Icma.az
close
up
RU
Dambrauskas: “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq”

Dambrauskas: “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq”

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Komandamı təbrik edirəm. Meydançada çox yaxşı, düzgün reaksiyalar verdilər. Rəqib haqda xoş sözlər demək istəyirəm. “Qəbələ” təhlükəli komandadır. Ola bilsin, kubokdakı 120 dəqiqəlik oyunun yorğunluğu onlara təsir etmişdi. İlk hissədə çox yaxşı oynadıq. Qollar vurduq, fasilədən sonra da bunu davam etdirdik. Oyunboyu üstün olduq. Bu oyunu unuduruq və üç gün sonra “İmişli” ilə oyunumuz var.

– “Qəbələ”yə qarşı kubok oyununda çətinlik çəkmişdiniz. Bu gün nə dəyişdi? Asanlıqla qalib gəldiniz, istədiyiniz qolları vura bildiniz…
– Bu gün həqiqətən, çox üstün oynadıq. Təzyiq edən, ilk dəqiqələrdən hücuma qoşulan komanda idik. Çempionatla kubok oyunları fərqlidir. Çünki kubokda iki mərhələli matçlardır. Orda nə baş verir versin, iki mərhələ var. İlk oyundan sonra növbətini düşünürsən ki, növbəti raunda necə yüksələk. “Qəbələ” kimi komandaya qarşı bir ayda 4 dəfə oynamaq asan deyil. Kubokda mərhələ adladıq, çempionatda istədiyimiz xalları qazandıq.

– Mikelsin əvəzlənməsi zədə ilə bağlı idi?
– Zədəsi ilə bağlı idi. Tam hazır deyil. Hər oyunda çalışır ki, maksimumu etsin. Onun töhfəsi qiymətsizdir. İki qol vurdu, iki məhsuldar ötürmə etdi. İki ay yarımdır, 90 dəqiqə oynamır. Ona fürsət veririk ki, oynasın. Son matçlarda fərqlənməsi möhtəşəmdir.

– Andrey Santosun oyunundan nə dərəcə razı qaldınız?
– Qısa müddət oynadı. 10 dəqiqədə oyunundan razı qalıb-qalmamaq çətindir. Hər məşqdə istəkli olduğunu göstərir. Rəqabətədavamlı, fiziki cəhətdən güclü oyunçudur. Lakin onun Rəhman, Solvet, Noqeyra kimi rəqibləri var. Vaxtını gözləməlidir. Bizim üçün hər oyunçu dəyərlidir və qarşıda oyunlarımız çoxdur. Hər futbolçunun bizə töhfə verməsini istəyirik. Gələcəkdə “11-lik”də də ola bilər.

– Mikels və Xəyal formadadır. Qışda komandaya cəlb olunan Mbina da var. Ağlınızda olan əsas hücumçu kimdir?
– Mənimçün favorit oyunçu oyun günü meydana çıxandır. Qarşıda çox oyunlar var. Bizim üçün hər futbolçu önəmlidir. Xəyaldan da, Mikelsdən də məmnunam. Xəyal milliyə namizəd oyunçudur. Sağlamlığı ilə bağlı problemi var idi və risk etmədik. Lazım gələrdisə, o da meydana çıxmağa hazır idi. Mbina isə bu həftə komanda ilə məşqlərə başlayıb. Bir məşqçi kimi belə geniş seçimin olması xoşdur.

– AFFA “Qarabağ”la oyunda baş verənlərlə bağlı yenidən qərar verəcək. Köməkçiniz böyük ehtimalla cəzalanacaq. İlk qərarda onun cəzalanmaması sizi təəccübləndirdi?
– Bütün şərhləri vermişik. Cəzadan əvvəl nəsə danışmaq istəmirəm. Bir həftə əvvəl baş verib, sonra oyunlar keçirilib. Məncə, məsələ biz və “Qarabağ” üçün artıq bağlanıb. Ola bilər, jurnalistlər üçün bu məsələ bağlanmayıb. Bu sizin öz seçiminizdir.

– “Qarabağ”la son oyunda yaşananlar komandalar arasındakı növbəti matçlara necə təsir edəcək?
– “Qarabağ”a hörmət edirik və hər oyuna ciddi yanaşırıq.

"Turan Tovuz" ev oyunlarını Sumqayıtda keçirəcək KAMİLO DURAN KOLUMBİYA MİLLİSİNDƏ Azərbaycanın U-20 millisində baş məşqçi təyinatı XVIII turun təyinatları bəlli olub Azarkeşləri "Mingəçevir"i ziyana saldı, Qusarda həkim hakimi təhqir etdi - Cəzalar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://apasport.az
archiveBu xəbər 10 Mart 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see289

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see278

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see275

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see270

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see270

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see261

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see256

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see252

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see248

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see246

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see232

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see227

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see226

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see226

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see223

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see220

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see215

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see214

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see208

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri