Icma.az
close
up
RU
Danışılanlar yalan imiş Ölümünə bu səbəb olub

Danışılanlar yalan imiş Ölümünə bu səbəb olub

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Son yay tətilində Türkiyəyə getmişdi. “Addım-Addım Türkiyə” filminin çəkilişlərini edirdi. Türkiyədə olsam da, bu müddət ərzində onu 2 dəfə görə bildim. Orada bəzi bölgələr çox isti, bəzilərində isə həmin dövrdə terror təhlükəsi vardı. Lakin bütün bunlara baxmayaraq o filmi çəkdi. Bu gün də televiziyada nümayiş olunur".

Moderator.az xəbər verir ki, bunu Yenisabah.az-a müsahibəsində mərhum deputat Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva deyib.

K.Paşayeva bacısının ölümündən öncəki bir aylıq müddəti belə xatırlayıb:

“Çox yorğun idi. Bəzi vilayətləri çəkə bilməmişdi. Sentyabrın 8-də mənə zəng vurub dedi ki, mən gedirəm. Asiya Parlament Assambleyasının iclası var idi. Dedi ki, orada iştirak edib geri qayıdacağam. Ege bölgəsini çəkmək üçün gələcəkdi. Sentyabrın 28-də komaya düşdü, xəstəxanaya yerləşdirildi. Lakin heç birimiz bunu gözləmirdik. Çünki o, nə qədər yorğun da olsa, xəstə də olsa, hər zaman ayaq üstə idi”.

Deputatın bacısı onun ölüm səbəbi ilə bağlı iddialara aydınlıq gətirib:

“Sosial mediada, saytlarda onun haqqında fərqli fikirlər yayıldı. İnsanlar həkimlərin dediyi rəsmi açıqlamaya heç fikir də vermədilər. Onun sürətlə arıqlaması, xərçəng xəstəsi olması və s. fikirlər yayıldı. O, iddia edildiyi kimi arıqlama dərmanları qəbul etməyib. Sadəcə komaya düşməzdən 2 il qabaq mədəkiçiltmə əməliyyatı etdirmişdi. Çünki xeyli kökəlmişdi və onun sağlamlıq vəziyyətinə təsir edəcəyi üçün həkimlər belə qərar vermişdi. Gələcəkdə şəkər kimi xəstəliklərdən əziyyət çəkməməsi üçün əməliyyat olundu. Lakin ölümünün onunla heç bir əlaqəsi yoxdur. Onkoloji xəstəliyi də yox idi. Sadəcə olaraq çox yorğun idi. Özünə diqqət etmirdi. Son 3 gündə də qrip olmuşdu. Anidən təziqi enmişdi, yəni bədən “Hipotonik vəziyyət”ə keçmişdi. Qənirə xanımın ölümü bunun nəticəsində baş verib. Hər kəsin bir ölüm səbəbi və hekayəsi var. Onunki də belə oldu. Allahın yazdığı taledir. Nə bir dəqiqə tez, nə bir dəqiqə gec…”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Mart 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri