Danışıqlar masası arxasına əyləşməsələr, müharibə daha da genişlənəcək Konfliktoloq
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İranda baş verən hadisələr göz qabağındadır. Hazırda vəziyyət çox gərgindir. Danışıqlardan imtina edilməsi vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Çünki tərəflər danışıqlar masası arxasına əyləşməsələr, müharibə daha da genişlənəcək. İran da hərbi baxımdan o qədər də zəif dövlət deyil. Üstəlik, İranın kifayət qədər potensialı var və İran artıq Amerikanın regiondakı müttəfiqlərinə zərbələr endirir".
Bunu Redaktor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru, konfliktoloq Kərəm Məmmədov bildirdi.
"Əgər müharibəyə başlanılıbsa, axıra qədər gedəcəklər. Yəni İranda həm rejimi dəyişəcəklər, eyni zamanda İrandan gələ biləcək sonrakı təhlükələrin də tamamilə qarşısını almaq üçün vəziyyəti daha da gərginləşdirəcəklər. Müharibədən əvvəl danışıqlar gedirdi. Nəticə bəlli olmadan müharibə başladı və danışıqlar dayandı. İsrail və ABŞ axıra qədər getməkdə maraqlıdırlar. Bu cütlük öz məqsədlərinə çatmamış məsələni belə dayandıran deyil. Çox güman ki, İranın tərəfini saxlayan qüvvələrin hamısını məhv edənə qədər müharibəni davam etdirəcəklər", - deyə o qeyd etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 02 Mart 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















