Icma.az
close
up
RU
Danışıqlar prosesində İlham Əliyev təşəbbüskarlığı və dinamikliyi ilə daha çox diqqət çəkdi”

Danışıqlar prosesində İlham Əliyev təşəbbüskarlığı və dinamikliyi ilə daha çox diqqət çəkdi”

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Səyyad Aran: “Tərəflər bu sülh müqaviləsinə istinad etməklə gələcəkdə davamlı sülh şəraitində uzun illər yaşayacaqlar”

Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri çərçivəsində avqustun 8-də Ağ Evdə keçirdiyi görüşlər Azərbaycanın diplomatiya tarixində tarixi dönüş nöqtəsi kimi yadda qaldı. Bu səfər Azərbaycan-ABŞ münasibətlərini strateji tərəfdaşlıq mərhələsinə yüksəldib və Ermənistan-Azərbaycan sülh gündəliyinin konkret nəticələrə doğru irəliləməsinə ciddi təkan verib. 

Vaşinqtondakı görüşlər zamanı əldə olunan razılaşmalar yalnız diplomatik sənəd olmaqla kifayətlənmədi, onlar regionda yeni müharibə təhlükəsinin qarşısını almağa, minlərlə gəncin həyatını qorumağa xidmət edən böyük sülh və sabitlik zəminini yaratdı. Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, bundan sonra isə regionda sülh gündəliyinin həyata keçirilməsi yolunda öncül rol oynayır.

Xüsusilə Zəngəzur dəhlizinin açılması üzrə razılaşma Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini maneəsiz təmin etməklə yanaşı, regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyur. Bu layihə “Trump Route for International Peace and Prosperity” (TRIPP) adı ilə ABŞ konsorsiumunun nəzarəti altında idarə olunacaq və bu, Azərbaycanın ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının yaradıcılarından olan Səyyad Aran Vaşinqtonda keçirilən görüşün tarixi əhəmiyyətindən söhbət açaraq bildirib ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin qalib rəhbər imici özünü açıq şəkildə büruzə verdi: “Hamı tərəfindən təkrar olunan fikirdən yan keçə bilmirəm. Bu olduqca tarixi görüş idi. Əvvəla, 33 illik 907-ci düzəliş ləğv edildi. Biz bunu illərdir ki, gözləyirdik. Nəhayət, bu ədalətsizlik aradan qaldırıldı. Zəngəzur dəhlizinin birmənalı açılmasına qərar verildi. Azərbaycan prezidentinə hədsiz diqqət və hörmət özünü açıq şəkildə göstərirdi. ABŞ prezidenti Donald Tramp bütün jestləri ilə Azərbaycan prezidentinə olan hüsn rəğbətini bildirirdi. Onun 22 illik rəhbərliyini cəsarətli və qürurverici adlandırdı”.

Deputat bildirib ki, danışıqlar prosesində İlham Əliyev təşəbbüskarlığı və dinamikliyi ilə daha çox diqqət çəkdi: “Cənab prezidentin çıxışlarında, təkliflərində konstruktivlik özünü göstərirdi. İlham Əliyevin illərdən bəri düzgün, səmərəli və uzaqgörən siyasəti öz bəhrəsini verdi. Nəyi, necə və nə vaxt etmək lazım olduğunu parlaq şəkildə təsdiq etdi. İlham Əliyev bu məsələlərə görə Trampın Nobel sülh mükafatına layiq görülməli olduğunu bildirdi, daha sonra Ermənistanın baş naziri Nikol Paşinyan da bunu təkrar etdi. Azərbaycan Prezidentinin sanballı və təmkinli obrazı Paşinyanla müqayisədə daha yüksək görünürdü. Əlbəttə, bu da illərin təcrübəsi olaraq dahi Heydər Əliyev məktəbindən bəhrələnmənin nəticəsidir”. 

Səyyad Aran həmçinin onu da qeyd edib ki, artıq gələcək sülh sazişinin mətni müxtəlif mətbuat orqanlarında səsləndirilib: “Hesab edirəm ki, bu sülh sazişi mükəmməl sənəddir. Bu sənəddən kənara çıxmaq Ermənistan üçün öz qəbrini qazmaq kimi bir şeydir. Tərəflər bu sülh müqaviləsinə istinad etməklə gələcəkdə davamlı sülh şəraitində uzun illər yaşayacaqlar. Çünki nə olur olsun Ermənistan yenə də həm iqtisadi, həm də coğrafi mənada Azərbaycandan asılı olacaq. Ermənistan rəhbərliyinin az da olsa ağlı olsa bir çox problemlərin həllində Azərbaycanın köməyindən istifadə edə bilər. Ermənistanda iqtisadi resurlar yox dərəcəsindədir. Bu səbəbdən də Ermənistanın gələcək həyatı Azərbaycandan asılıdır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri