“Ölkədə polemika mühiti darmadağın olub...”
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Narsistlər meydan sulayır. Şah İsmayılla bağlı yaranan mübahisələr artıq insanların şəxsi hayatı və fəaliyyətinin “saf- çürük” edilməsinə yönəlib. Bilərəkdən bu cığırı açıblar. Jan Pol Sartrın “Ürəkbulanma” ekzistensialist romanını yenidən oxumağa zərurət yaranıb”.
Adalet.az xəbər verir ki, bunu sabiq millət vəkili Etibar Əliyev deyib.
“Bu gedişatda deputat Fazil Mustafanın atası, el ağsaqqalı Qəzənfər kişinin adının hallandırılması əxlaqsızlıqdır. Onun adını çəkən mənəviyyatsızlar şiddətli qınanılmalıdır: Firudun Cəlilov, paltoloq Mübariz Əhmədoğlu, əxlaqı metastaz vermiş Ülviyə Alovlu və xaricə qaçmış bir təkər yamıyan və digərləri…Rəhmətə getmiş bir dəyərli kişinin adını çəkənlər, ona böhtan atanlar atalarının üzünə və qəbrinə tüpürənlərdir. Onların dəstəkçiləri isə termit sürüləridir. Onlar ağılla deyil, beyinlərinin ifraz etdiyi zəhərli maddə ilə kimyəvi reaksiya nəticəsində birləşən termitlərdir. Mən bu məsələdə ictimaiyyətin nümayəndələrini qınayıram. Bəs gözlərinizi bərəldib ağız dolusu danışdığınız dəyərlər necə oldu?”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 14 Avqust 2026 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















