Icma.az
close
up
RU
Günahın daşdan hörülmüş labirinti: Vinçester malikanəsinin danışılmayan hekayəsi

Günahın daşdan hörülmüş labirinti: Vinçester malikanəsinin danışılmayan hekayəsi

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzən tarix təkcə sənədlərdə yox, divarlarda, pilləkənlərdə və heç yerə aparmayan qapılarda yaşayır. Kaliforniyada yerləşən Vinçester malikanəsi məhz belə bir məkandır — insan vicdanının, qorxularının və günahkarlıq hissinin daş və taxtaya çevrilmiş forması.

Bizimyol.info xəbər verir ki, belə bir qeyri-adi ev Vinçester silah imperiyasının varisi Sara Vinçesterin adı ilə bağlıdır. Onun həyatı var-dövlət içində keçsə də, ruhu faciələrdən xilas ola bilməmişdi. Yeganə övladının körpə yaşlarında ölümü, ardınca həyat yoldaşını itirməsi Sara Vinçesterin dünyaya baxışını alt-üst etdi. O, bu faciələri təsadüf kimi deyil, ailəsinin istehsal etdiyi silahların minlərlə insanın qanına batmasının əvəzi kimi görürdü.

Vicdan əzabı onu spiritizmə gətirdi. Rəvayətlərə görə, mediumlarla keçirilən seanslarda Sara Vinçester silah güllələrindən həlak olmuş insanların ruhlarının səsini eşitdiyinə inanırdı. Guya ruhlar ondan bir tələb irəli sürmüşdülər: tikinti dayandığı an onun həyatı da bitəcəkdi. Beləliklə, 1886-cı ildə başlanan tikinti prosesi 36 il ərzində — Sara Vinçesterin ölümünə qədər — fasiləsiz davam edib.

Nəticədə adi bir ev yox, məntiqə meydan oxuyan bir labirint yaranıb. Tavana aparan pilləkənlər, divara açılan qapılar, pəncərəsiz otaqlar, gizli keçidlər… Bu memarlıq xaosu təsadüf deyildi. Kimilərinə görə, bu, ruhları çaşdırmaq cəhdi idi; kimilərinə görə isə, sahibəsinin parçalanmış ruhunun əks-sədası.

Sara Vinçester memarlara güvənmirdi. O, layihələri tez-tez salfetlərin üzərində özü çəkir, gecə-gündüz işləyən ustalara dərhal icra etməyi tapşırırdı. Bəzən tamamlanmış otaqlar bir neçə gün sonra yenidən dağıdılır, suvaqlanır və ya tamamilə bağlanırdı. Ev daim dəyişirdi — sanki sahibəsinin daxili narahatlığı kimi.

Malikanədə 13 rəqəmi xüsusi yer tutur. 13 pilləli pilləkənlər, 13 pəncərəli otaqlar, 13 şamlı çilçıraqlar… Sara Vinçester bu rəqəmi qoruyucu simvol hesab edirdi. Bəlkə də o, rəqəmlərdə xilas axtarırdı.

1906-cı il San-Fransisko zəlzələsi malikanənin bir hissəsini yerlə-yeksan edib. Sara bunu ruhların xəbərdarlığı kimi qəbul edib və dağılan hissələrin bəzisini olduğu kimi saxlatdırdı — sanki günahın möhürü vurulmuş otaqlar kimi.

1922-ci ildə Sara Vinçester dünyasını dəyişib. Elə həmin gün evdəki bütün tikinti işləri dayandırılıb. Sanki bir sehr qırıldı, səslər susdu, çəkiclər yerə düşdü. Ev isə qaldı — sahibəsiz, amma hekayəsiz qalmadı.

Bu gün Vinçester malikanəsi muzeydir. Turistlər buraya maraq, qorxu və şübhə ilə gəlirlər. Kimi ruhlara inanır, kimi isə bu evi insan psixologiyasının ən dramatik nümunələrindən biri sayır. Amma bir həqiqət danılmazdır: Vinçester malikanəsi sadəcə bina deyil. Bu, günahkarlıq hissinin, qorxunun və insan vicdanının daşdan hörülmüş etirafıdır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 22 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri