Icma.az
close
up
RU
Dambrauskas: “Bizə hörmət edin”

Dambrauskas: “Bizə hörmət edin”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXXIII turunun “Turan Tovuz” – “Sabah” oyunundan (1:2) sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Mövsümün sonuncu qələbəsi münasibətilə futbolçuları, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Düzdür, o qədər də yaxşı oynamadıq. Bərabər səviyyədə oyun keçdi. Bir az baxtimiz gətirdi və qollar vurduq. Rəqibin 3-4 yaxşı qol fürsəti oldu. Qapıçımız çox yaxşı çıxış etdi. Son oyunda hamı dəqiqələri sayır. Futbolçuları motivasiya etmək çətindir. Tezliklə Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüşəcəyik.

– “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışının “Sabah”ın Premyer Liqadakı uğurlu performansına təsiri oldu?
– Bizim stadionumuzda, çempionun, kubokun qalibinin, 33 oyun məğlub olmayan bir komandanın evində bu cür sual verirsinizz. Xahiş edirəm, bizə hörmət edin. Qurban Qurbanov belə ən yaxşı olduğumuzu qeyd edir. Amma siz həmişə bəhanələr axtarırsız. Bunlar klubumuza, məşqçilərimizə, futbolçularımıza qarşı hörmətsizlikdir. Mövsümü bu notlarla bitirmək istəməzdim. Amma bizə olan hörmətsizlik də qəbuledilməzdir. Titullar qazandığımıza görə üzr istəməyimi istəyirsizsə, bunu etməyəcəm.

– “Sabah”dan Çempionlar Liqasında gözləntilər böyükdür. Bunun üçün də heyətin güclənməsinə ehtiyac var. Transferlə bağlı planlarınız necədir?
– Hər zamankı yanaşmamızı davam etdirəcəyik. İyunun ortalarında toplaşacağıq və öz hədəflərimizə doğru gedəcəyik. Rəqibimiz bəlli olduqdan sonra sırf onlara qarşı hazırlaşacağıq. Əlbəttə ki, püşkün nəticəsi önəmlidir. Mövsümboyu bizə uğur gətirən yanaşmamız var idi, oyundan-oyuna hazırlaşırdıq.

– Növbəti mövsümdə qrafikiniz ağır olacaq. İstirahətlə bağlı hansı planlarınız var?
– Hər mövsüm çətin olur. Mənim də özümə görə istirahət planım var. Sabah Litvaya gedəcəyəm. Bir həftə sonra ailəmlə ölkə xaricinə istirahətə yollanacağıq. Daha sonra Avstriyada təlim-məşq toplanışına başlayacağıq.

– Mətbuatda yazılanlara görə Coy Lens Mikels yeni müqavilə imzalamaq istəmir. Onun gedişi komandanın gücünü nə dərəcədə azaldacaq?
– Azərbaycan demokratik ölkədir. Hər kəsin müqavilə imzalamaq və ya imzalamamaq hüququ var. Bizim məşq bazamızın girişində belə bir yazı görə bilərsiniz: “Heç bir oyunçu komandadan böyük deyil”. Mikels həqiqətən də möhtəşəm mövsüm keçirdi. Ona və digər oyunçulara ən yaxşısını arzulayıram. Biz “Sabah”ıq, bir oyunçudan ibarət komanda deyilik. Mövsüm ərzində Mikelsin oynamadığı matçlarda onu layiqincə əvəz edən futbolçular var idi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 May 2026 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see570

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see231

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see216

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see208

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see206

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see196

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see189

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see189

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see183

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see183

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see179

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see176

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see174

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see173

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see172

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see170

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see170

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see168

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri