Icma.az
close
up
RU
“DANIŞIQLAR TEATRI”... “Moskva iki ayrı istiqamətdə danışıqlar aparmağa çalışır”

“DANIŞIQLAR TEATRI”... “Moskva iki ayrı istiqamətdə danışıqlar aparmağa çalışır”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

“Donbasın verilməsi də Rusiyanı dayandırmayacaq”

Cenevrədəki son üçtərəfli görüş hər nə qədər Donald Tramp administrasiyası tərəfindən müxtəlif optimist ifadələrlə ciddi irəliləyiş kimi təqdim edilsə də, reallıq bunun əksini deməyə əsas verir. Çünki texniki məsələlərdə hansısa inkişaf görüntsü yaradılmasına baxmayaraq, prinsipial siyasi məsələlər “ölü nöqtə”dən tərpənmək bilmir…

Rusiya rəhbərliyi Ukraynada sülhün bərqərar olmasında və müharibəni tez bir zamanda bitirmək niyyətində deyil. 

“AzPolitika” xəbər verir ki, bunu “Reuters” agentliyi aparıcı Qərb ölkələri xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla yazıb.

Agentlik qeyd edir ki, Qərb kəşfiyyatı bu il sülh razılaşmasının əldə edilməsi şanslarına pessimist yanaşır. Onların məlumatına görə, hətta Ukraynanın Donbasın işğal olunmamış hissəsini Rusiyaya təslim etməsi belə Moskvanı dayandırmayacaq.

Donald Trampın Vladimir Putinin "sövdələşmə istədiyi" barədə dəfələrlə verdiyi açıqlamalara baxmayaraq, kəşfiyyat rəhbərlərindən biri deyib ki, "Rusiya sülh razılaşması axtarmır". O, iddia edib ki, “Putin strateji məqsədlərinə çatmağa çalışır və bu məqsədlər dəyişməyib". Bunlar Volodimir Zelenskinin və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması, Ukraynanın Rusiyanı Qərbdən ayıran "neytral bufer zonası”na çevrilməsidir.

Başqa bir kəşfiyyat rəsmisi agentliyə deyib ki, potensial olaraq bütün Donbası Moskvaya təhvil vermək onun ərazi iddialarını qismən təmin edəcək, lakin bununla Kreml strateji məqsədinə çatmayacaq. Buna görə də, kəşfiyyat rəhbəri hesab edir ki, Donbasın verilməsinin tez bir zamanda sülh sazişinə gətirib çıxaracağı fikri səhvdir. Onun sözlərinə görə, belə bir güzəşt yalnız "real danışıqların başlanğıcı ola bilər", çünki Rusiya bundan sonra əlavə tələblər irəli sürəcək.

“Reuters” mənbələrindən birinə görə, əsas problem Rusiyanın nə tez bir sülh istəməməsi, nə də buna ehtiyacının olmamasıdır; o, müharibəni davam etdirə bilər, çünki iqtisadiyyatı "çökmək həddində deyil". Başqa bir kəşfiyyat rəhbəri isə bütün bunlardan çıxış edərək, Rusiya nümayəndə heyətinin Ukrayna nümayəndə heyəti ilə görüşlərini "danışıqlar teatrı" adlandırıb.

Cenevrədə baş tutan son bu cür nəticəsiz “danışıqlar teatrı”na Putinin Vladimir Medinskini göndərməsi də təsadüfi deyildi. Ukrayna tərəfi və ekspertlər onu real danışıqlar aparmaq istəməyən “tarixçi-ideoloq” hesab edirlər. Onların fikrincə, Əbu-Dabidəki əvvəlki raundda hərbçilərin iştirakı daha konstruktiv idi.

İki Avropa kəşfiyyat rəsmisinin sözlərinə görə, Moskva ümumiyyətlə, iki ayrı istiqamətdə danışıqlar aparmağa çalışır: biri hərbi əməliyyatlar, digəri isə Rusiyaya qarşı sanksiyaların ləğvi də daxil olmaqla, ABŞ ilə ikitərəfli sazişlər. Kreml birinci istiqamətdən fərqli olaraq, ikinci istiqamətə daha ciddi yanaşır.

Bu arada “The New York Times” qəzetinin məlumatına görə, Cenevredə tərəflər Donbasda silahsızlaşdırılmış zona yaradılmasını müzakirə ediblər. Bu zonanın idarə olunması üçün həm Rusiya, həm də Ukrayna nümayəndələrindən ibarət mülki administrasiya təklif olunub. Ərazi mübahisəsinin qarşılıqlı məqbul həllini təmin etmək üçün danışıq aparanlar həmçinin Donetsk bölgəsinin silahsızlaşdırılmış hissəsində azad ticarət zonasının yaradılmasını da müzakirə ediblər. Bu mövzu son həftələrdə danışıqlarda qaldırılsa da, Rusiya və Ukrayna bu barədə razılığa gəlməkdən çox uzaqdırlar.

Nəşr xatırladır ki, Donbasda silahsızlaşdırılmış zona ideyası əvvəlcə Donald Tramp administrasiyasının 28 bəndlik sülh planına daxil edilib. Bu plana əsasən, Kiyev qoşunlarını Donetsk bölgəsinin öz nəzarəti altında olan hissəsindən çıxarmalı və onu Rusiyaya təhvil verməlidir. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov demişdi ki, Rusiya polisinə və ya Milli Qvardiya qoşunlarına silahsızlaşdırılmış zonada patrul xidməti göstərmək hüququ verilərsə, Moskva belə bir həll yoluna razı olar.

Ukrayna öz növbəsində bu zonada 190.000 nəfər, o cümlədən 12.000 uşaq yaşadığı üçün oraya beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsində israr edir. Cenevrədəki danışıqlardan sonra isə Zelenski tərəflərin ərazi məsələsində üç fərqli mövqeyinin olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, Kiyev Donbası Rusiyaya təhvil verə bilməz, çünki "minlərlə, on minlərlə ukraynalı Ukraynanın bu hissəsini müdafiə edərkən həlak olub, Donbas bizim müstəqilliyimizin və dəyərlərimizin bir hissəsidir. Azadlıq bizim üçün boş söz deyil".

Göründüyü kimi, tərəflərin mövqeyi bir-birindən çox uzaqdır. Bunu Tramp administrasiyası və onun danışıqlardakı heyəti də gözəl bilir. Onu da gözəl bilir ki, Rusiyaya ciddi iqtisadi və hərbi təzyiq olmadan bu müharibəni danışıqlar masasında bitirmək mümkün olmayacaq. Lakin bunu bilə-bilə heç bir ciddi tədbir görülmürsə və danışıqlar uzadılırsa, belə nəticə çıxır ki, bu “danışıqlar teatrı” Trampı və ABŞ-ni də hələlik tam qane edir…

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Fevral 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri