olmadı. Nə danışdıqsa, orada həll olundu. Hakimlik barədə nəsə şikayət edə bilmərəm.

- Sıx qrafikdə oynayırsız. İndiki məqamda milli fasilə sizin xeyrinizə işləyə bilər?

- 3-4 günlük verəcəyimiz fasilə bizim üçün yaxşı ola bilər. Biz buralarda olmaq, Çempionlar Liqasında iştirak etmək istəyirdik. Bilirdik ki, asan olmayacaq, noyabr-dekabr daha çətin olacaq. Biz özümüz böyüməli, möhkəmlənməliyik ki, bu tip hallardan daha yaxşı çıxa bilək.

- Hava şəraiti nəticəyə nə dərəcədə təsir etdi?

- Bunun heç bir əhəmiyyəti yoxdur. Külək birinci hissədə bir komandaya qarşı idisə, ikinci hissədə digər komandaya qarşı oldu. Bütün futbolçular belə hallara uyğunlaşmalıdır. Bir müddət əvvəl süni örtüklü meydançada oynadıq, bu gün təbi örtüklü meydançada. Peşəkar olmaq lazımdır. Belə hallar heç cür təsir etmir.

- Adətən “Qarabağ” Çempionlar Liqası oyunlarından sonra daxili liqadakı növbəti matçında istər atmosfer, istər adaptasiya baxımından çətinlik çəkirdi, xallar itirirdi. Boş tribunalar, aşağı temp, süni örtük. Avropa oyunlarından daxili oyunlara keçidlə bağlı məsələdə hansısa problem yaşayırsız və ya təhlükə hiss edirsiz?

- “Qarabağ” 12 ildir avrokuboklarda çıxış edirdi. Ötən mövsüm ÇL-də oynadılar. Onların təcrübəsi daha çox idi, bilirdilər ki, bu işlərin öhdəsindən gəlmək lazımdır. Biz isə yeniyik. Önəmlisi odur ki, fərqli iki heyətlə çıxış edirik. Bir heyətlə çıxış etsək, futbolçular bir-birini yaxşı başa düşər. Demirəm digərləri aşağıdır. Çox rotasiya edəndə anlaşma kifayət qədər yaxşı olmur, ən yaxşı performansı göstərmək asan deyil. Oyunçular bir-birilərini bəzən başa düşmürlər. Ötən mövsüm bizə 3-4 ay lazım gəldi ki, yüksəlişə keçək. 15-20 oyun oynadıqdan sonra futbolçular bir-birini daha yaxşı başa düşürdülər. “Vikinq”lə matçdan sonra burada eyni ritmi yaxalamaq asan deyil. Xüsusi resepti də yoxdur. Aptek deyil ki, dərman qəbul edəsən və ağrı keçsin. Kifayət qədər vaxtımız yoxdur. Vaxt olanda da səyahətə gedirik və ya bərpa ilə məşğul oluruq. İki həftəlik fasiləmiz olacaq. Çalışacağıq ki, oyunçular arasında bağı inkişaf etdirək.

Mirbağırağa 

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Noyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri