Icma.az
close
up
RU
Damdakı adam Sara İbrahimin yeni hekayəsi

Damdakı adam Sara İbrahimin yeni hekayəsi

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Sara İbrahimin "Damdakı adam" adlı yeni hekayəsini təqdim edir.

- İndi tullanacaq, hələ dərsin başlamasına vaxt var, gözləyək.

Gənclərdən biri doqquzmərtəbəli binanın damında dayanıb üzüaşağı baxan adamı göstərdi. Damdakı adam başdan- ayağa qara geyinmişdi, uzaqdan baxanda kölgə kimi görünürdü. O, geriyə boylanıb yenə aşağıya baxdı, sonra damın möhkəmliyini yoxlayırmış kimi ayağının birini qaldırıb yerə vurdu.

Doqquzmərtəbəli binanın yaxınlığındakı metronun qarşısına toplaşan adamlar getdikcə çoxalırdı.Yoldan keçənlər ayaq saxlayıb izdihama qarışır, telefonlarını çıxarıb kameralarını eyni istiqamətə- damında adam görünən binanın üstünə tuşlayırdılar.

Əlində dolu torbalar tutmuş iki qadın - yəqin, yaxınlıqdakı marketdən gəlirdilər, - yüklərini yerə qoyub damın üstündki adamı müşahidə edənlərə qoşuldu.

- Cavandı, Allah, özün kömək ol. qadınlardan biri nazik səsiylə dedi.
- Dolanışıq çətinləşib, canından bezib, gücü özünə çatır. Anası ağlar qalacaq, kimsə onu saxlasaydı!
- Kim canından bezib ona yaxınlaşar; cəhənnəmə gedən özünə yoldaş axtarar; dartıb özüylə aşağı atacaq.

Damdakı adam məhəccərdən aralanıb hərdən o baş- bu başa addımlayır, sonra gəlib yenə əvvəlki yerində dayanırdı. Cibindən telefonu çıxarıb kiməsə zəng elədi, üç dəqiqə danışıb yenidən cibinə dürtdü, sonra əlini qaşının üstünə qoyub adamların toplaşdığı səmtə boylandı.

- İndi özünü atacaq, zəng vurub kiminləsə vidalaşırdı, bunu deyən saqqalı cavan oğlan yaxşı çəkə bilsin deyə, telefonunu gözü bərabərində qaldırdı.
- Vaay, anan ölsün, hayıf səndən - qadınlardan biri qiyyə çəkdi.

Bununla da, izdiham dalğalandı,hamı bir- birini itələyib yaxşı görsün deyə, irəli keçməyə çalışdı. Bayaqdan bu anı gözləyənlər çantalarını, ciblərini eşələyib telefonlarını axtardılar.

Damdakı adam yerindən tərpənən kimi kütlədən uğultuya bənzər səslər çıxır, lakin az sonra onun yenidən əvvəlki vəziyyətinə qayıtdığını görüb sakitləşirdilər.

Doqquzmərtəbəli bina yolun kənarındaydı deyə, ötüb keçənlər izdihamı görüb dərhal kütləyə qarışırdı. Evin damındakı kişi yenidən telefonla kiməsə zəng vurdu, bir neçə addım irəli- geri hərəkət edib məhəccərdən yapışdı.

Aşağıda həyəcan yenidən pik həddə çatdı. Kimsə "Təcili yardıma zəng vurun" deyə qışqırdı.

Çox çəkmədi, polislər də göründü. Onlar adamlara dağılmağı əmr etsə də, heç kim tamaşanın sonunu görməmiş yerindən tərpənmək istəmirdi.

Gözünü doqquzmərtəbənin damına dikənlərin deyəsən, səbri tükənirdi. Bayaqdan damdakı adama canıyananlıq edənlər artıq lağlağıya keçmişdi.

- Gör nə qədər vaxtım getdi, havayı yerə gözlədim.
- Əşi, bu özünü atan deyil, gəl çıxıb gedək.
- Atıl da, yekə kişisən, telefonumun enerjisi bitir.

Qoltuğunda portfel olan orta yaşlı kişi gözünün birini qıyıb biləyindəki saata, sonra evin damına baxıb başını buladı:

- Evdə pişiyinə acığı tutan dırmaşır dama, şou göstərirlər, donquldanıb metronun girişinə tərəf addımladı.

Elə bu vaxt özünü hadisə yerinə çatdıran televiziyalardan birinin “Dərdini mənə danış” tok- şousunun, qıvırcıq saçlı aparıcısı mirkrofonu ona tərəf uzatdı.

- Siz deyəsən, çoxdan buradasınız, damdakı adam kimdir, niyə özünü atmaq istəyir?

Kişi onsuz da dilxor idi, aparıcının sualı onu özündən çıxardı:

- Əşşi, mən nə bilim niyə çıxıb ora, gedin özündən soruşun!

Əlini yellədib iti addımlarla oradan uzaqlaşdı.

Polislərdən biri adamların könüllü dağılışmadığını görüb əlindəki dəyənəyi yellədib qışqırdı:

- Ay camaat, sonuncu dəfə deyirəm: dağılın, yoxsa, sərt tədbirlər görüləcək.

O biri polis həmkarının əksinə, mülayim səslə:

- Əməkdaşlarımızdan bir neçəsi artıq dama çıxır, bu dəqiqə adamı tutub aşağı düşürdəcəklər, xahiş edirəm, dağılın, gediş - gəlişə mane olmayın, dedi.

Beş dəqiqədən sonra yolun kənarına toplaşanlar sanki hansısa filmin kadrlarını maraqla izləyirdilər. Dörd nəfər polis arxadan damdakı adama yaxınlaşıb çevik hərəkətlə onun qollarından tutub məhəccərdən araladı. Damdakı kişi çırpınıb onlara müqavimət göstərir, nəsə deməyə çalışırdı. Onun boğuq səsi yerdəkilərə qırıq- qırıq, güclə gəlib çatırdı.

- Buraxın...uşaqlar ...dözüləsi deyil...

Polislərin qamarlayıb pillələrlə aşağı düşürtdüyü kişini görəndə həyətə toplaşmış qonşular xısıldaşmağa başladı.

- Bunun arvadından gözüm su içmirdi elə, yazığı bezdirib canından, o da çıxış yolunu belə görüb.
- Yox, arvadını tanıyıram; elə adam deyil, sakitin, dilsizin biridi.
- Nəşə çəkib, nəşə! Nəşələnib ağlı çıxıb başından, indi polis şöbəsinə aparıb danışdıracaqlar.

***

- Bu, çıxış yolu deyil, cavan oğlan, hər şeyə çarə var,- polis rəisi matdım - maddım onu süzən, süpürləşmədə gödəkcəsinin bir qolu cırılıb sallanan damdan düşürdükləri kişiyə dedi.
- Sizi hansı problemlər narahat edir, bizə danışın, lazımi idarələrlə danışıb həll edərik. Siz danışın, biz həll edək, - televiziyanın tok - şou proqram aparıcısı süni canıyananlıqla dilləndi.
- Sizə psixoloji yardım edə bilərəm, əziz insan, telefon nömrəm burada yazılıb,- televiziya jurnalistiylə hadisə yerinə gələn psixoloq vizit kartını kişinin ovcuna basdı.

Damdan düşəndən bəri ağzını açmağa macal tapmayan kişi nəhayət, araya düşmüş pauzadan istifadə edib dilləndi.
- Problem çoxdu, hansından başlayım,- burnunu çəkib növbəylə ondan cavab gözləyənlərə baxdı.
- Ən əsasından!- aparıcı dedi.
- Neçə vaxtdıki düşmüşəm bu sosial müavinətin ardınca, sənədlərim qaydasındadı, amma get - gələ salır, vermək istəmirlər.

Tok- şounun aparıcısı dərhal kiməsə zəng edib danışdı.

- Bu həll oldu, - deyib özündən razı halda kişiyə baxdı. Baxışlarıyla sanki kişidən ” Problemin elə bu idi?” soruşurdu.
- Uşağımı neçə vaxtdı bağçaya düzəldə bilmirəm.
- Bunu mən həll edərəm,- polis rəisi dedi,- Bağça müdiri yaxın qonşumdu.

Damdan düşürülən işin gedişini görüb ürəklənmişdi.
- Arvadımı da elə bağçaya işə götürsələr yaxşı olar, müəlliməliyi bitirib.
- Çalışarıq bunu da həll edək, sizi verilişimə dəvət edəcəm, orada bu məsələni qaldırarıq,- aparıcı dedi.

Polis rəisi məmnun halda əlini damdan düşürülən kişinin çiyninə vurub ədayla:
- Görürsən, hər şey necə asan həll olundu. Get evinə, ailənin yanına, bir də belə fikirlərə düşmə, yaxşımı?- dedi.

Kişi ayağa durub təşəkkür elədi, qapıya tərəf iki addım atıb dayandı, başını qaşıdı.
- Yadımdan çıxdı deyim, bəs dam necə olacaq?
- Nə dam?! O məsələni həll elədik axı?

Kişi boğazını arıtlayıb öskürdü.
- Mənim evim doqquzuncu mərtəbədədi, neçə vaxtdı evim damır. Uşaqlar soyuqdan donur, yağış yağanda evimdə yatmağa quru yer tapmırıq. Jek müdirinə deməkdən yorulmuşam.Özüm təmir etmək istəyirdim, ustayla danışmışam. Bu gün çıxdım dama, ölçüb biçirdim nə qədər xərc tutar, məni tutub aşağı düşürdülər.

Aparıcı psixoloqa, psixoloq polis rəisinə baxdı.
- Sən buna görə dama çıxmışdın?- üçü də birdən soruşdu.

"Müsəlmanlar arasında on min nəfərdən biri..." - Axundzadə akademik Dorna məktubunda nədən şikayətlənirdi? Məşhur reperin Britaniyaya girişi qadağan edildi Yaşamaq necə qorxuludur... - Aleksandr Blok
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://kulis.az
archiveBu xəbər 08 Aprel 2026 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri