Icma.az
close
up
RU
Böyük Turan çağırışları

Böyük Turan çağırışları

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gündür ki, Yeni ilə qədəm qoymuşuq. Yola saldığımız 2025-ci il Türk xalqlarının birliyi və həmrəyliyinin gücləndirilməsi baxımından uğurlu olub. Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbəy Ömürəliyev bayram ərəfəsində dünya türklərinə müraciət ünvanlayıb. Bildirib ki, son bir ildə qurum çərçivəsində türk dövlətlərinin arasında siyasi dialoq dərinləşib, iqtisadi, mədəni və humanitar bağlar möhkəmlənib. Türk dünyası daha da bütövləşib.

Baş katib vurğulayıb ki, ötən il “Türk Dünyası 2040 Vizyonu” və “TDT-nin 2022–2026 Strategiyası” çərçivəsində nəzərdə tutulan layihələr uğurla icra olunub. TDT-yə üzv və müşahidəçi qismində daxil olan ölkələrin rəsmiləri mütəmadi olaraq regional və beynəlxalq platformalarda görüşüblər, böyük hədəflərə birgə səylərlə çatmaq məqsədilə geniş müzakirələr aparıblar.

Qeyd edək ki, 2025-ci ildə TDT-yə Manas yurdu – Qırğız Respublikası rotasiya yolu ilə rəhbərlik edib. Rəsmi Bişkekin sədrliyi ilə 2025-ci ildə 30-dan çoxu yüksək səviyyədə olmaqla, ümumilikdə, 150-dən artıq toplantı keçirilib. Bu müddət ərzində əməkdaşlıq sahələri genişləndirilib, yeni səmərəli institusional mexanizmlər yaradılıb.

Xatırladaq ki, 2025-ci il mayın 21-də TDT dövlət başçılarının Budapeştdə qeyri-rəsmi Zirvə görüşü keçirilib. Bu sammit ilk dəfə olaraq Avropada və bir müşahidəçi dövlətin ev sahibliyi ilə təşkil edilib. Zirvədə qəbul olunan Budapeşt Bəyannaməsi iqtisadi inteqrasiya, rəqəmsal inkişaf və təhlükəsizlik sahələrində yeni yol xəritəsini müəyyən edib.

Budapeşt sammiti TDT-nin daha geniş coğrafiyada işgüzar və faydalı əlaqələr quraraq qlobal bir platformaya çevrildiyini nümayiş etdirir. Eyni dərəcədə tarixi əhəmiyyət daşıyan digər hadisə isə həmin ərəfədə Bişkekdə Hökumət Başçılarının ilk toplantısının keçirilməsidir. Görüşün sonunda Birgə Bəyanat qəbul edilib.

2025-ci ildə bir çox yeni əməkdaşlıq sahələrində də irəliləyiş əldə olunub. İlk dəfə olaraq Mərkəzi banklar, Maliyyə kəşfiyyat bölmələri, Müdafiə sənayesi qurumları, Əqli mülkiyyət ofisləri, Hesablama palataları, eləcə də Əmək və Sosial Müdafiə Nazirliyi səviyyəsində görüşlər keçirilib. Yaşıl Maliyyə Şurasının, Türk Dünyası Sığorta Birliyinin və Türk İnvestisiya Təşviqi Şəbəkəsinin fəaliyyətə başlaması iqtisadi inteqrasiya prosesinə təkan verib. Seçkili orqanlar vasitəsilə idarəetmə sahəsində dialoqun səmərəliliyinin artırılması məqsədilə TDT çərçivəsində Mərkəzi Seçki Orqanları Məsləhət Platforması yaradılıb.

Ötən il gənclik, idman, turizm və digər humanitar sahələrdə səmərəli əməkdaşlıq uğurla davam edib. Qırğızıstanda Türk Dövlətlərinin 3-cü Universitet Oyunlarının keçirilməsi, Manasın “2025 Türk Dünyası Turizm Paytaxtı”, Almatının “2025-ci il Türk Dünyası Gənclik Paytaxtı” elan edilmələri qardaş xalqlar arasında inteqrasiya prosesinin dərinləşdiyinə dəlalət edir.

Bundan başqa, ötən il Özbəkistanda 3-cü Diaspor Gənclik Forumu və ilk Türk Xizək Kuboku keçirilib. Azərbaycanda isə Birinci Türk Dövlətləri İdman Könüllüləri Forumu təşkili edilib. Başqa bir maraqlı tədbir Türkiyədə keçirilib. Belə ki, Ankarada Türk Qızıl Ay Şəbəkəsi Könüllü Düşərgəsi yaradılıb. Bütün bu genişmiqyaslı işlər türkdilli xalqlar arasında qardaşlıq münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

K.Ömürəliyev onu da bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də təhsil və elm sahələri də TDT rəhbərliyinin diqqət mərkəzində olub. 170-dən artıq üzvü olan Türk Universitetləri Birliyinin (TURKUNİB) nəzdindəki Orxon Mübadilə Proqramının uğurlu fəaliyyəti elmi əlaqələr sahəsində akademik əməkdaşlığın genişlənməsi üçün yeni fürsətlər yaradıb. Macarıstanın “TDT Tədqiqat, İnkişaf və İnnovasiya Fondu”nun proqramına illik 1 milyon avro ayırması isə uzunmüddətli inkişafın əsas hərəkətverici qüvvələri kimi insan kapitalına və innovasiyaya qoyulan mühüm sərmayə hesab oluna bilər.

TDT Baş katibinin fikrincə, ötən ilin ən əlamətdar hadisələrindən biri oktyabrın 7-də Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda TDT-nin 12-ci Zirvə görüşünün keçirilməsi olub. Bu mühüm toplantı sülh və əməkdaşlığın genişlənməsi şəraitində Türk dünyasında davamlı sabitlik və əməkdaşlıq üçün yeni böyük imkanlar yaradıb.

Qəbələ Bəyannaməsi siyasi məsələlər, xarici siyasət, təhlükəsizlik, iqtisadi sektorun inkişafı, xalqlararası mədəni əlaqələr, institusional koordinasiya və xarici tərəfdaşlarla münasibətlər daxil olmaqla, 121 maddədən ibarət geniş yol xəritəsi təqdim edib.

Türk əməkdaşlıq ekosistemi getdikcə güclənməkdədir. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzv olması və Şimali Kipr Türk Respublikasına Türk Akademiyası yanında müşahidəçi statusu verilməsi məmnunluq doğurub. Eyni zamanda, Türkmənistanın Qəbələ Zirvəsində Türk Akademiyası və Fonduna müşahidəçi qismində qoşulması regional əməkdaşlığı daha da dərinləşdirib.

Bu yerdə bir məqamı xüsusi vurğulamağa ehtiyac var. Məlumdur ki, UNESCO tərəfindən 15 dekabr Dünya Türk Dilləri Ailəsi Günü elan edilib. Bu onu göstərir ki, ortaq dil irsimiz beynəlxalq səviyyədə tanınır və qəbul edilir. Bu gün türk dili böyük bir coğrafi arenada əsas ünsiyyət vasitəsinə çevrilib.

Yeri gəlmişkən, TDT-nin beynəlxalq əlaqələri də davamlı olaraq genişlənir. Bununla bağlı çox sayda nümunələr çəkmək olar. Burada təkcə bir faktı qeyd etmək niyyətindəyik. O da budur ki, TDT Baş katibi K.Ömürəliyev bu yaxınlarda ABŞ-da işgüzar səfərdə olub. TDT rəsmisi səfər çərçivəsində Birləşmiş Ştatlar administrasiyasının yüksək vəzifəli nümayəndələri, Konqres üzvləri, aparıcı beyin mərkəzləri, akademik elmi dairələr, innovasiya platformaları, səfirlər, diaspor nümayəndələri və iş dünyası ilə görüşlər keçirib. K.Ömürəliyev bu barədə deyib: “Bu görüşlər bir daha göstərdi ki, bu gün TDT sabitliyə, faydalı dialoqa və davamlı inkişafa töhfə verən, institusional və nəticəyönlü regional təşkilat kimi qavranılır”.

2026-cı ildə isə Türk dünyasının birliyi və həmrəyliyinin qoruyub gücləndirməsi istiqamətində daha geniş və məqsədyönlü işlərin həyata keçirilməsi planlaşdırılıb. TDT tərəfindən bu mühüm layihələrin uğurla icra olunacağına heç bir şübhə yoxdur.

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri