Icma.az
close
up
RU
Danimarka Trampın xüsusi elçisinə sərt cavab verib

Danimarka Trampın xüsusi elçisinə sərt cavab verib

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az xəbər verir ki, Donald Trampın xüsusi elçisi Qrenlandiyanın ABŞ-yə “düşmənçilik yox, qonaqpərvərlik” göstərməli olduğunu vurğulayıb.
“Tarix əhəmiyyətlidir. ABŞ İkinci Dünya müharibəsi zamanı Danimarka bunu edə bilməyəndə Qrenlandiyanın suverenliyini qorudu. Müharibədən sonra Danimarka BMT protokolundan yan keçərək və məhəl qoymadan adanı yenidən işğal etdi”, - Ceff Lendri “X” sosial şəbəkəsində yazıb.
Kopenhagen onun bəyanatına əlüstü cavab verib. Danimarkanın ABŞ-dəki səfiri Yesper Möller Sörensen “tarix əhəmiyyətlidirr” ifadəsi ilə razılaşsa da, adanın gələcəyini onun sakinlərinin müəyyənləşdirməli olduğunu diqqətə çatdırıb.
- Danimarka dövləti həmişə ABŞ ilə çiyin-çiyinə olub. 2001-ci il 11 sentyabr hücumlarından sonra biz ABŞ-nin çağırışına cavab verdik. Biz adambaşına düşən hər bir NATO ölkəsindən daha çox əsgər itirdik. Faktlar da vacibdir: əsrlər boyu Qrenlandiya krallığın bir hissəsi olub, ABŞ administrasiyaları, BMT və ümumilikdə beynəlxalq səviyyədə dəfələrlə tanınıb”, - Sörensen də “X” sosial şəbəkəsində cavab yerləşdirib.

Qrenlandiya neçəyədir? Onun sözlərinə görə, qrenlandiyalıların böyük əksəriyyəti krallıq daxilində muxtariyyət yolunu seçib. Qrenlandiya parlamentindəki beş partiyanın hamısı adanın ABŞ-nin bir hissəsi kimi tanınmasına qarşı olduqlarını bir daha təsdiqləyiblər.
Diplomat Danimarka, Qrenlandiya və ABŞ-nin son 80 ildə Arktikada təhlükəsizlik məsələlərində uğurla əməkdaşlığını vurğulayaraq, tərəfdaşlıq və müttəfiqlik əsasında konstruktiv dialoqun davam etdirilməsinə çağırıb.
Xatırladaq ki, 1951-ci ilin aprelində ABŞ və Danimarka Qrenlandiyanın Müdafiəsi Müqaviləsini imzaladılar. Sazişə əsasən, Amerikanın Qrenlandiyada fəaliyyət göstərən “Pituffik” kosmik bazası digər avadanlıqlarla yanaşı, qitələrarası ballistik raket izləmə sistemi ilə də təchiz olunub.
Bu arada ABŞ-nin Qrenlandiyanı “bu və ya digər şəkildə” alacağını açıqlayan Amerika lideri Donald Tramp, əks halda adanın Rusiya və ya Çin tərəfindən ələ keçiriləcəyindən ehtiyatlandığına diqqət çəkib.
“The Telegraph” nəşrinin yazıdğına görə, Avropa İttifaqı (Aİ) Qrenlandiyanı qorumaq üçün adada NATO qoşunlarının yerləşdirilməsi məsələsini müzakirə edir. Trampın bundan imtina edəcəyi təqdirdə, Aİ “Google” və “Microsoft” daxil olmaqla, Amerika İT nəhənglərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Bununla belə, “Politico” nəşri Avropa İttifaqının (Aİ) Qrenlandiyanın statusu ilə bağlı ABŞ ilə sövdələməyə gedə biləcəyini istisna etmir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://azvision.az
archiveBu xəbər 12 Yanvar 2026 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see326

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see281

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see264

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see262

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see257

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see249

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see237

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see227

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see227

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see226

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see224

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see224

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see219

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see213

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see211

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see210

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see206

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see201

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see193

Qaraciyər üçün hansı çay faydalıdır?

16 Sentyabr 2026 22:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri