Danimarka razılaşdı: Trampla danışıqlara hazırıq..
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Danimarka hökuməti ABŞ-ın yeni administrasiyası ilə Arktika əraziləri üzrə dialoqa hazır olduğunu təsdiqləyib.
Axar.az xəbər verir ki, bunu Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen deyib.
“Amerikalıların Arktikada təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var ki, bunu Danimarka tərəfi də bölüşür. Buna görə də Danimarka Qrenlandiya ilə sıx əməkdaşlıq edərək, Amerika tərəfinin qanuni maraqlarını təmin etmək üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”, - Rasmussen bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Donald Tramp Çin və Rusiya təhdidindən qorunmaq üçün Qrenlandiyanın ABŞ-ın tərkibinə daxil edilməli olduğunu bildirmişdi.

Qrenlandiya mövzusunda Trampla danışıqlara hazırıq Danimarka XİN
13 Yanvar 2025 16:43
Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi
13 Yanvar 2025 20:39
Tehran Trampla danışıqlara
21 Yanvar 2025 12:58
Danimarka Qrenlandiya ilə bağlı gərginlik fonunda Trampla dialoqa can atır AZƏRTAC
10 Yanvar 2025 12:15
Rusiya səfiri: Danimarka ilə danışıqlara zəmin görmürük
02 Fevral 2025 08:33

