Icma.az
close
up
RU
Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər

Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Noyabrın 20-də Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Ole Toft və Danimarkadan olan nümayəndə heyəti – parlament üzvləri, Danimarka sənaye təşkilatının üzvləri, Danimarka biznes assosiasiyaları və şirkət nümayəndələri "Carlsberg Azerbaijan" şirkətinin zavoduna zavoduna səfər ediblər.

Qonaqları şirkətin baş direktoru Alius Antulis və şirkətin idarə heyətinin üzvləri qarşılayıb.

Görüşdə Danimarka rəsmilərinə şirkətin Azərbaycandakı fəaliyyəti, zavodun tarixi, istehsalat xətləri, məhsulları barədə məlumat verilib. Qonaqlar, həmçinin, ekskuriya zamanı istehsalat sahəsi ilə tanış olublar.

A.Antulis qonaqlara onu da bildirib ki, 2008-ci ildən Azərbaycanda fəaliyyətə başladıqlarından bəri ölkə iqtisadiyyatına 75 milyon manatdan çox investisiya yatırıb, 35-38 milyon manatdan çox vergi ödəyiblər: “Şirkətin məhsulları hazırda Azərbaycan pivə bazarının 70%-ni əhatə edir. 2021-ci ildə "Carlsberg Azerbaijan" İqtisadiyyat Nazirliyi ilə 2021-2025-ci illərdə xammalın lokallaşdırılması, ixracı, iş şəraitinin yaxşılaşdırılması və pivə bazarının inkişafına 25 milyon azn sərmayə qoymağı öhdəsinə götürən Anlaşma memorandumu imzalayıb. Azərbaycan bizim üçün çox cəlbedici sərmayə istiqaməti olaraq qalır və biz hazırda gələcək üçün daha da geniş investisiya planı hazırlayırıq”.

Danimarka sənaye təşkilatının İqlim Siyasəti üzrə rəhbəri və Böyük direktoru Anne Hoyer Simonsen isə öz növbəsində vurğulayıb: “Məhz Carlsberg kimi müəssisələr praktikada dəyişikliklərin həyata keçirilməsinə və məqsədlərimizə çatmaq üçün lazım olan həllərin hazırlanmasına cavabdehdirlər. Siyasətçilərin və vətəndaş cəmiyyəti üzvlərinin bu transformativ prosesləri daha dərindən dərk etmələri vacibdir və buna görə də Carlsberg-in öz qapılarını bizim üzümüzə açması çox yüksək qiymətləndiririk”.

1969-cu ildə Xırdalan şəhərində istismara verilən pivəbişirmə zavodu 2008-ci ildən “Carlsberg Group”un bir hissəsinə çevrilib. Hazırda zavodun istehsal gücü ildə 8 mln dekalitr təşkil edir, şirkətin məhsulları isə Azərbaycanın 12,5 mindən artıq ticarət məntəqəsində təqdim olunub. Şirkət Azərbaycanda 16 ildən çox müddəti əhatə edən fəaliyyət dövründə biznesi genişləndirib və ölkəyə investisiyalarını artırmaqdadır.

Xatırladaq ki, şirkət Azərbaycanda da “Birlikdə SIFIRA doğru və daha İrəli” dayanıqlı inkişaf strategiyasını həyata keçirir. Strategiya çərçivəsində 2023 ildə 2015-ci ilə müqaisədə sudan istifadə 21,3 %, CO2 emissiyaları isə 18,1 % azaldılıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://report.az
archiveBu xəbər 22 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri