Icma.az
close
up
RU
® Danimarka rəsmiləri “Carlsberg Azerbaijan” zavoduna səfər ediblər AZƏRTAC

® Danimarka rəsmiləri “Carlsberg Azerbaijan” zavoduna səfər ediblər AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Noyabr 20-də Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft, bu ölkənin parlament üzvləri, sənaye təşkilatının nümayəndələri, biznes assosiasiyaları və şirkət təmsilçiləri “Carlsberg Azerbaijan” zavoduna səfər ediblər.

Qonaqları “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis və şirkətin idarə heyətinin üzvləri qarşılayıblar.

Görüşdə Danimarka rəsmilərinə şirkətin Azərbaycandakı fəaliyyəti, zavodun tarixi, istehsal xətləri və məhsulları barədə məlumat verilib. Qonaqlar ekskursiya zamanı həmçinin istehsal sahəsi ilə tanış olublar.

“Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Alius Antulis qonaqlara bildirib ki, 2008-ci ildən - Azərbaycanda fəaliyyətə başladıqlarından bəri ölkə iqtisadiyyatına 75 milyon manatdan çox investisiya yatırıb, 35-38 milyon manatdan çox vergi ödəyiblər.

“Şirkətin məhsulları hazırda Azərbaycan pivə bazarının 70%-ni əhatə edir. 2021-ci ildə “Carlsberg Azerbaijan” şirkəti İqtisadiyyat Nazirliyi ilə 2021-2025-ci illərdə xammalın lokallaşdırılması, ixracı, iş şəraitinin yaxşılaşdırılması və pivə bazarının inkişafına 25 milyon azn sərmayə qoymağı öhdəsinə götürən Anlaşma memorandumu imzalayıb. Azərbaycan bizim üçün çox cəlbedici sərmayə istiqaməti olaraq qalır və biz hazırda gələcək üçün daha da geniş investisiya planı hazırlayırıq”, - deyə baş direktor əlavə edib.

Siyasətçilərin və vətəndaş cəmiyyəti üzvlərinin bu transformativ prosesləri daha dərindən dərk etmələri vacibliyini qeyd edən Danimarka sənaye təşkilatının İqlim Siyasəti üzrə rəhbəri və Böyük direktoru Anne Hoyer Simonsen “Carlsberg”in belə görüşü təşkil etməsini yüksək qiymətləndirib. A.H.Simonsen vurğulayıb ki, məhz “Carlsberg” kimi müəssisələr praktikada dəyişikliklərin həyata keçirilməsinə və məqsədə çatmaq üçün lazım olan həllərin hazırlanmasına cavabdehdirlər.

Qeyd edək ki, 1969-cu ildə Xırdalan şəhərində istismara verilən pivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinə çevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub. Şirkət Azərbaycanda 16 ildən çox müddəti əhatə edən fəaliyyət dövründə biznesi genişləndirib və ölkəyə investisiyalarını artırmaqdadır.

Xatırladaq ki, şirkət Azərbaycanda da “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasını həyata keçirir. Strategiya çərçivəsində 2023 ildə 2015-ci ilə müqayisədə sudan istifadə 21,3 faiz, CO2 emissiyaları isə 18,1 faiz azaldılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri