Kreml: Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndiririk
Icma.az, Apa.az saytına istinadən bildirir.
Kreml Volodimir Zelenskinin danışıqlar masası arxasına əyləşməyə hazır olduğunu müsbət qiymətləndirir, lakin onun Moskva ilə danışıqlara qadağa qoymasında bir nüans var.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bugünki brifinqində bildirib.
Kremlin sözçüsü rəsmi Moskvanın bunu müsbət qiymətləndirdiyini söyləyib: "Məsələ kiminlə oturmaqdır. Hələlik Ukrayna prezidentinin Rusiya tərəfi ilə danışıqlar aparmasına qanuni qadağa qüvvədə qalır. Ona görə də ümumi yanaşma müsbətdir, lakin nüanslar hələ dəyişməyib", - Peskov vurğulayıb.
Qeyd edək ki, 2022-ci il oktyabrın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının Rusiya Prezidenti Vladimir Putinlə danışıqların mümkünsüzlüyü barədə qərarını imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 05 Mart 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















