Icma.az
close
up
RU
Danışılmayan və ya danışılmayacaq hadisə

Danışılmayan və ya danışılmayacaq hadisə

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Füzuli rayonunda Şəhid plakatlarının sökülməsi etirazla qarşılanıb. İndi bu işə göstəriş verən kimsə ortaya çıxmır. Ya da bu göstərişi verənin üzə çıxaracaq üzü yoxdur.

Postan qayıdanda - yatmazdan öncə qayda üzrə silahlarımızı təmizləyirdik. Sərvan Heydərov həmin gün baş verən hadisə barədə danışmaq istəyi ilə: “Bizim kənddə həmişə tədbirlərdə müharibə veteranlarını dəvət edərdilər, onlar da maraqlı hadisələr danışardılar, bizə qəribə gəlirdi. Bundan sonra bizi də nə vaxtsa, belə tədbirlərə dəvət etsələr, bu hadisəni danışacam”, - deyib güldü.

Mən də ona: “Sərvan, bircə bu erməniləri(!) ərazimizdən çıxaraq, tədbiri bilmirəm, amma erməniyə güllə atdığımıza görə nə vaxtsa istintaqa çağırmasalar yaxşıdır”, - dedim.

Bir neçə ay sonra Sərvan Şəhid oldu, onu tədbirə dəvət etmədilər, doğulub böyüdüyü Aşağı Seyidəhmədli kəndində totpağa əmanət etdik. Sərvanın danışmağa imkanı olmayan o hadisəni, yazmaq istəmədim...

Keçmiş xatirəni nədən yada saldım.

Bir neçə gün öncə sosial şəbəkələrdə xəbər yayıldı ki, Füzuli Rayonunun İcra Hakimiyyətinin başçısı Alı Alıyev yerli nümayəndələrə göstəriş verib ki, yol kənarlarındakı şəhid plakatları yığışdırılsın. Əvvəl bu hər kəsə şayiə kimi görünsə də, martın 6-da həqiqətən də Alxanlı kəndində Şəhidlərin şəkilləri olan plakatların sökülməsinə başlanılıb (sosial şəbəkələrdə bu barədə video görüntülər yayılıb).

Şəhid ailələrinin, eləcə də digər insanların kütləvi etirazından sonra iş dayandırılıb. İki Şəhidin sökülmüş plakatı yenidən bərpa olunub.

Amma bu hərəkət təkcə şəhid ailələrinin deyil, ümumiyyətlə, bu xəbəri eşidən-oxuyan hər kəsin hiddətinə səbəb olub. İnsanlar haqlı olaraq “onların səbəbinə kresloda oturanlar, Şəhidə bir plakatı da çox görürlər”- deyə bildiriblər.

Yuxarıda 1992-ci il xatirəsini ona görə xatırladım...

Şəhidə bir şəkil yerini çox görən icra başçısı gör ki qaziyə nə hörmət qoyar. İstintaq da etdirər, lap türməyə də basdırar. Çünki səlahiyyət şəhvəti vicdanın önünə keçəndə hər şey etmək olurmuş.

Bunların adları “başçı” olsa da, özləri o qədər də uca başlı deyillər. Ucalığa baxmaq üçün başlarını qaldımaq kompleksləri var. Çünki onların başı yaxın qohumları vasitəsi ilə torpaq zəbt etməyə, heyvan sürüləri saxlatdırmağa, obyetlər, əkin, örüş üçün törpaq sahələri satmağa yetər. Onlar üçün dəmir kimi görünən “artıq yer tutan” bu plakatlar, şəhid ailələrinin təskinlik mənbəyi, xalqını, dövlətini sevən hər kəs üçün qürur mənbəyidir. Bunu başsız “başçılar” bilməz, BAŞLILAR bilər.

İcha hakimiyyətinin nümayəndəsi deyib ki, bu Alı müəllimin göstərişi deyil.

Rayon sakinləri də haqlı olaraq sual edirlər: “Rayonda Alı Alıyevin xəbəri olmadan belə bir özbaşınalığa kimsə cəhd edə bilərmi? Başçı həmin gün onu nəsillikcə rayondan sürgün etdirməzmi?”

Bəli, deyəsən, sürgün olunası adamlar var...

Bu hər iki hadisə Şəhidlərimizlə bağlıdır, birini Şəhidə hörmət olaraq danışmadıq, ikincini isə hər hansı bir yerdə danışılası, açılıb-büküləsi hadisə deyil, çox utancvericidir.

Məhşur deyim var: “Utanım yerinizə!”

Qadir Həzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Mart 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri