Icma.az
close
up
RU
Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram Valdas Dambrauskas

Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram Valdas Dambrauskas

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

"Sabah" Misli premyer-liqasının 1-ci turunun təxirə salınmış oyununda "Qarabağ"a qalib gəldi - 2:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Futbolçularımı təbrik edirəm, inanılmaz performans göstərdilər və tərifəlayiq olduqlarını düşünürəm. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Əsl futbol atmosferi var idi. Azarkeşlər də keyfiyyətli oyunu seyr etdi.
- Liderliyinizi sona qədər qoruya biləcəyinizi düşünürsüz?
- Turnir cədvəlinə sonda baxacağıq. Futbolçularıma qarşıda hələ bir oyunun olduğunu da söylədim. Rəqiblər bizə fərqli yanaşırlar. Ümumi olaraq inkişafımızdan razıyam. 
- Daha əvvəlki çıxışlarınızda tez-tez oyunçularınızdan narazılığınızı bildirirdiz. Bu matçdan sonra da narazı qaldığınız məqam oldu?
- Təbii ki, bugünkü matçda da bəzi məqamlardan narazı qaldım. Rəqib ilk hissədə bizə boşluqlar verirdi. Bu boşluqlardan istifadə edib cərimə meydançasına daxil olsaq da, qol vura bilmirdik. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Matçın ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Düzəltməli olduğumuz çox şey var.
- Qış transferində heyətdə dəyişiklik gözlənilirmi?
- Bu heyətdən məmnunam. Zədəlilərimiz var. Cesse Sekidika ötən mövsüm komandamızda ən çox qol vuran oyunçulardan olsa da, zədəlidi. Onun qısa zamanda formasına geri dönəcəyinə ümid edirik. Yeni transferlər barədə tələsməməliyik. Transfer edəcəyimiz oyunçular üslubumuza uyğun olmalıdı. Bu barədə daha detallı müzakirələr aparacağıq. 
- Maludanı komandada saxlamaq üçün hər hansı bir addım atmağı düşünürsüzmü?
- Mən idman direktoru və yaxud menecer deyiləm. Mənim işim futbolçuların bacarıqlarını artırmaqdı. Maluda çox istedadlıdı, böyük işlər görür. Etdiklərindən də məmnunuq. Onun klubdakı taleyi mənim əlimdə deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2025 00:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see226

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see220

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see219

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see213

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see196

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see192

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see192

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see181

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see179

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see175

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see168

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see168

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see164

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see162

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see160

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see158

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see155

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see147

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see143

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri