Icma.az
close
up
RU
Danışanda böyük ədəbiyyat çağırışları edirlər... Polemika

Danışanda böyük ədəbiyyat çağırışları edirlər... Polemika

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Orxan Həsəninin "Anka" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Qismət Rüstəmov:

"Yaxşı mətn çoxmənzilli bina kimidir, “kupçaları” müəllifdə olan bu binanın bütün evlərini gərək personajlar tutmasın; burada kirayə mənzillər də olmalıdır, oxucular, tənqidçilər, ədəbiyyatşünaslar üçün. Belə olanda mətn-bina zəlzələyə davamlı olur. Orxan Həsəninin bu gün yayımlanmış, Reymon Karverə açıq, Heminqueyə üstüörtülü salam göndərən “Anka” hekayəsi də, bir-iki suvaq işini çıxsaq, zəlzələyə davamlı binadır.

Minimalist prozanın çətinliyini mən həmişə belə başa düşmüşəm: biri var həyatımızı asanlaşdırmaq üçün ağlımızın qayçısı ilə həftəyə, aya, ilə böldüyümüz zamanın təsviri – burada daha çox xarici gerçəkliyin, sosial mühitin üst qatındakı aktlar, əməllər vizuallaşır; biri də var hər bir fərdin içində irəli-geri doğru axan, keçmişlə gələcək arasında yırğlanan individual zamana enmək – bu, arxetiplərin, patologiyaların, itkilərin, mifoloji obrazların dünyasıdır. Birincisi, üfüqidir, ikincisi, şaqulidir. Əgər minimalist proza bu ikinci müstəvini göz ardı etsə, eləcə həyatın surətini, inventarını çıxaran protokola çevrilə bilər. Bu, müəllifdən kəndirbaz diqqətini tələb edir. Orxan “Anka” hekayəsində bu kəndirbazlığı məharətlə bacarıb.

“Anka” hekayəsi aysberq prinsipi ilə yazılıb. Bu prinsipin məntiqi belədir: üzdə gündəlik hadisələr sadə dillə ifadə edilir, ancaq sözlərin, jestlərin, mimikaların altında axıra qədər deyilməyən, sezdirilən, eyham vurulan, örd-basdır edilən duyğular gəzişir. Məsələn, “Anka” hekayəsinin kişi personajı qurbağa səsi eşidir. Bu, çöldən gələn yox, təhtəlşüurdan gələn səsdir. Qurbağa mifoloji mətnlərdə metamorfozu, keçidi ifadə canlıdır, çünki həm quruda, həm suda yaşayır, yəni həm ana bətninə aiddir, həm də işıqlı dünyaya. Qurbağa embrionun uşağa çevrilməsinin (yaxud çevrilməməsinin) metaforasıdır.

...Vaxtilə Cemal Sürəya Sunay Akının ilk kitabı üçün yazdığı önsözdə demişdi ki, zərimi səndən yana atıram. Orxan, bu gözəl hekayədən sonra mən də “ruletka”da daşlarımdan birini sənə oynayıram".

Şəhriyar del Gerani:

"Böyük yazıçıların yerini mətnləri, ortabab yazıçıların yerini başqaları, primitiv yazıçıların yerini özləri nişan verər.

Buna görə də həqiqi müəlliflər mətnlərinə, ortabablar başqalarına, primitivlər özlərinə güvənər.

Nəticə: Özlərinin ölümüylə primitiv yazıçılar ölər, başqalarının ölümüylə də ortabab yazıçılar. Amma gerçək mətnlər ölümsüz olduğundan dolayı böyük yazıçılar həmişə sağ qalar, yaşarlar.

Bu gün yayımlanan “Anka” hekayəsini oxuduqca azlitə böyük bir yazıçının gəlişini duydum. Ədəbi camiədə söhbəti bilənlərə yaxşı məlumdur, hər nədə, hər kimdə yanılsam da, mətndə heç vaxt yanılmıram. Tam əminliklə deyirəm: Orxan Həsəninin bu hekayəsi bütün dövrlərin ən yaxşı Azərbaycan hekayələri sırasına özünü həkk etdi. Yaxşı mətn adına qəlbən sevinə bilən bütün qələm dostlarımı və həqiqi ədəbiyyat oxucularını təbrik edirəm. Eşqlər!".

İlham Əziz:

"Orxan Həsəninin “Anka” hekayəsini və mətn haqqında sosial şəbəkələrdə yazılan fikirləri oxudum. Əsər barədə fikir söyləyənlər də müəllifin həmyaşıdlarıdır.

Son dövrlər gənclər nəsrdə at oynadır. Yazdıqları gündəm olur, müzakirə edilir, tənqidçilərin maraq obyektinə çevrilir.

Təəssüf ki, bunu yaşlı nəsil prozaiklər haqqında demək olmur. Onlar susqundur… nə yazdıqlarından xəbər var, nə mətnlərə fikir bildirirlər.

Bu vəziyyəti qəbul etmək ağrılıdır. Orta və yaşlı nəsil yazıçılarımız ədəbiyyata bu qədər ətalətli, biganə olmamalıdırlar. Çünki danışanda böyük ədəbiyyat çağırışları edirlər. Fikirləşirsən ki, bu əziz-giramilərin işi-gücü ədəbiyyatdır. Di gəl, səs-səmir yoxdur, bütün ağırlıq düşüb gənclərin çiyninə.

Zənnimcə, Orxanın hekayəsi son illərin ən yaxşı hekayələrindəndir. Ola bilsin, hekayəni hadisə güdənlər, açıq cavablar axtaranlar bəyənməsin. Əlbəttə, bu da normaldır, hamı peşəkar olmaq məcburiyyətində deyil.

Orxan hekayədə pessimist aura yaradıb və oxucunu öz ab-havasına sala bilib. Çünki sənət həm də atmosfer məsələsidir.

Ümid edirəm, orta və yaşlı nəsil yazıçılar əllərindəki vacib, təxirəsalınmaz, bəşəri və qlobal işləri qısa müddətə dayandırıb, bu ecazkar hekayə haqqında fikir bildirərlər.

Əgər ədəbiyyat adamı oxumursa və fikri yoxdursa, onda oxucunu ittiham etmək yersiz, lüzumsuz və ədalətsiz işdir".

Nolandan bir ilk: Bunu da etdi Oğurlanan mahnılarımız yutubdan silindi Sərxoş gəlmişəm qapına - Şaiq Vəli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://kulis.az
archiveBu xəbər 04 İyun 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see341

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see248

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see245

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see239

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see237

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see234

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see229

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see228

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see226

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see220

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see219

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see210

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see207

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see207

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see206

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see203

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see198

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see187

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see174

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri